Bütün dünya lokdaunda, Uhanda isə həyat qaynayır - FOTOLENT

31
(Yenilənib 01:17 20.12.2020)
Təxminən bir il əvvəl Çinin Uhan şəhərində ilk koronavirusa yoluxma halı qeydə alınmışdı və şəhər tamamilə təcrid edilmişdi. İndi isə Uhanda vəziyyət dünyanın digər şəhərlərindən fərqlidir. Sputnik Azərbaycanın fotolentində Uhanın bugünkü vəziyyətini izləyin.

Çinin əhalisi 12 milyon nəfər təşkil edən Uhan şəhəri koronavirus infeksiyasının ilk zərbəsini qəbul etmişdi. Şəhər bütün dünya ilə yanaşa Çinin digər rayon və vilayətlərindən də 11 həftə müddətinə təcrid olmuşdu. Şəhər sakinlərinə hətta evlərini belə tərk etmək qadağan edilmişdi.

Bu gün isə, ilk yoluxma faktından təxminən bir il sonra Uhanda vəziyyət başqadır - bütün dünyanın lokdauna getdiyi bir zaman, burada həyat normal axarına düşüb. Restoranlar, gecə klubları, ticarət mərkəzləri və hətta infeksiyanın ilk yayıldığı bazarlar belə fəaliyyətini bərpa edib.

Bir neçə gün əvvəl isə Uhanda tibbi maska taxmamağa icazə verilib. Bununla belə, şəhər sakinlərinin əksəriyyəti maskada gəzməyi üstün tutur. Burada son bir neçə gün ərzində koronavirusa yoluxma halı baş verməyib.

31
  • © REUTERS / Aly Song

    İnsanlar Uhanda parkda rəqs edirlər.

  • © REUTERS / Aly Song

    Uhanda restoranda qadın.

  • © REUTERS / Aly Song

    Uhan restoranlarının birində kişi pivə şüşəsini dişi ilə açır.

  • © REUTERS / Aly Song

    İnsanlar Uhanda doğum günü şənliyi keçirirlər.

  • © REUTERS / Aly Song

    Uhanda küçədə yemək satan qadın.

  • © REUTERS / Aly Song

    Uhanda gəmidən düşən insanlar.

  • © REUTERS / Aly Song

    Ziyarətçilər Uhanda tirdə.

  • © REUTERS / Aly Song

    Uhanda gecə klubu yaxğınlığında avtomobildə kişi.

  • © REUTERS / Aly Song

    Uhanda barda insanlar bir-birlərini kremlə yaxırlar.

  • © REUTERS / Aly Song

    Uhanda gecə saatlarında restoranda insanlar.

  • © REUTERS / Aly Song

    Uhanda COVİD-19 virusunun başlamasından bir il sonra Yanszı çayında bərə.

  • © REUTERS / Aly Song

    Uhanda gecə klubunda rəqs edən insanlar.

  • © REUTERS / Aly Song

    İnsanlar Uhanda gecə klublarının birində rəqs edirlər.

Heydər Əliyevin izi ilə: Prezident 39 il sonra eyni gündə Şuşada

17
(Yenilənib 15:15 15.01.2021)
İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtında

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Onlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidində dua ediblər.

Prezident Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın və xanəndə Bülbülün büstlərinin açılışını edib. 

Prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşadakı Cıdır düzünü də ziyarət ediblər. Onlar həmçinin Vaqifin dağıdılmış məqbərəsində olublar. 

Prezident həmçinin Şuşadakı Qazançı kilsəsini də ziyarət edib.

Səfərdə diqqətçəkən məqamlardan biri də İlham Əliyevin 39 il əvvəl eyni gündə Heydər Əliyevin Şuşa şəhərini ziyarəti zamanı olduğu məkanda şəkil çəkdirməsi olub. Bu zaman prezident ümummilli liderin həmin məkanda çəkdirdiyi şəkli əlində tutub. Sputnik Azərbaycan Prezidentin Şuşa şəhərinə səfəri zamanı lentə alınmış ən maraqlı şəkilləri təqdim edir.    

17
  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev Şuşada

  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub

  • © Official website of President of Azerbaijan Republic

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Vaqif türbəsini ziyarət edib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı 1982-ci ildə Şuşada Natəvan bulağının qarşısında çəkilmiş fotonu nümayiş etdirib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olublar

  • © Official website of President of Azerbaijan Republic

    Natəvanın "güllələnmiş heykəli" Şuşaya qaytarılıb. İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb

  • © Official website of President of Azerbaijan Republic

    Üzeyir Hacıbəylinin "güllələnmiş heykəli" Şuşaya qaytarılıb. İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib

  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev Bülbülün ev muzeyini ziyarət edib

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olublar

  • © Official website of President of Azerbaijan Republic

    Bülbülün "güllələnmiş heykəli" Şuşaya qaytarılıb. İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib

  • © Official website of President of Azerbaijan Republic

    Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı şəhərdəki “Qazançılar kilsəsi”ndə olub

  • © Official website of President of Azerbaijan Republic

    Leyla Əliyeva Şuşada

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar

  • © Official website of President of Azerbaijan Republic

    Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı şəhərdəki “Qazançılar kilsəsi”ndə olub

  • © Official website of President of Azerbaijan Republic

    İlham Əliyev Şuşada

Teqlər:
Mehriban Əliyeva, Şuşa, Heydər Əliyev, İlham Əliyev

Dünyanın müxtəlif şəhərlərindən möhtəşəm qar kadrları

21
(Yenilənib 11:32 15.01.2021)
Kimi qarda əylənir, kimi yolları qardan təmizləyir, kimi fotokameralara poz verir, kimi tıxaclarda qalır, kimi də qəzaya uğramış durumdadır.

Bu qış hələlik Bakıya qar yağmasa da, dünyanın müxtəlif paytaxt və şəhərlərindən möhtəşəm qar görüntüləri qeydə alınıb. Kimi qarda əylənir, kimi yolları qardan təmizləyir, kimi fotokameralara poz verir, kimi tıxaclarda qalır, kimi də qəzaya uğramış durumdadır. Sputnik Azərbaycan fotokameralara yansımış bu möhtəşəm görüntüləri təqdim edir.  

21
  • © REUTERS / Kim Hong-Ji

    Seulda qar

  • © AP Photo / Frank Rumpenhorst/dpa

    Frankfrutda qar

  • © AFP 2020 / Pascal Pochard-Casabianca

    Korsikada qar

  • © AP Photo / Matthias Schrader

    Almaniyada qar

  • © Sputnik / Evgeniy Biyatov

    Moskvada qar

  • © AFP 2020 / Markku Ulander / Lehtikuva

    Helsinkidə qar

  • © AFP 2020 / Kim Won Jin

    Pxenyanda qar

  • © REUTERS / Vesa Moilanen/Lehtikuva

    Helsinkidə qar

  • © AP Photo / Lee Jin-man

    Seulda qar

  • © Sputnik / Pavel Lvov

    Murmanskda qar

  • © AFP 2020 / Pascal Pochard-Casabianca

    Korsikada qar

  • © REUTERS / Arnd Wiegmann

    Surixdə qar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0