İlin itkiləri: 2020-ci ildə bizi tərk edən tanınmışlar - FOTO

103
(Yenilənib 15:30 30.12.2020)
2020-ci ili faciələr və itkilər ili adlandırmaq olar: koronavirus pandemiyası, təbii fəlakətlər, müharibələr, həmçinin dünyasını dəyişən tanınmışlar...

Son günlərini yaşadığımız 2020-ci il ağır hadisələrlə yadda qaldı: təkcə koronavirus pandemiyası dünyada 1,8 milyon insanın həyatına son qoydu.

Bu il yaddaşlarımızda uzun müddət qalacaq. Cari ildə dünya həmçinin çox sayda tanınmış simanı itirib. Xəstəliklər, faciələr, qəzalar bir çox tanınmış insanın ölümünə səbəb olub. Biz həmişə onların istedadını, işlərini, idman, siyasət, incəsənət, kino və şou-biznes sahələrinə töhfələrini xatırlayacağıq.

Bu il dünyasını dəyişənlərin sırasında qızı ilə birgə helikopter qəzasında həlak olan NBA oyunçusu Kobi Brayant, aktyor Şon Konneri, musiqiçi Eddi Van Halen, modelyer Kenzo Takada və digərləri var.

103
  • © AP Photo / Mark J. Terrill

    Amerikalı basketbolçu Kobi Brayant helikopter qəzasında dünyasını dəyişib. Onun 41 yaşı var idi.

  • © AP Photo / Jordan Strauss/Invision

    Aktyor Çedvik Bouzman "Marvel" kinostudiyasının çəkdiyi filmdə Qara pantera obrazı ilə məşhurlaşmışdı. İctimaiyyətdən xərçəng xəstəliyini gizlədən Bouzman avqustun 28-də 43 yaşında vəfat edib.

  • © AP Photo / Thibault Camus

    Aktrisa Oliviya de Hevillend iyulun 26-da 104 yaşında dünyasını dəyişib.

  • © AFP 2021 / Ed Jones

    Şotlandiyalı aktyor Ser Şon Konneri 31 oktyabr tarixində 90 yaşında vəfat edib.

  • © AP Photo / Michael Sohn

    Bəstəkar Ennio Morrikone iyulun 6-da 91 yaşında dünyasını dəyişib.

  • © Sputnik / Grigory Sysoev

    Futbol əfsanəsi Dieqo Maradona noyabrın 15-də 60 yaşında əbədi gözlərini yumub. O, Argentina yığmasının heyətində 1986-cı ildə keçirilən dünya çempionatının qalibi olub.

  • © AP Photo / Nick Ut

    Amerikalı aktyor Kirk Duqlas fevralın 5-də 103 yaşında vəfat edib.

  • © AP Photo / Invision / Amy Harris

    Amerikalı caz pianoçu və pedaqoqu Ellis Marsalis aprelin 1-də vəfat edib. Onun 85 yaşı var idi.

  • Amerikalı astronavt Alfred Uorden Aya uçan 24 nəfərdən biri idi. Martın 18-də dünyasını dəyişib.

  • © AP Photo / Laurent Cipriani

    İsveçli aktyor Maks fon Syudov 8 mart tarixində 90 yaşında vəfat edib.

  • © AFP 2021 / Khaled DeSouki

    Misirin sabiq prezidenti Hüsnü Mübarək fevralın 25-də 92 yaşında dünyasını dəyişib.

  • © AFP 2021 / Joel Saget

    Yaponiyalı modelyer Kendzo Takada oktyabrın 4-də 82 yaşında dünyasını dəyişib.

  • © REUTERS / Philippe Wojazer

    Britaniyalı model Stella Tennant 22 dekabrda 50 yaşında vəfat edib.

  • © Sputnik / Ekaterina Chesnokova

    Cənubi koreyalı rejissor Kim Ki Duk dekabrın 11-də 60 illik yubileyinə doqquz gün qalmış dünyasını dəyişib.

  • © Sputnik / Grigory Sysoev

    Fransanın sabiq prezidenti Valeri Jiskar dekabrın 2-də 94 yaşında vəfat edib.

  • © AFP 2021 / Tommaso Boddi/Getty Images for IMDb

    Hindistanlı aktyor İrfan Xan aprelin 29-da 54 yaşında dünyasını dəyişib.

  • © AP Photo / Jon Furniss / Invision

    Aktyor İen Holm iyunun 19-da 88 yaşında vəfat edib.

Teqlər:
fotolent, itkilər, məşhurlar, tanınmış şəxsiyyət

Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi - Fotolent

34
Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir.

Şeyx Səfiəddin kompleksi Güney Azərbaycanın (hazırda İran ərazisi sayılır-red.) Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksidir. Kompleks Səfəviyyə sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş türbə ətrafında formalaşıb. 

Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq ediblər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilib. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilib. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilib.

Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxanaya ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilib. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılıb-red.) dəfn edilib.

Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı var. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də, bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.

Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilib. Sputnik Azərbaycan həmin kompleksdən çəkilmiş fotoları təqdim edir. 

34
  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda üçüncü günün parlaq anları

13
(Yenilənib 22:39 09.05.2021)
Bakıda üçgünlük Bədii gimnastika üzrə Dünya kuboku başa çatıb. Yarışdan parlaq kadrlarla Sputnik azərbaycan-ın fotolentində tanış ola bilərsiniz.

Bakıda keçirilən Bədii gimnastika üzrə Dünya kubokunun sonuncu günü altı komplekt medal oynanılıb.

Halqa ilə yarışlarda birinci yeri Linoy Aşram (İsrail), ikinci yeri Lala Kramarenko (Rusiya), üçüncü yeri isə Alina Qarnasko (Belarus) tutublar.

Topla yarışlarda birinci yer Aleksandra Acurcukulezeyə (İtaliya), ikinci yer Darya Trubnikovaya (Rusiya), üçüncü yer isə Boryana Kaleynə (Bolqarıstan) qismət olub.

Beş topla qrup yarışlarında birinci yeri Bolqarıstan, ikincini İtaliya, üçüncünü isə Azərbaycan yığması tuub.

Gürzlərlə yarışda qızıl Linoy Aşrama (İsrail) qismət olub. Gümüşü Boryana Kaleyn (Bolqarıstan), bürüncü isə Lala Kramarenko (Rusiya) qazanıb.

Lentlə yarışlarda ilk yerdə Boryana Kaleyn (Bolqarıstan) qərarlaşınb. İkinci yeri belaruslu Alina Qarnasko, üçüncünü isə Katrin Taseva (Bolqarıstan) tutublar.

Üç halqa və iki cüt gürzlə qrup yarışlarında birinci yeri Bolqarıstan, ikinci yeri İtaliya, üçüncü yeri isə Belarus komandaları tutublar.

Ümumilikdə yarışda 35 ölkədən 169 gimnast iştirak edib, onlardan 63-ü fərdi, 106-sı isə qrup yarışının iştirakçısı olub.

13
  • © Sputnik / Murad Orujov

    Rusiyalı gimnast Darya Trubnikova Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    İsrail təmsilçisi Linoy Aşram Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    İtaliyalı idmançı Aleksandra Adjurdjukuleze Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Bolqarıstanlı gimnast Boryana Kaleyn Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Belarus təmsilçisi Alina Harnasko Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Sloveniyalı idmançı Yekaterina Vedeneyeva Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    İsrail təmsilçisi Nikol Zelikman Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Rusiyalı gimnast Lalə Kramarenko Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Bolqarıstan təmsilçisi Katrin Taseva Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışı zamanı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Belarus komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Braziliya komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda İsrail komandasının çıxışı.

  • © Sputnik / Murad Orujov

    Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Özbəkistan komandasının çıxışı.

Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Türkiyədə "Sinovac" vaksininin istehsalına başlanacaq

0
(Yenilənib 13:27 12.05.2021)
Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir.

BAKI, 12 may - Sputnik. Çinin “Sinovac Biotech” şirkətinin "CoronaVac" vaksininin Türkiyə daxil olmaqla beş ölkədə istehsalına icazə verilib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə istehsalçı şirkət açıqlama yayıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi vaksinləşmə davam edir. Qrafik üzrə tətbiq olunan “Sinovac” vaksinin sayı 30 milyona yaxınlaşır.

Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir. Bunun üçün fərqli şirkətlərə məxsus vaksinin əldə etmək, eləcə də yerli istehsala başlamaq istiqamətində mühüm addımlar atılır.

0
Teqlər:
Türkiyə, Çin, Koronavirus, COVID-19, epidemiya, vaksinasiya, vaksin, Sinovac/Biothec