Bakı əhli yeyib-içir? - FOTOLENT

46
(Yenilənib 18:22 01.02.2021)
Bu gündən Azərbaycanda uzun fasilədən sonra ictimai iaşə obyektləri yenidən işə düşdü. Karantinin yumşalmasının ilk günündə paytaxtın kafe və restoranlarının qonaqları necə qarşıladığı Sputnik Azərbaycan-ın fotolentində

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycan ərazisində ictimai iaşə obyektləri, kafe və restoranlara fəaliyyətlərini fevralın 1-dən bərpa etmələrinə icazə verilib. Onlar 06:00-00:00 arası, şənbə və bazar da daxil olmaqla işləyəcəklər. 

Ötən dəfəki yumşalmada olduğu kimi, obyekt sahiblərinə yenə də xidmət zallarında masaları sosial məsafə gözləməklə yerləşdirməyi və müştəriləri dezinfeksiya vasitələrilə təmin etməyi bərk-bərk tapşırıblar. 

Kafe və restoranlardan ötrü darıxan qurmanlar vaxt itirmədən sevdikləri məkanlara axışıblar. Sayları o qədərdi ki, açıq havadakı yerlər də dolmuşdu. Xoşbəxtlikdən, bazar ertəsi günəşli hava vardı, utandırmadı.

Qurmanlar öz işində, ölkədə karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər isə davam edir. Ticarət mərkəzləri, şadlıq evləri, qəlyanxanalar, kinoteatrlar, teatrlar, idman zalları, eləcə də metro hələ də işləmir. İstirahət günləri isə əhali ictimai nəqliyyatın üzünə həsrtətdir.

46
  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakı karantin rejiminin yumşaldılmasından sonra, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində insanlar, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda küçə yemıəyi kiosku

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda kafe və restoranlar fəaliyyətini bərpa edib, 1 fevral 2021-ci il

Teqlər:
fotolent, karantin, restoran, kafe, Bakı
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (448)

Əbədi alov neft diyarı: Suraxanı Əmircana fotoekskursiya

27
Bakı hər bir tərəfdən öz unikal tarixi, ənənəsi və arxitektur abidələri ilə tanınan qəsəbələrlə əhatə olunub. Müxtəlif dövrlərdə Bakıətrafında 40-a yaxın belə qəsəbə olub.

Qədim abidələrin rast gəlindiyi Suraxanı və Əmircan qəsəbələri Abşeronda ən maraqlı yerlərdən sayılır. Burada zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə olunan Atəşgah məbədi var. Suraxanı qəsəbəsinin adı toponim kimi iki komponentdən ibarətdir: surax - fars və tat dillərində çala, çuxur, xanı isə mənbə, qaynaq deməkdir.

Suraxanı həmçinin neft ənənələri ilə tanınır - burada 1857-ci ildə iş adamı Vasili Kokorev tərəfindən dünyada ilk Neftayırma Zavodu tikilib.

Əmircan qəsəbəsinin ərazisində Abşeronun ən gözəl məscidlərindən biri - Murtuza Muxtarov məscidi yerləşir. Məscid XX əsrin əvvəllərində Bakı milyonçusu M.Muxtarov tərəfindən inşa edilib.

Bu məsciddən bir az kənarda daha bir memarlıq abidəsi - XIV əsrə aid Nizaməddin məscidi var. Hazırda məsciddə rekonstruksiya işləri aparılır.

Bundan əlavə, qəsəbədə dini məbədlər, onlardan biri Səkinəxanım seyid Saleh qızı Piridir. Burada din xadimlərinin məzarları var. 

Əmircan qəsəbəsində tanınmış azərbaycanlı yazıçı və mütəfəkkir Abbasqulu ağa Bakıxanov doğulub. Onun yaşadığı ev hazırda muzeydir. 

Sputnik Azərbaycan-ın fotolentində Suraxanı və Əmircan qəsəbələrinin bu və digər tarixi abidələrini izləyə bilərsiniz.

27
  • © Sputnik / Murad Orujov

    Atəşgah məbədi.

  • © Sputnik / Murad Orujov

    Atəşgah məbədi.

  • © Sputnik / Murad Orujov

    Atəşgah məbədinin divarında sanskrit dilində yazı.

  • © Sputnik / Murad Orujov

    Əmircanda Murtuza Muxtarov məscidi.

  • © Sputnik / Murad Orujov

    Əmircanda Murtuza Muxtarov məscidi.

  • © Sputnik / Murad Orujov

    Məsciddə indiyə qədər Murtuza Muxtarovun məzarı saxlanılır.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində məscid.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Murtuza Muxtarov məscidi (Qoşaminarəli məscid).

  • © Sputnik / Murad Orujov

    Qoşaminarəli məscidinin minarəsindən Əmircana mənzərə.

  • © Sputnik / Murad Orujov

    Abbasqulu ağa Bakıxanovun ev-muzeyi.

  • © Sputnik / Murad Orujov

    Suraxanı qəsəbəsinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    1904-1905-ci illərdə tikilən Binyət Əli məscidi.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində XIV əsrdə yonulmuş əhəng daşından tikilən Nizamədin məscidi.

  • © Sputnik / Murad Orujov

    Səkinəxanım seyid Saleh qızı Piri.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində dini xadimin məzarı.

  • © Sputnik / Murad Orujov

    Qəsəbədə bir çox evlərdə ərəb dilində yazılar qalıb.

  • © Sputnik / Murad Orujov

    Bakının Əmircan qəsəbəsində məhəllə.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində müsəlman məbədi.

Böyük qayıdış: Füzulidə beynəlxalq aerportun tikintisi necə gedir - FOTOLAR

44
(Yenilənib 14:00 01.03.2021)
İşğaldan azad olunmuş Füzuli rayonunda Prezident İlham Əliyevin göstərişi ilə yeni beynəlxalq hava limanının tikintisi davam edir. Sputnik-in fotomüxbiri Füzuli rayonunda olub.

Cari ilin əvvəlindən Azərbaycanın Füzuli rayonunda yeni beynəlxalq aeroportun tikintisi başlayıb. İşlər gücləndirilmiş rejimdə aparılır - terminal, uçuş-enmə zolağı, perron, yönəldici yol, yardımçı bina və tikililərin inşası planlaşdırılıb.

Jurnalistlərlə görüşdə Prezident İlham Əliyev bəyan edib ki, Füzuli hava limanı, onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə istifadəyə veriləcək. 

Uçuş-enmə zolağı bütün növ təyyarələri, hətta ən ağır yük təyyarələrini qəbul edə biləcək.

Yeni hava limanı region üçün xüsusi əhəmiyyət daşıyacaq. Aeroport həm dağıdılmış ərazilərin bərpasında, həm də Qarabağın turizm potensialı və iqtisadi inkişafında istifadə olunacaq. Aeroportla yanaşı Şuşaya iki avtomobil yolu da tikilir.

44
  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə beynəlxalq hava limanının uçuş-enmə zolağının tikintisi.

  • © Sputnik / Aleksey Kudenko

    Xocavənd rayonunda Şuşaya yol tikintisi

Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Daha bir məktəb 1 həftəlik distant təhsilə keçdi

0
(Yenilənib 11:37 03.03.2021)
Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

BAKI, 3 mart — Sputnik. Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı şəhər Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.

0