Dünyanın bir sıra ölkələrində sentyabrın biri Bilik Günüdür. Koronavirus pandemiyasına rəğmən, Fransa, Çin, Rusiya və digər ölkələrdə bu gündən məktəblərdə dərs ili başlayıb.
Uşaqlar məktəbə maskalarda gəlir, dezinfeksiyaedici məhlullarla əllərini virusdan təmizləyirlər.
Qeyd edək ki, Azərbaycanda da 2004-cü ilədək Bilik Günü sentyabrın 1-də qeyd olunurdu. Lakin həmin il ölkə prezidentinin fərmanı ilə dərslər sentyabrın 15-də başlandığından Bilik Gününün də vaxtı həmin günə dəyişdirildi.
Bu il də ölkəmizdə tədris sentyabrın 15-dən, amma yeni qaydalarla başlanacaq.
Sputnik Azərbaycan dünyanın müxtəlif ölkələrində dərs ilinin necə başlandığını əks etdirən fotoları təqdim edir.
Çində ilk dərs günü
Fransada ilk dərs günü
Rusiyada ilk dərs günü
Brüseldə ilk dərs günü
İsraildə ilk dərs günü
Fransada ilk dərs günü
Fransada ilk dərs günü
İordaniyada ilk dərs günü
Uhanda ilk dərs günü
İsraildə ilk dərs günü
Ötən həftədən etibarən sinoptiklər Bakıda havanın soyuyacağını və qar yağacağını proqnozlaşdırmışdılar. Lakin qarlı hava Bakıda uzun sürmədi, və bu təbiət hadisəsini səbirsizliklə gözləyən qar həvəskarlarının əylənmək arsuzu alınmadı.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın açıqlamasına görə, sabah hava yağmursuz olacaq, lakin havanın ayaz keçməsinə görə şaxtalı olacaq. Bakıda bu gecə 0-2 dərəcə şaxta, aran rayonlarda 2-7 şaxta, dağlıq bölgədə 10-15, yüksək dağlıqda 18-23 dərəcə şaxta olacaq.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
Bakıda 2021-ci ildə ilk qar.
ABŞ-da yeni seçilmiş prezident Cozef Baydenin dünən andiçmə mərasimi keçirilib.
ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.
Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb. Tramp tədbirdə iştirak etməyib.
İnaqurasiyada həmçinin, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama iştirak ediblər.
Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib.
Amerikalı müğənni Ledi Qaqa Kapitoliydə ABŞ-ın 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində.
ABŞ-ın 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimi.
ABŞ-ın keçmiş Prezidentləri Barak Obama və Corc Buş, Obamanın həyat yoldaşı Mişel və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində.
Amanda Qorman ABŞ-ın 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində şeir oxuyur.
ABŞ-ın yeni vitse-prezidenti Kamala Harris Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində and içir.
ABŞ-ın yeni Prezidenti Co Bayden həyat yoldaşı Cill Baydenlə Ağ Evdə.
ABŞ-ın yeni Prezidenti Co Bayden və keçmiş Prezidenti Barak Obama inauqurasiya mərasimində.
ABŞ-ın yeni Prezidenti Co Bayden inauqurasiya mərasimində and içir.
ABŞ-ın yeni Prezidenti Co Bayden həyat yoldaşı Cill Baydenlə inauqurasiya mərasimində.
ABŞ-ın keçmiş Prezidentləri Corc Buş və Bill Klinton Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində.
Müğənni Cennifer Lopez Birləşmiş Ştatların 46-cı prezidenti Co Baydenin inauqurasiya mərasimində çıxışından sonra sevgilisi Aleks Rodriqezi öpür.
Co Bayden Prezident vəzifəsində ilk sənədləri imzalayır.
ABŞ-ın yeni Prezidenti Co Bayden həyat yoldaşı Cill Baydenlə Ağ Evin eyvanında.
ABŞ-ın yeni Prezidenti Co Baydenin inauqurasiya mərasimindən sonra atəşfəşanlıq.
Rahim Məmmədov, Sputnik Azərbyacan
BAKI, 23 yanvar — Sputnik. Gəncə şəhərində dünyaya göz açan 28 yaşlı hərbçi Murad İbrahimov Vətən müharibəsi başlayan gündən MAXE kimi döyüşlərə qatılıb. İbrahimov sonuncu dəfə ailəsi ilə oktyabrın 2-də danışıb. Həmin gündən sonra Muraddan ailəsi xəbər ala bilməyib. Onun 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu bildirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan Ordusunun əsgəri M. İbrahimovun nəşi Gəncə şəhərinə gətirilib. Şəhidin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra , Gəncədəki şəhidlər xiyabanında dəfn edilib.
Vida mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət Vəkili Naqif Həmzəyev, Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.
Murad İbrahimov Vətən müharibəsində itkin düşən 50 hərbçidən biridir. Gəncə şəhər sakini evli olub 1 yaşında oğlan övladı var.