Təhlükəli oyun: Çəkiliş zamanı ölümlə üz-üzə qalan aktyorlar

104
(Yenilənib 15:48 16.11.2020)
Çəkilişlər zamanı oynadıqları rol üçün həyatlarını təhlükəyə atan aktyorların görüntüləri Sputnik Azərbaycan-ın fotolentində.

Aktyor sənəti təhlükələrlə bağlıdır. Onlar bəzən ekstremal şəraitdə işləməli olurlar, hərdən isə həyatları belə təhlükə altında qalır.

Sputnik Azərbaycan-nın fotolentində möcüzə nəticəsində sağ qalan aktyorların görüntülərini izləyə bilərsiniz. Məsələn, aktrisa Keyt Uinslet "Titanik" filminin çəkilişləri zamanı az qala suda boğulacaqmış, Coni Deppi isə "Tənha reyncer" filminin çəkilişləri zamanı at tapdalayacaqmış.

104
  • © Photo : Lenfilm (1961)

    Fotoda "Amfibiya insan" (1961) filmində İxtiandr roluna təsdiqlənən aktyor Vladimir Korenevdir. Aktyorlar tryukların çoxunu suyun altında yerinə yetirməli olurdular. Bu hərəkətlərin birində aktyorun bağlandığı zəncir matrosun əlindən çıxıb və suyun dibinə gedib. Xoşbəxtlikdən Korenevi vaxtında çıxarmağı bacarıblar.

  • Ceki Can "Tanrının yaraqları" (1986) filmində yeddi metr yüksəklikdən yıxılıb. Başı daşa dəyən aktyor ciddi xəsarət alıb.

  • © Photo : Mosfilm (1974)

    Aktyor Konstantin Raykin rejissor Nikita Mixalkovun "Yadlar içində doğma, doğmalar içində yad" (1974) filminin çəkilişi zamanı az qala suda boğulacaqmış.

  • © Photo : Brooksfilms Limited (1980)

    Devid Linçin tarixi "Fil insan" (1980) filmində oynayan Con Hertin qrimə görə az qala nəfəsi kəsiləcəkmiş.

  • © Photo : Mosfilm (1967)

    Fotoda Leonid Qaydayın "Qafqaz əsiri" (1967) filmində çəkilən aktyor Aleksandr Demyanenkodur. Epizodların birində filmin qəhrəmanı Şurik Mzımta çayının yanında yatacaq kisəsində suya düşüb.

  • © Photo : Mosfilm (1967)

    Fotoda aktrisa Natalya Varley 1967-ci ildə ekran üzü görən "Viy" filminin çəkilişləri zamanıdır. Dublların birində aktrisanın başı gicəllənib, o, 15 metr hündürlükdə olan tabutdan yıxılıb. Aktrisanı Xoma Brut rolunu oynayan Leonid Kuravlyov tutub.

  • Maykl Cey Foks rejissor Robert Zemekisin "Geriyə gələcəyə doğru" (1990) filmində səhnələrin birində huşunu itirib. İp onun boynunu sıxıb və o, boğulmağa başlayıb.

  • Tom Henks rejissor Robert Zemekisin "Yeni həyat" (2000) dramının çəkilişi zamanı kəsik yarası alıb və stafilokok infeksiyasına yoluxub.

  • Deniel Dey-Lyuis rejissor Martin Skorsezenin "Nyu-York bandaları" (2002) dramının çəkilişləri zamanı pnevmoniya tutub. Film ilin soyuq vaxtlarında çəkilirdi, aktyor isə on doqquzuncu əsrdə mövcüd olmayan isti geyimi geyinməkdən imtina edibmiş.

  • Coni Depp "Tənha reyncer" (2013) filminin çəkilişi zamanı atdan yıxılıb və möcüzə nəticəsində ciddi xəsarətlər almayıb.

  • Aktrisa Uma Turmanı "Persi Cekson və İldırım oğrusu" (2010) filminin çəkilişləri zamanı az qala mini-furqon vuracaqmış. Onu film üzrə tərəfdaşı Pirs Brosnan xilas edib.

  • Keyt Uinslet "Titanik" (1997) filminin çəkilişləri zamanı ölümlə üz-üzə qalıb. Aktrisanın paltarı dəmir parçasına ilişib və Keyt suyun altında qalaraq boğulmağa başlayıb.

  • © Photo : Colossal Pictures (2005)

    Şarliz Teron "Eon Flaks" (2005) filminin çəkilişləri zamanı onurğa diskini zədələyib. Aktrisa bütün tryukları özü edirmiş, lakin arxaya salto zamanı ayağı qaçıb və boynu üstə yerə düşüb.

Teqlər:
Keyt Uinslet, aktyor

Dünya futbolunun əfsanəsi FOTOlarda

12
(Yenilənib 09:06 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azarkeşlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

12
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Dieqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Məşqçi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

23
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

23
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0