Yanvarın 30-da Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.
Mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.
Sputnik Azərbaycan açılış mərasimindən çəkilmiş maraqlı fotoları oxucuları ilə paylaşır.
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Lənkəran rayonuna ötən gün səhər saatlarından başlayaraq yağan qar gecə intensivləşib. Dörd ildən sonra normal qar görən Lənkəran şəhər sakinləri öz sevinclərini müxtəlif cür büruzə veriblər. Ən çox isə təbii ki, balacalar seviniblər.
Rayon ərazisinə 12 sm qalınlıqda qar yağmasına baxmayaraq yollarda heç bir problem yaranmayıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, qarlı havada yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşlarının fəaliyyəti gücləndirilib:
“Lənkəran rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin baş verməməsi məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar, Post Patrul Xidmətinin əməkdaşları ilə birlikdə xidmətə cəlb olunublar. Aparılan xidmətinin nəticəsi olaraq Lənkəran rayonu ərazisində heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Hərəkət iştirakçılarına xəbərdarlıq və tövsiyə edilir ki, sürət həddini hava şəraitinə uyğun tənzimləsinlər, nasaz avtomobillər ilə yola çıxmasınlar və ötmə-manevr qaydalarını pozmasınlar”.
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda general-mayor Həzi Aslanovun heykəli
Lənkəranda Xocalı memorialı, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Lənkəranda qar, 25 fevral 2021-ci il
Bakıda çoxdandı belə qar yağmırdı. Düzü, rekord da sayılmaz, əvvəlki illərdə qarın qalınlığı bundan çox olurdu. Amma soyuq küləklər və şaxta fevralın 24-nü bu qışın ən soyuq günü kimi tarixə keçirdi.
Təbii ki, nəqliyyat kollapsı olmadan da ötüşmədik. Ancaq qar yağanda Bakıda fərqli gözəllik olduğunu da etiraf etməliyik. Cənub paytaxtı üçün nadir olan qarlı küçələrin durumunu Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Снег в Баку, 24 февраля 2021 года
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci ilhttp://editor.sputnik.az/images//07e5/02/18/426309681.jpg
Bakıda qar, 24 fevral 2021-ci il
Xocalıdan əli yalın, başıaçıq çıxanda Baloğlan Allahyarovun 51 yaşı vardı. Şaxtalı fevral gecəsi o da ailəsi ilə birgə ermənilərin qətliamından qurtulmağa çalışırdı. Həmin gecə o da dəhşətli faciə yaşadı. 21 yaşlı oğlu Etibarı, 20 yaşlı gəlini Çiçəyi və həyat yoldaşı Qəmzə xanımı itirdi. Yeganə övladı Etibar Allahyarov o zaman Xocalı aeroportu istiqamətində itkin düşüb. 81 yaşlı Baloğlan kişi indiyədək onun nə ölüsü, nə dirisi haqda xəbər ala bilmir. Baş verən hadisədən 29 il ötsə də, Xocalı sakini o gecəni heç vaxt yaddan çıxara bilmədiyini deyir.
Onun sözlərinə görə, ermənilər uşaq, qadın, ahıl demədən hər kəsi işgəncə ilə öldürüblər. Çobanın cibindən Quran kitabı çıxanda isə onu yandırmaq haqda əmr veriblər.
Baloğlan Allahyarov, Xocalı sakini: "Ordan - yamacın başından qumbaranı bizim başımıza atdılar. Torpağı necə sovurdusa... Bax, elə bil, mən burada oturmuşam, 40-50 nəfər orada. Baxdım gördüm ki, məndən aşağıdakıların hamısının başını elə bil toyuğun başı kimi kəsib üzürlər. Bax elə üzüblər. Başları, əlləri parçalandı. O vaxt ferma müdiri işləyirdim. Təvəkkül adında bir çobanım vardı, laçınlı idi. Onu tutmuşdular. Cibindən Quran kitabı tapmışdılar deyə onu odlamışdılar".
Xocalıda doğmalarını itirdikdən sonra Ağdam rayonuna pənah gətirən Baloğlan Allahyarov daha sonra Mingəçevir şəhərində məskunlaşır. Ölkə başçısı İlham Əliyev nur şəhərinə səfəri zamanı Xocalı sakininin evində olub.