Demokratiya, yoxsa xaos: Vaşinqtondakı hərc-mərcliyin fotoxronikası

46
Aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və işıq-səs qumbarasından istifadə olunub, qeyri-rəsmi məlumatlara görə, dörd nəfər ölüb, 50 nəfərdən çox etirazçı isə həbs edilib.

Vaşinqtonu son prezident seçkisinin nəticələri ilə bağlı iğtişaşlar bürüyüb. Çərşənbə günü, yanvarın 6-da ABŞ Konqresi səsvermənin nəticələrinin təsdqilənməsi proseduruna start verib. Hazırkı prezidenti Donald Trampın tərəfdarları onu dəstəkləmək üçün bir yerə toplaşaraq həmin vaxt iclasın keçirildiyi Konqres binasına hücum ediblər.

Etirazçılara qarşı gözyaşardıcı qazdan və işıq-səs qumbarasından istifadə edilib. Yerli KİV-in verdiyi məlumata görə, aksiyada Hərbi Hava Qüvvələrinin veteranı Eşli Bebbit hökumət binasında aldığı güllə yarasından ölüb. Kapitoli binası yaxınlığında daha üç ölüm hadisəsinin baş verdiyi bildirilir.

Bir qədər bundan əvvəl Kolumbiya bölgəsinin polis rəisi Robert Konti aksiyalarda yerli vaxtla saat 18:00-dan etibarən qüvvədə olan komendant saatını pozan 52 nəfərin həbs olunduğunu bəyan etmişdi.

Qeyd edək ki, son səsvermənin nəticələrinə əsasən, demokratların lideri Co Bayden prezident seçilsə də, hazırkı prezident Donald Tramp məğlubiyyətini qəbul etmir. Ancaq bir neçə dəqiqə əvvəl ABŞ Konqresi nəhayət, Demokrat partiyasının nümayəndəsi Co Baydenin prezident seçkisində qalib gəldiyini təsdiqlədi.

46
  • © Sputnik / Stringer

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

  • © REUTERS / Stephanie Keith

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

  • © Sputnik / Stringer

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

  • © REUTERS / Shannon Stapleton

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

  • © REUTERS / Jim Urquhart

  • © REUTERS / Leah Millis

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

  • © REUTERS / Mike Theiler

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

  • © REUTERS / Jasper Colt / USA TODAY

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

  • © Sputnik / Stringer

    ABŞ-ın hazırki Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Konqressin binası yaxınlığında etiraz edirlər.

Heydər Əliyevin izi ilə: Prezident 39 il sonra eyni gündə Şuşada

17
(Yenilənib 15:15 15.01.2021)
İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtında

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Onlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidində dua ediblər.

Prezident Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın və xanəndə Bülbülün büstlərinin açılışını edib. 

Prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşadakı Cıdır düzünü də ziyarət ediblər. Onlar həmçinin Vaqifin dağıdılmış məqbərəsində olublar. 

Prezident həmçinin Şuşadakı Qazançı kilsəsini də ziyarət edib.

Səfərdə diqqətçəkən məqamlardan biri də İlham Əliyevin 39 il əvvəl eyni gündə Heydər Əliyevin Şuşa şəhərini ziyarəti zamanı olduğu məkanda şəkil çəkdirməsi olub. Bu zaman prezident ümummilli liderin həmin məkanda çəkdirdiyi şəkli əlində tutub. Sputnik Azərbaycan Prezidentin Şuşa şəhərinə səfəri zamanı lentə alınmış ən maraqlı şəkilləri təqdim edir.    

17
  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev Şuşada

  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub

  • © Official website of President of Azerbaijan Republic

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Vaqif türbəsini ziyarət edib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı 1982-ci ildə Şuşada Natəvan bulağının qarşısında çəkilmiş fotonu nümayiş etdirib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olublar

  • © Official website of President of Azerbaijan Republic

    Natəvanın "güllələnmiş heykəli" Şuşaya qaytarılıb. İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb

  • © Official website of President of Azerbaijan Republic

    Üzeyir Hacıbəylinin "güllələnmiş heykəli" Şuşaya qaytarılıb. İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib

  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev Bülbülün ev muzeyini ziyarət edib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olublar

  • © Official website of President of Azerbaijan Republic

    Bülbülün "güllələnmiş heykəli" Şuşaya qaytarılıb. İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib

  • © Official website of President of Azerbaijan Republic

    Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı şəhərdəki “Qazançılar kilsəsi”ndə olub

  • © Official website of President of Azerbaijan Republic

    Leyla Əliyeva Şuşada

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar

  • © Official website of President of Azerbaijan Republic

    Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı şəhərdəki “Qazançılar kilsəsi”ndə olub

  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev Şuşada

Teqlər:
Mehriban Əliyeva, Şuşa, Heydər Əliyev, İlham Əliyev

Dünyanın müxtəlif şəhərlərindən möhtəşəm qar kadrları

21
(Yenilənib 11:32 15.01.2021)
Kimi qarda əylənir, kimi yolları qardan təmizləyir, kimi fotokameralara poz verir, kimi tıxaclarda qalır, kimi də qəzaya uğramış durumdadır.

Bu qış hələlik Bakıya qar yağmasa da, dünyanın müxtəlif paytaxt və şəhərlərindən möhtəşəm qar görüntüləri qeydə alınıb. Kimi qarda əylənir, kimi yolları qardan təmizləyir, kimi fotokameralara poz verir, kimi tıxaclarda qalır, kimi də qəzaya uğramış durumdadır. Sputnik Azərbaycan fotokameralara yansımış bu möhtəşəm görüntüləri təqdim edir.  

21
  • © REUTERS / Kim Hong-Ji

    Seulda qar

  • © AP Photo / Frank Rumpenhorst/dpa

    Frankfrutda qar

  • © AFP 2020 / Pascal Pochard-Casabianca

    Korsikada qar

  • © AP Photo / Matthias Schrader

    Almaniyada qar

  • © Sputnik / Evgeniy Biyatov

    Moskvada qar

  • © AFP 2020 / Markku Ulander / Lehtikuva

    Helsinkidə qar

  • © AFP 2020 / Kim Won Jin

    Pxenyanda qar

  • © REUTERS / Vesa Moilanen/Lehtikuva

    Helsinkidə qar

  • © AP Photo / Lee Jin-man

    Seulda qar

  • © Sputnik / Pavel Lvov

    Murmanskda qar

  • © AFP 2020 / Pascal Pochard-Casabianca

    Korsikada qar

  • © REUTERS / Arnd Wiegmann

    Surixdə qar

Azərbaycanda sərt karantin rejimi yumşaldılır - SMS icazə ləğv olundu

12
(Yenilənib 10:43 16.01.2021)
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Amma yumşaldılmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan daxil olan məlumatda qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir.

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

© AR Ministry of Education /

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.

12
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar