"Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

76
Nazir İnam Kərimov deyib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ərəfəsində bazarda məhsul bolluğu yaratmaq, eyni zamanda fermerlər üçün alternativ satış kanalı formalaşdırmaqdır.

"Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı və Abşeronda 3 ünvanda fəaliyyət göstərəcək yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer öz məhsullarını çıxarıb.

Yarmarkanın fəaliyyətə başlamasına həsr olunan mərasimdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA-nın Azərbaycan Ofisinin rəhbəri Teoman Tiryaki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər. İştirakçıları yarmarkada yaradılan şəraitlə tanış olub, məhsul gətirən fermerlərlə söhbər ediblər.

Kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ərəfəsində bazarda məhsul bolluğu yaratmaq, eyni zamanda fermerlər üçün alternativ satış kanalı formalaşdırmaqdır: "Yarmarkaya məhsul çıxaran fermerlərə məhsulların daşınması prosesində logistik dəstək göstərilib. Yarmarkada iştirak ödənişsizdir, fermerlər həmçinin heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təchiz olunublar. Bildiyiniz kimi, yarmarkanın təşkili ölkədə pandemiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirildiyi bir dövrə təsadüf edir. Bu səbəbdən təşkilatçılar tərəfindən karantin rejiminin tələblərinə ciddi riayət olunur. Təşkilatçılar tərəfindən ərazidə mütəmadi dezinfeksiya tədbirləri aparılır, könüllülərimiz yarmarka iştirakçılarının hərarətlərini ölçür, onları zəruri tibbi maska və dezinfeksiyaedici maddələrlə təmin edirlər. Ümidvarıq ki, paytaxt sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan yarmarkaların fəaliyyətindən razı qalacaqlar".

Qeyd edək ki, Nərimanov rayonu ərazisində təşkil olunmuş yarmarka ərazisində "Aqrar Tədarük və Təchizat" ASC və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.

"Kənddən şəhərə" Qış Yarmarkası dekabrın 31-dək davam edəcək. Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

76
  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

  • © Sputnik / Murad Orujov

    "Kənddən şəhərə" Qış Yarmarkası fəaliyyətə başlayıb

Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmənin ilk günü Foto

24
(Yenilənib 00:06 19.01.2021)
Azərbaycanda bu gün koronovirus infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. İlk olaraq Çinin CoronaVac preparatı ilə tibb işçilərini peyvəndləməyə başlayıblar. Bunun necə baş verdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.

24
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.

  • © Sputnik / Murad Orujov

    Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

Teqlər:
TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səhiyyə naziri Oqtay Şirəliyev, Oqtay Şirəliyev, Koronavirus, epidemiya, COVID-19

Kül altında həyat: İndoneziyada vulkan püskürmələri

14
(Yenilənib 14:55 18.01.2021)
İndoneziyada 130 aktiv vulkan var. Onlardan ən təhlükəlisi 2968 metr hündürlükdə yerləşən Merapi vulkanı sayılır.

İndoneziyanın Yava adasında Merapi vulkanı aktivləşib. Ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin məlumatına görə, son altı saatda 50 metr hündürlükdə 36 püskürmə qeydə alınıb.

Lava axınları vulkanın cənub-qərb ətəkləri ilə 1,5 km hündürlükdə axır.

Şərqi yava vilayətində isə Smeru vulkanı oyanıb. Vulkanın püskürməsi nəticəsində 4,5 km hündürlüyə kül və tüstü qalxıb.

Qeyd edək ki, İndoneziyada 130 aktiv vulkan var. Onlardan ən təhlükəlisi 2968 metr hündürlükdə yerləşən Merapi vulkanı sayılır. 2010-cu ildə Merapi vulkanının püskürməsi zamanı 347 nəfər ölmüşdü.

14
  • © REUTERS / Antara Foto/Andreas Fitri Atmoko

    İndoneziyada Merapi vulkanının püskürməsi.

  • © AFP 2020 / Agung Supriyanto

    İndoneziyada Merapi vulkanının püskürməsi zamanı insanlar.

  • © AP Photo

    İndoneziyada Semeru vulkanının püskürməsi zamanı küçə ilə gedən kişi.

  • © AFP 2020 / Agus Harianto

    İndoneziyada Semeru vulkanının püskürməsi.

  • © AP Photo / National Disaster Mitigation Agency

    İndoneziyada Semeru vulkanının püskürməsi.

  • © AFP 2020 / Juni Kriswanto

    İndoneziyada Semeru vulkanına mənzərə.

  • © REUTERS / Husny Mubarok

    İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində tüstü və kül.

  • © REUTERS / Zabur Karuru/Antara Foto

    İndoneziyada Semeru vulkanının püskürməsi zamanı lava.

  • © AFP 2020 / Juni Kriswanto

    İndoneziyada Semeru vulkanına mənzərə.

  • © REUTERS / Zabur Karuru/Antara Foto


    İndoneziyada Semeru vulkanının püskürməsindən sonra küllə örtülü tarlada fermer.

Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

1
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

1
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas