FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Güclü qar Madriddə nəqliyyatı iflic etdi: insanlar isə əyləncəyə fürsət tapdılar - FOTO

Abunə olmaq
Güclü qar səbəbindən iflic olan Madrid şəhərindən görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

İspaniyanın paytaxtı Madridə aramsız yağan qar şəhəri iflic edib. Hava şəraiti ilə əlaqədar dəmiryolu nəqliyyatı dayandırılıb, avtobusların hərəkəti məhdudlaşdırılıb, bəzi metro xətlərində gecikmələr yaranıb.

Hökumət rəsmiləri yerli sakinləri avtomobillərdən istifadə etməməyə çağırıblar.

Baraxas hava limanının faəliyyəti də ötən gün axşam saatlarından dayandırılıb. Şəhər ərazisində bütün mədəni və əyləncə tədbirləri təxirə salınıb. Madrid ərazisində yük maşınlarının hərəkətinə qadağa qoyulub.

Sinoptiklər bildiriblər ki, bu, son 80 il ərzində Madrid şəhərinə yağan ən güclü qardır. Bu cür hava şəraiti İspaniyanın paytaxtında bazar ertəsinə qədər davam edəcək.

© REUTERS / INGRID MELANDERİnsanlar Madriddə güclü qar səbəbindən aşmış ağacların yanından keçirlər, İspaniya
Güclü qar İspaniyada həyatı iflic edib - Sputnik Azərbaycan
1/12
İnsanlar Madriddə güclü qar səbəbindən aşmış ağacların yanından keçirlər, İspaniya
© REUTERS / SUSANA VERAMadriddə güclü qar səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Adolfo Suares Baraxas hava limanında təyyarələr, İspaniya.
Güclü qar İspaniyada həyatı iflic edib - Sputnik Azərbaycan
2/12
Madriddə güclü qar səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Adolfo Suares Baraxas hava limanında təyyarələr, İspaniya.
© REUTERS / SUSANA VERAAvtomobilini M-30 magistralında qoyan sürücü çətiri ilə yolunu piyada davam etdirir. İspaniyanın paytaxtında yanvarın 8-dən başlayan güclü qar nəqliyyatın hərəkətini tamamilə iflic edib.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
3/12
Avtomobilini M-30 magistralında qoyan sürücü çətiri ilə yolunu piyada davam etdirir. İspaniyanın paytaxtında yanvarın 8-dən başlayan güclü qar nəqliyyatın hərəkətini tamamilə iflic edib.
© AP Photo / Bernat ArmangueBəziləri bu cü hava şəraitindən istirahət üçün istifadə edirlər. Madridin kənarında qonşular küçənin ortasında stol qoyaraq içkilər içirlər.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
4/12
Bəziləri bu cü hava şəraitindən istirahət üçün istifadə edirlər. Madridin kənarında qonşular küçənin ortasında stol qoyaraq içkilər içirlər.
© AFP 2023 / GABRIEL BOUYSMadriddə güclü qar zamanı gəzən insanlar, İspaniya.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
5/12
Madriddə güclü qar zamanı gəzən insanlar, İspaniya.
© AFP 2023 / OSCAR DEL POZOYanğınsöndürənlər M-30 dairəvi yolunda qalan avtomobili itələyirlər, Madrid, 8 yanvar.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
6/12
Yanğınsöndürənlər M-30 dairəvi yolunda qalan avtomobili itələyirlər, Madrid, 8 yanvar.
© AFP 2023 / OSCAR DEL POZOMadriddə qarlı havada həyətlərdə park edilmiş avtomobillərə mənzərə.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
7/12
Madriddə qarlı havada həyətlərdə park edilmiş avtomobillərə mənzərə.
© AP Photo / Andrea Comasİnsanlar qarlı havada Madridin mərkəzində gəzirlər.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
8/12
İnsanlar qarlı havada Madridin mərkəzində gəzirlər.
© REUTERS / SUSANA VERAİspaniyanın paytaxtında hava şəraiti ilə əlaqədar M-30 yolunda qalan sürücü və sərnişin.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
9/12
İspaniyanın paytaxtında hava şəraiti ilə əlaqədar M-30 yolunda qalan sürücü və sərnişin.
© AP Photo / SERGIO PEREZBəzi paytaxt sakinləri əyləncələrindən qalmayıblar, Madrid, İspaniya.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
10/12
Bəzi paytaxt sakinləri əyləncələrindən qalmayıblar, Madrid, İspaniya.
© AFP 2023 / SUSANA VERAM-30 yolunda qarda qalan avtomobil, Madrid, İspaniya.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
11/12
M-30 yolunda qarda qalan avtomobil, Madrid, İspaniya.
© AFP 2023 / GABRIEL BOUYSMadriddə güclü qar zamanı Sibeles meydanında xizək sürən adam, İspaniya.
Madriddə qarlı havada - Sputnik Azərbaycan
12/12
Madriddə güclü qar zamanı Sibeles meydanında xizək sürən adam, İspaniya.
Xəbər lenti
0