Vətən müharibəsində zəfər münasibətilə paytaxtda atəşfəşanlıq olub

48
(Yenilənib 22:24 10.12.2020)
Xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, paytaxt sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət olunmayıb.

Bu gün Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olub.

Atəşfəşanlıq Vətən müharibəsində qələbə münasibətilə təşkil olunub.

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, Bakı sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət edilməyib.

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsindəki qələbəyə həsr olunan Zəfər paradı keçirilib.

48
  • © Sputnik / Mihail Voskresenskiy

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Murad Orujov

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Mihail Voskresenskiy

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Murad Orujov Murad Orujov

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Aleksey Kudenko

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Murad Orujov

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Aleksey Kudenko

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Murad Orujov Murad Orujov

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Murad Orujov

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Murad Orujov

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

  • © Sputnik / Murad Orujov

    Vətən müharibəsində qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub

örpəyə bürünmüş şəhər: Bakıya ilk qar yağdı - Fotolent

47
Bakıda son illərdə qar nadir təbiət hadisəsinə çevrilib. Bununla belə, Azərbaycan paytaxtında qısamüddətli olsa da, bu qış ilk qar yağıb. Sputnik Azərbaycanın fotolentində Bakıya yağan ilk qarın fotolarını izləyə bilərsiniz.

Ötən həftədən etibarən sinoptiklər Bakıda havanın soyuyacağını və qar yağacağını proqnozlaşdırmışdılar. Lakin qarlı hava Bakıda uzun sürmədi, və bu təbiət hadisəsini səbirsizliklə gözləyən qar həvəskarlarının əylənmək arsuzu alınmadı.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın açıqlamasına görə, sabah hava yağmursuz olacaq, lakin havanın ayaz keçməsinə görə şaxtalı olacaq. Bakıda bu gecə 0-2 dərəcə şaxta, aran rayonlarda 2-7 şaxta, dağlıq bölgədə 10-15, yüksək dağlıqda 18-23 dərəcə şaxta olacaq.

47
  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

  • © Sputnik / Murad Orujov

    Bakıda 2021-ci ildə ilk qar.

Baydenin inauqurasiyası: ABŞ-ın 46-cı prezidentinin andiçməsi belə oldu - FOTOLAR

29
(Yenilənib 11:24 21.01.2021)
  • Co Baydenin inauqurasiyası
  • Co Bayden
ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Cozef Baydenin inaqurasiyası mərasimində iştirak etməyib.

ABŞ-da yeni seçilmiş prezident Cozef Baydenin dünən andiçmə mərasimi keçirilib.

ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb. Tramp tədbirdə iştirak etməyib. 

İnaqurasiyada həmçinin, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama iştirak ediblər.

Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib. 

29
  • © Andrew Harnik / POOL / AFP

    Amerikalı müğənni Ledi Qaqa Kapitoliydə ABŞ-ın 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində.

  • © Erin Schaff / Pool via REUTERS

    ABŞ-ın 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimi.

  • © Caroline Brehman / Pool via REUTERS

    ABŞ-ın keçmiş Prezidentləri Barak Obama və Corc Buş, Obamanın həyat yoldaşı Mişel və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində.

  • © REUTERS / KEVIN LAMARQUE

    Amanda Qorman ABŞ-ın 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində şeir oxuyur.

  • © REUTERS / KEVIN LAMARQUE

    ABŞ-ın yeni vitse-prezidenti Kamala Harris Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində and içir.

  • © AP Photo / Alex Brandon, Pool

    ABŞ-ın yeni Prezidenti Co Bayden həyat yoldaşı Cill Baydenlə Ağ Evdə.

  • © REUTERS / BRENDAN MCDERMID

    ABŞ-ın yeni Prezidenti Co Bayden və keçmiş Prezidenti Barak Obama inauqurasiya mərasimində.

  • Co Baydenin inauqurasiyası
    © REUTERS / KEVIN LAMARQUE

    ABŞ-ın yeni Prezidenti Co Bayden inauqurasiya mərasimində and içir.

  • © REUTERS / MIKE SEGAR

    ABŞ-ın yeni Prezidenti Co Bayden həyat yoldaşı Cill Baydenlə inauqurasiya mərasimində.

  • © REUTERS / KEVIN LAMARQUE

    ABŞ-ın keçmiş Prezidentləri Corc Buş və Bill Klinton Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində.

  • © Caroline Brehman / Pool via REUTERS

    Müğənni Cennifer Lopez Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində çıxışından sonra sevgilisi Aleks Rodriqezi öpür.

  • Co Bayden
    © Jim Lo Scalzo / Pool via REUTERS

    Co Bayden Prezident vəzifəsində ilk sənədləri imzalayır.

  • © REUTERS / TOM BRENNER

    ABŞ-ın yeni Prezidenti Co Bayden həyat yoldaşı Cill Baydenlə Ağ Evin eyvanında.

  • © AFP 2020 / PATRICK T. FALLON

    ABŞ-ın yeni Prezidenti Co Baydenin inauqurasiya mərasimindən sonra atəşfəşanlıq.

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0