Həftənin fotoları: tutular, yanğınlar, qasırğalar alovların dəhşətli rəqsi

40
(Yenilənib 19:55 30.08.2020)
Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Həyat davam edir və o, gerçəkdən də gözəldir: siyasətə, etirazlara, pis havaya, məişət problemlərinə rəğmən şimal yarımkürəsinin insanları bizimlə sağollaşan yayın son günlərinin dadını çıxarmağa çalışırlar. Kimsə təyyarədən tullanır, kimsə elf kostyumu geyinir, kimsə də gündəlik çax-çuxu ilə məşğuldur.

Qüds, Viskonsin, Portlenddə yaşayanlar isə mitinqə çıxır, haqlarını tələb edirlər.

Hərbçilər Ordu oyunları keçirir, futbolçular top qovur, qadın kinoloqlar itləri öyrədirlər.

Bir sözlə, fotoqrafların gözündən heç nə yayınmır: bir təfədə küçələri su basıb, başqa tərəfi meşə alovları əldən salıb.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

40
  • © AFP 2020 / Kirill Kudryavtsev

    Moskvada "Patriot" parkında "Ordu-2020" Beynəlxalq hərbi-texniki forumunda T-55A tankı

  • © Sputnik / Alexandr Kryazhev

    Rusiyanın Altay vilayətinin Slavqorod rayonunda Burlinskoye duzlu gölünə mənzərə

  • © REUTERS / Laurent Gillieron

    İsveçrəli səyahətçi Rafael Domyan Payern aviabazasında "SolarStratos" təyyarəsindən tullanır

  • © REUTERS / John Sibley

    Elf geyimində olan qadın Londonda Ministry of Fun Santa-Klaus məktəbinin məzunları ilə

  • © REUTERS / Vincent Carchietta / USA TODAY Sports

    "New York City" komandasının yarımmüdafiəçisi Valentin Kastellanos və "Columbus Crew" klubunun müdafiəçisi Abubakar Keyta Red Bull Arenada oyun zamanı

  • © REUTERS / Guglielmo Mangiapane

    Bir qrup italiyalı xilasedici qadın itləri ilə birgə təlimdə

  • © AP Photo / Dieu Nalio Chery

    Haitidə qız qasırğadan sonra su basmış küçə ilə gedir

  • © AP Photo / Morry Gash

    Polisin qaradərili Ceykob Bləki güllələdiyi Kenoşa dairəsində etirazlar zamanı alovlanan avtomobil, Viskonsin ştatı

  • © AP Photo / Rodrigo Abd

    Peruda koronavirusdan ölən qadının dəfni

  • © AFP 2020 / Gent Shkullaku

    Albaniyada çimərlikdə çətirlər

  • © Sputnik / Konstantin Mihalchevskiy

    Yevpatoriyada Sasık-Sivaş gölündə modellər paltarları nümayiş etdirirlər

  • © AP Photo / Moises Castillo

    Qvatemalada Aurora Zoo zooparkının əməkdaşı zürafələrə yem verir

  • © REUTERS / Kim Hong-Ji

    Qoruyucu maskada olan cənubi koreyalı tələbələr

  • © AFP 2020 / Lakruwan Wanniarachchi

    Kolomboda Esala Perahera festivalı zamanı rəqqasə, Şri-Lanka

  • © REUTERS / Loren Elliott

    Çantasında tutuquşular olan qadın Sidneydə okean sahilində, Avstraliya

  • © REUTERS / Ronen Zvulun

    Etirazçılar Qüdsdə prezident iqamətgahının yaxınlığında

  • © AFP 2020 / Logan Cyrus

    Şarlottada iğtişaşlar zamanı polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edirlər, ABŞ

  • © REUTERS / Maranie Staab

    Portlenddə aksiya zamanı qızın gözlərini südlə yuyurlar, ABŞ

  • © AFP 2020 / Hoshang Hashimi

    Heratda gənc qız iş zamanı, Əfqanıstan

  • © AFP 2020 / Pedro Pardo

    Meksikalı musiqiçilər - "mariaçilər" Mexiko kanalında

  • © Sputnik / Iliya Pitalev

    Moskvada "Gecə yürüşü 2020"nin iştirakçıları

  • © AFP 2020 / Josh Edelson

    Vakavildə yanmış maşının yanında xoruz, Kaliforniya, ABŞ

  • © AFP 2020 / Nhac Nguyen

    Hanoyda genişləndirilmiş yolda moped sürücüləri

Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

39
(Yenilənib 14:36 29.11.2020)
Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

Füzuli Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində 2020-ci il oktyabrın 17-də Ermənistan hərbi qüvvələrindən təmizlənib. 27 il ərzində ermənilərin Füzulini nə hala saldığıını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

39
  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə "Araz" qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar. Mərkəzdə - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə qəbiristanlıqda muğam ifaçısı Ağabala Abdullayevin sınıdırılmış büstü.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə azərbaycanlıların qəbiristanlığı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə ağacda çəkmələr.

  • © Sputnik / Aleksey Kudenko

    Füzuli bulağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış binanın qarşısında yanmış avtomobil.

  • © Sputnik / Алексей Куденко

    Azərbaycan polisi "Araz" qəzetinin redaksiyası olan dağılmış binanın yanında.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış bina.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə yolda Azərbaycan polisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış yanğından mühafizə bölməsinin binası.

Qafqazın Xirosiması: Ağdamın quş uçuşundan görünüşü - FOTO

46
(Yenilənib 12:28 29.11.2020)
Azərbaycanın bir zamanlar çiçəklənən şəhəri olan Ağdam 27 illik işğaldan sonra ruhlar şəhərinə bənzəyir. Sizə dağıdılmış, ot-ələf bürümüş Ağdamın quş uçuşundan görüntülərini təqdim edirik.

İspan nəşrlərindən biri Ağdamdan bəhs edərkən onu Qafqazın Xirosiması adlandırmışdı. Zənnimizcə, bu, işğaldan əvvəl Azərbaycanın ən gözəl, inkişaf etmiş şəhəri olan Ağdamın indiki halını çox düzgün təsvir edən bir bənzətmədir.

Birinci Qarabağ müharibəsində Ağdamda şiddətli döyüşlər gedib. Bir çox binalar ermənilərin artilleriya atəşləri nəticəsində dağılıb. 27 illik işğal zamanı şəhərdə daş üstə daş qalmayıb.

Bu il noyabrın 20-dən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyannaməyə görə, Ağdam Azərbaycan Respublikasının nəzarəti altındadır.  İndi dünya ictimaiyyətinin ermənilərin Ağdamın başına açdıqları müsibəti öz gözləri ilə görmək imkanı var.

Xatırladaq ki, işğala qədər Ağdam şəhərində və rayonun yüzdən çox kəndində 143 mindən çox azərbaycanlı yaşayıb.

46
  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşundan mənzərə

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşunudan mənzərə.

Teqlər:
fotolent, erməni vandalizmi, tikililər, dağıntılar, Ağdam, Qarabağ
 Boş dərs otağı, arxiv şəkli

Nazirlər Kabineti təhsillə bağlı qərar verdi

0
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir

BAKI, 20 noyabr - Sputnik. Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

0
Teqlər:
dəyişiklik, qərar, Nazirlər Kabineti, distant, təhsil, Azərbaycan