Amerikanın şimal-şərqində, o cümlədən Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Konnektikut daxil olmaqla, güclü qasırğa bir sıra fəsadlara səbəb olub. Nəticədə yüzlərlə reys təxirə salınıb, minlərlə insan aeroportlarda qalıb.
Nyu-York meri Bill de Blazio şəhərdə səhər saat 6-dan axşam 11-ə qədər nəqliyyatın hərəkətini məhdudlaşdırıb. İnsanlara evlərini lazım olmadan tərk etməmək məsləhət görülüb, məktəblər isə bağlanıb.
ABŞ-ın Milli Meteorologiya xidmətinin məlumatına görə, Interstate 95 dəhlizi də, burada Mayamidən Kanada sərhədinə qədər yol var, qasırğa nəticəsində zərər görə bilər və avtomobillərin hərəkətini məhdudlaşdırmağa çağırıb.
Qadın itləri ilə Bruklində gəzir, Nyu-York.
Yerli sakinlər itləri ilə Vaşinqtonda Linkoln memorialı yaxınlığında gəzirlər.
Vaşinqtonda Koreya müharibəsi iştirakçılarının memorialı.
Nyu-Cersidə kişi avtomobilini təmizləyir.
Nyu-Yorkda Soxo küçəsində evlərə velosipedlə yemək çatdıran kuryer.
Nyu-Yorkda Tayms-skverdə qadın qar adamı ilə selfi çəkdirir.
Nyu-Cersidə qarlı havada qız.
Nyu-Yorkda qar ilə oynayat it.
Nyu-Yorkda qarlı havada əylənən uşaqlar.
Nyu-Yorkda küçələri təmizləyən kommunal xidmətin işçisi.
Nyu-Yorkda qarlı havada insanlar.
Nyu-Yorkda insanlar qardan böyük şar düzəldirlər.
Tayms-skverdə güclü qar zamanı qız.
Manhettendə güclü qar zamanı xizək sürən sakin.
Nyu-Yorkda qarlı havada velosipedlə olan kuryer.
Bu gün Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Bu gün minlərlə Azərbaycanlı əllərində gül dəstələri ilə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi önünə gedərək öz ehtiramlarını ifadə ediblər. Sputnik Azərbaycan-ın fotomüxbiri həmin duyğulu anları fotokamerasının yaddaşına köçürüb. Bu fotolara siz də baxın.
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Lənkəran rayonuna ötən gün səhər saatlarından başlayaraq yağan qar gecə intensivləşib. Dörd ildən sonra normal qar görən Lənkəran şəhər sakinləri öz sevinclərini müxtəlif cür büruzə veriblər. Ən çox isə təbii ki, balacalar seviniblər.
Rayon ərazisinə 12 sm qalınlıqda qar yağmasına baxmayaraq yollarda heç bir problem yaranmayıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, qarlı havada yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşlarının fəaliyyəti gücləndirilib:
“Lənkəran rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin baş verməməsi məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar, Post Patrul Xidmətinin əməkdaşları ilə birlikdə xidmətə cəlb olunublar. Aparılan xidmətinin nəticəsi olaraq Lənkəran rayonu ərazisində heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Hərəkət iştirakçılarına xəbərdarlıq və tövsiyə edilir ki, sürət həddini hava şəraitinə uyğun tənzimləsinlər, nasaz avtomobillər ilə yola çıxmasınlar və ötmə-manevr qaydalarını pozmasınlar”.
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda general-mayor Həzi Aslanovun heykəli
Lənkəranda Xocalı memorialı, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
BAKI, 27 fevral — Sputnik. Ağstafa rayonunda karantin rejimini pozan kafe aşkarlanıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar.
Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətiriliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimə edilib, E.Atakişiyev 15 sutka, F.Yolçuyev 20 sutka, İ.Yolçuzadə 7 sutka, X. Dünyəmov 15 sutka, Ş.Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs ediliblər.