Qulaqbatıran sükut əzmli qələbə: "Qarabağ" - "Sileks" oyunundan kadrlar

2067
(Yenilənib 23:33 18.08.2020)
UEFA-nın qərarına əsasən azarkeşsiz keçən matçda Sputnik Azərbaycan-ın fotomüxbiri ən maraqlı anları lentə həkk edib. Oxucularımıza oyundan şəkilləri təqdim edirik

Bu gün futbol üzrə Azərbaycan çempionu daha bir zəfərə imza atıb.

Sputnik Azərbaycan bildirir ki, Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk oyununda quru hesablı qələbə qazanıb.

Çempionumuz Şimali Makedoniya çempionatının əslində ikincisi olan "Sileks" klubunu Tofiq Bəhramov adına stadionda qəbul edib. Avropa təmsilçisinin çempionu "Vardar" cəzalı olduğu üçün Çempionlar Liqasında iştirak hüququnu Qoran Simovun yetirmələri əldə ediblər.

"Qarabağ"ın aşkar üstünlüyü ilə keçən oyunda 4 cavabsız qol vurulub. Hesabı 11-ci dəqiqədə Xayme Romero açıb. Donald Gerye isə 40-cı və 51-ci dəqiqələrdə fərqlənərək dubl edib. Oyunun sonuna 10 dəqiqə qalmış Mahir Əmrəli 4-cü topu qonaqların qapısından keçirib.

UEFA-nın qərarına əsasən oyun azarkeşsiz keçsə də oxucularımızın oyunun ən maraqlı anlarını izləmək imkanları var. "Qarabağ" - "Sileks" oyunundan kadrlar Sputnik Azərbaycan-ın fotolentində.

2067
  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

  • © Sputnik / Murad Orujov

    "Qarabağ" - "Sileks" oyununda

Teqlər:
Çempionlar Liqası, 'Qarabağ' FK, qələbə, futbol, fotolent

Tokioda medal uğrunda döyüş: Azərbaycanlı güləşçi ermənini belə məğlub etdi

28
(Yenilənib 17:57 03.08.2021)
Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.

Bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov fəxri kürsüyə yüksəlib. 33 yaşlı pəhləvan 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə Olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə - 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.

Rafiq Hüseynov Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, Azərbaycan SQ-nin baş leytenantıdır.

28
  • © REUTERS / PIROSCHKA VAN DE WOUW

    Azərbaycanlı güləşçi Rafiq Hüseynov və erməni idmançı Karapet Çalyan Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə (77 kq çəki dərəcəsində) yarışda bürünc medal uğrunda görüşdə.

  • © AP Photo / Aaron Favila

    Azərbaycanlı güləşçi Rafiq Hüseynov və erməni idmançı Karapet Çalyan Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə (77 kq çəki dərəcəsində) yarışda bürünc medal uğrunda görüşdə.

  • © REUTERS / LEAH MILLIS

    Azərbaycanlı güləşçi Rafiq Hüseynov və erməni idmançı Karapet Çalyan Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə (77 kq çəki dərəcəsində) yarışda bürünc medal uğrunda görüşdə.

  • © AFP 2021 / JACK GUEZ

    Azərbaycanlı güləşçi Rafiq HüseynovTokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 77 kq-dək yarışda bürünc medal uğrunda görüşdə erməni idmançı Karapet Çalyan üzərində qələbədən sonra.

  • © REUTERS / PIROSCHKA VAN DE WOUW

    Azərbaycanlı güləşçi Rafiq HüseynovTokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 77 kq-dək yarışda bürünc medal uğrunda görüşdə erməni idmançı Karapet Çalyan üzərində qələbəyə sevinir.

Tokio Yay Olimpiya Oyunları, güləş, medal, Azərbaycan, azərbaycanlı, bürünc medal

Bakı Metropolitenində xəttə yeni qatarlar buraxılıb

17
(Yenilənib 15:16 03.08.2021)
Metrovaqonmaş-ın Bakı Metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır

BAKI, 3 avqust — Sputnik. Avqustun 3-də "Bakı Metropolieni" Qapalı Səhmdar Cəmiyyətinin yeni qatarları xəttə buraxılıb. Sputnik Azərbaycan-ın "Bakı Metropoliteni" Qapal Səhmdar Cəmiyyətinə istinadən verdiyi xəbərə görə, xəttə buraxılan müasir tipli dörd yeni qatarın hər biri beş vaqondan ibarətdir.

Yeni gətirilmiş qatarlar, əsasən, "Həzi Asalnov-Dərnəgül" sahəsi boyunca hərəkət edəcək.

Xəbərdə deyilir ki, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsi ilə imzalanmış müqavilə əsasında 2019-cu ildən etibarən 3 il ərzində Bakı Metropoliteni üçün istehsal edilməli olan 60 vaqondan 40-ı artıq istismardadır.

Beləliklə də, Metropolitendə müasir standartlara uyğun gələn vaqonların sayı 95-ə çatıb.

17
  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    Sərnişinlər "Bakı Metropoliteni"nin yeni qatarında.

  • © Sputnik / Murad Orujov

    Yeni gətirilmiş qatarlar, əsasən, "Həzi Asalnov-Dərnəgül" sahəsi boyunca hərəkət edəcək

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    Maşinistlər "Bakı Metropoliteni"nin yeni qatarında.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    Maşinist "Bakı Metropoliteni"nin yeni qatarında.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarında maşinistin kabinası.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarında maşinistin kabinası.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    "Bakı Metropoliteni"nin yeni qatarı.

  • © Sputnik / Murad Orujov

    Sərnişinlər "Bakı Metropoliteni"nində qatar gözləyirlər.

Teqlər:
metro, Metropliten, Bakı metrosu, Metropoliten, vaqon, Bakı
Sahibsiz itlər

Sahibsiz it qadını xəstəxanalıq etdi

0
(Yenilənib 21:24 03.08.2021)
Küçədə dolaşan sahibsiz it kənd sakininə hücum edib. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

BAKI, 3 avqust - Sputnik. Goranboy rayonunda 49 yaşlı qadına küçə iti hücum edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Bağçakürd kəndində baş verib.

1972-ci il təvəllüdlü kənd sakini Muradova Aygün Akif qızı küçədə dolaşan sahibsiz itin hücumuna məruz qalıb. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Eləcə də oxuyun:

0
Teqlər:
sahibsiz it, hücum, qadın, Goranboy