Həftənin seçilmişləri: Onlayn-karnaval, əsgərlər üçün çiçəklər maskalı sənət

76
(Yenilənib 17:29 05.09.2020)
  • İllüziya ustası Devid Bleynin Merac tryuku
  • Extinction Rebellion hərəkatının fəalları Londonda iqlim dəyişikliyinə qarşı etiraz edirlər
  • ABŞ Prezidenti Donald Tramp Uilminqton beynəlxalq aeroportunda Air Force One təyyarəsinə minir, Şimali Karolina, ABŞ
  • Mayli Sayrus MTV Video Music Awards 2020 mərasimində çıxış edir
Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Ötən həftə bol müzakirə olunan hadisələrlə dolu idi. Diqqət mərkəzində duran ən vacib olaylardan biri, demək olar ki, dünyanın hər qitəsini bürüyən etiraz aksiyaları idi. Belarusda prezident seçkisindən sonra mitinqlər dayanmaq bilmir. ABŞ-da isə etirazlar iğtişaşa, polislə münaqişəyə çevrilib, demək olar ki, etirazçılar hər gün bir yeri oda verirlər. Budəfəki narazılığın səbəbi daha bir qaradərili – Ceykob Bleykin həbs olunarkən müqavimət göstərməsi bəhanəsi ilə öldürülməsidir.

Londondakıların dərdi isə bütün planetdir. Extinction Rebellion ("Məhvə qarşı üsyan") hərəkatının məqsədi siyasətçilərin diqqətini çəkərək onların fəaliyyətini iqlim dəyişikliklərinin qarşısını almağa yönəltməkdir. Ancaq siyasətçilər bu cəhdi qiymətləndirməyiblər, nəticədə aksiyanı polis dağıdıb, yüzlərlə adamı həbs edib.  

Bu qədər qaramatın içində pozitiv notlu xəbərlər də var. Məsələn, unudulmaqda olan amerikalı illüziya ustası Devid Bleyn hava şarı ilə 7300 m yüksəkliyə qalxaraq “kölgədən çıxıb”. O, bu hadisəyə 10 il hazırlaşıb. Uçuş canlı efirdə yayımlanıb. Bleyn tryukunu "Merac" adlandırsa da sosial şəbəkə izləyiciləri bu hadisəni “Yuxarı” cizgi filmindəki uçuşa bənzədərək zarafat ediblər.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

 

76
  • © AFP 2020 / STR

    Çində ilk dərs günündə qızcığaz əsnəyir

  • © Sputnik / Vladimir Astapkovich

    Moskva ətrafındakı "Kubinka" aerodromunda keçirilən "Ordu-2020" forumunda "Russkiye Vityazi" pilotaj qrupunun Su-35C qırıcı təyyarəsi nümunəvi uçuş sərgiləyir

  • © AFP 2020 / Arif Ali

    Pakistanda Aşura mərasimində şiələr ağ ata toxunmağa çalışırlar

  • © AFP 2020 / Sergio Lima

    Braziliyada ipe ağacı çiçəkləyərkən

  • © REUTERS / Manuel Silvestri

    Model Teylor Hill 77-ci Beynəlxalq Venesiya Kinofestivalının açılışında

  • İllüziya ustası Devid Bleynin Merac tryuku
    © AFP 2020 / David Becker/Getty Images for YouTube Originals

    İllüziya ustası Devid Bleynin "Merac" tryuku

  • © Sputnik / Alexandr Kryazhev

    Rusiya Silahlı Qüvvələrinin hərbçiləri "Döyüş kəşfiyyatının əlaçıları 2020" müsabiqəsində

  • © REUTERS / Brendan McDermid

    Viskonsində qarşıdurma zamanı qadın Milli Qvardiyanın əsgərinə gül bağışlayır

  • © Sputnik / Alexandr Kryazhev

    Novosibirsk vilayətinin Yurt-Akbalık orta məktəbinin şagirdi sentyabrın 1-də dərsə gedir

  • © Sputnik / Grigory Sysoev

    Moskva yaxınlığındakı Alabino poliqonunda "Tank biatlonu - 2020" müsabiqəsində Serbiya komandasının Т-72Б3 tankı

  • © AFP 2020 / Arun Sankar

    Çennayda tibb işçisi qadından COVID-19 analizi üçün yaxma götürür, Hindistan

  • Extinction Rebellion hərəkatının fəalları Londonda iqlim dəyişikliyinə qarşı etiraz edirlər
    © AFP 2020 / Tolga Akmen

    Extinction Rebellion hərəkatının fəalları Londonda iqlim dəyişikliyinə qarşı etiraz edirlər

  • © REUTERS / Toby Melville

    Nottinq-Hilldə tarixdə ilk rəqəmsal karnaval zamanı Karib hövzəsindən olan rəqqasə çıxış edir

  • © AFP 2020 / Juan Barreto

    Duz mədənində tikilmiş Sipakir Duz Kilsəsini dezinfeksiya edirlər, Kolumbiya

  • © AFP 2020 / Dibyangshu Sarkar

    Koronavirus pandemiyası səbəbindən bağlanmış kitab mağazası önündə uyuyan kişi, Kəlküttə

  • © REUTERS / Suhaib Salem

    Qəzzada balıq tutan kişi və oğurluğa hazırlaşan pişik

  • © Sputnik / Mikhail Alaeddin

    Beyrutda etiraz aksiyası

  • ABŞ Prezidenti Donald Tramp Uilminqton beynəlxalq aeroportunda Air Force One təyyarəsinə minir, Şimali Karolina, ABŞ
    © AFP 2020 / Mandel Ngan

    ABŞ Prezidenti Donald Tramp Uilminqton beynəlxalq aeroportunda Air Force One təyyarəsinə minir, Şimali Karolina, ABŞ

  • Mayli Sayrus MTV Video Music Awards 2020 mərasimində çıxış edir
    © REUTERS / Viacom

    Mayli Sayrus MTV Video Music Awards 2020 mərasimində çıxış edir

  • © AFP 2020 / Thomas Lohnes

    Aralıq dənizində xilas edilmiş miqrantlar

  • © AFP 2020 / Aamir Qureshi

    İslamabadda Raval bəndi, Pakistan

  • © AFP 2020 / Andy Buchanan

    Yan Vermeyerin "Mirvari sırğalı qız" rəsminin maskalı qraffiti interpretasiyası

Teqlər:
fotolent

Bakı hər bir xırdalığı ilə: sakitlik bəxş edən minimalizm FOTOLAR

29
(Yenilənib 12:11 24.09.2020)
Minimalizm fotoqrafların sevimli janrlarından biridir. O, tamaşaçının diqqətini müəyyən detala, xırdalığa və ya obyektə cəmləşdirməyə imkan verir. Bakı küçələrindən minimalizm üslubunda çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

Bakı küçələri memarlığı, küçə süjetlərini və ya minimalizmi çəkən fotoqraflar üçün əsl xəzinədir. Hər addımda maraqlı mənzərəyə, kompozisiyaya, tarixi və ya müasir tikiliyə rast gəlmək olar.

Minimalizm bir janr kimi təsviri sənətdə keçən əsrin ortalarında ortaya çıxıb, lakin fotoqraflar onu tez bir zamanda seviblər. Bu fotoşəkillərin əsas konsepsiyası belədir: əsas obyekt kadrın kiçik bir hissəsini tutur, ətrafı isə boşluq kimi buraxılır. Belə şəkillər bütün diqqəti əsas obyekt üzərində cəmləşdirməyə imkan verir. Psixoloqlar iddia edirlər ki, minimalizm üslubunda əsərlərə baxmaq sakitləşməyə imkan verir.

Tez-tez "az olsun, saz olsun" ifadəsini eşitmək mümkündür. Bəlkə də belədir. Amma hələ ki sizə Bakının küçələrində çəkilmiş fotoşəkillərə baxmağı təklif edirik.

29
  • © Sputnik / Murad Orujov

    Bakı teleqülləsinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakıda yaşayış binasına mənzərə.

  • © Sputnik / Murad Orujov

    Şəhər mənzərəsi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Flame Towers binalarının fonunda məscid minarələri.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında palmalar.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində tarixi binanın fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı teleqülləsinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakıda Qız qalasının fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında yaxta.

  • © Sputnik / Murad Orujov

    Bakı şəhərinə Xəzər dənizindən mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində bina tikintisi.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında ağac.

  • © Sputnik / Murad Orujov

    Qadın övladı ilə Bakı bulvarında.

  • © Sputnik / Murad Orujov

    Dəniz Mall Ticarət Mərkəzinin binasında "Şeytan çarxı"nın əks olunması.

  • © Sputnik / Murad Orujov

    Dənizkənarı Milli Park.

  • © Sputnik / Murad Orujov

    Bakıda "Şeytan çarxı" attraksionunun fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrinin birində işıqlandırma.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında Dəniz Mall Ticarət Mərkəzinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    "Çayki" restoranının fraqmenti

  • © Sputnik / Murad Orujov

    Dənizkənarı Milli Park.

  • © Sputnik / Murad Orujov

    "Şəhidlər" məscidinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində Four Seasons hotelinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    "İçərişəhər" metrostansiyasının fraqmenti

  • © Sputnik / Murad Orujov

    Bakı meriyasında Azərbaycan bayrağı.

  • © Sputnik / Murad Orujov

    Şirvanşahlar saray kompleksində "Şah" məscidinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Zeytun ağacının budağı.

  • © Sputnik / Murad Orujov

    Bakıda qala divarının fraqmenti.

Teqlər:
minimalizm, Bakı, fotolent

Köhnə qəsəbənin yeni halı- Bibiheybəti tanımaq mümkün deyil- Fotolar

72
(Yenilənib 16:31 23.09.2020)
Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub. Bibiheybət yeniləşmədən sonra İtalyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır.

Bakı qəsəbələrinin yeniləşdirilməsi və yenidən qurulması proqramı çərçivəsində Balaxanıdan sonra sırada qədim Bibiheybət kəndi durur. Bu yer şübhəsiz gəzinti və fotosessiyalar üçün daha bir sevimli məkan olacaq.

Bakının qəsəbə və kəndlərinin bərpası tam ciddi şəkildə aparılır. Cəmi bir neçə həftə əvvəl müzakirələr mərkəzində Abşeronun ən qədim neft hasilatı mərkəzi – Balaxanı qəsəbəsi olub. İndi isə nəzərlər Bakının cənub girişində başqa bir yerə – Bibiheybət qəsəbəsinə yönəlib. Orada işlər hələ tam başa çatmasa da, şəhər sakinləri artıq oraya gedib və çəkdirdikləri yeni "selfi"ləri sosial şəbəkələrdə bölüşməyə macal tapıblar.

Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub. Balaxanı üslubuna görə Yunanıstanın Santorini şəhəri ilə müqayisə edilirdisə, Bibiheybət yeniləşmədən sonra İtalyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır.

Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, son mərhələdə qəsəbədə ağaclar əkiləcək, oturacaqlar qoyulacaq, ərazi tamamilə təmizlənəcək və həm yerli, həm də xarici turistlərin qəbulu üçün hazırlanacaq.

Xatırladaq ki, Bakının Əmircan və Ramana kimi bir sıra digər qəsəbələrində də analoji işlər aparılır.

72
  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonraBibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

  • © Sputnik / Murad Orujov

    Bibiheybət qəsəbəsi abadlıq işlərindən sonra

Əlaqədar
"Bibiheybət yolu"nun açılacağı tarix bir az da uzandı
Bibiheybət yolu da bağlandı
Bibiheybət yolu bərpa edilir

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

0
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

0