Bütün paytaxtı "dəli" edən iyin qarşısı belə alınır - FOTOLAR

1879
(Yenilənib 14:33 10.07.2020)
Ötən gün Böyükşor gölündən 14 ton çirkli qatı məhlul yığışdırılıb və ETSN-in təhlükəli tullantılar poliqonuna daşınıb.

BAKI, 10 iyul — Sputnik. Böyükşor gölündə təmizləmə işlərinə start verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ötən gündən etibarən göldə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov Sputnik Azərbaycan-a bildirib ki, Böyükşor gölündəki bu problem "Sobsan" boya fabrikindəki yanğın zamanı gölə axıdılmış çirkab suları nəticəsində yaranıb. Çünki, suyun üzündəki qatda boya elementləri görünür. Amma yenə də dəqiq nəticə aparılan araşdırmaların yekununda əldə olunacaq. Nazirlik tərəfindən artıq araşdırmalara başlanıb və suyun üzünə yığılmış çirkab təbəqənin yığılaraq utilizasiya olunması istiqamətində tədbirlər görülür:

"Dünəndən ETSN və FHN əməkdaşları tərəfindən çirkab təbəqənin utilizasiya işləri görülür. Dünən buradan 14 ton çirkli qatı məhlul yığışdırılıb və ETSN-in təhlükəli tullantılar poliqonuna daşınıb. Həmin poliqonda da zərərsizləşdirilərək utilizasiya olunacaq. Çirkab məhlul qatı olduğuna görə təmizlənməsi çətin olur. Amma cəlb olunmuş yeni avadanlıqlar nəticəsində işin effekti olur."

Vaqif Cavadov çirklənmiş hissənin 60-65 fazinin təmizləndiyini vurğulayıb:

"Çirklənmiş səth əsasən indi dayandığımız ərazidədir. Amma bundan əlavə, suyun kənarlarında da müəyyən ləkələr var idi. Amma biz dərhal buranı lazımi vasitələrlə əhatələyərək çirkab qatın suyun səthinə yayılmasının qarşısını almışıq. Ona görə də buradakı qat yerində qalıb. Digər ərazilərdəki çirkab isə küləyin təsiri ilə yenidən suya qarışıb. Hava sakitləşdikdən sonra həmin qat da sahilə yaxınlaşdıqca, götürüb zərərsizləşdirəcəyik. Ümuimilikdə çirklənmiş hissə təqribən 3000 kvadratmetr ərazini əhatə edir. Hazırda 1000 kvadratmetrə yaxın ərazi qalıb"

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Fuad Bağırov da bildirib ki, təmizlənməli olan əsas ərazi nəzarətə götürülüb. Günün sonuna kimi və ya sabah günün birinci yarısında işlər yekunlaşdırılacaq:

"Lazımi qədər texnika və canlı qüvvə cəlb etmişik. Hava şəraitinə, çətinliyə baxmayaraq işlər davam edir. Çalışırq ki, qısa müddətdə çirkabın təmizlənməsi yekunlaşsın. Həm xidmət rəsinin müavini, həm də operatorlar olmaqla 8 nəfər cəlb olunub. "

1879
  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

  • © Sputnik / Stringer

    Böyükşor gölündə vəziyyət

"Qarabağ" yatağı: platforma üçün dayaq bloku hazırdır - FOTOLAR

32
(Yenilənib 09:56 12.08.2020)
İlham Əliyev: "Necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "BOS Şelf" şirkətinin baş direktoru İxtiyar Axundov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, "Qarabağ" dayaq bloku SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması "Qarabağ" yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

"Qarabağ" layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1" daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

"Qarabağ" yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor" şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. "Qarabağ" yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. "Qarabağ" yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

İlham Əliyev mərasimdəki çıxışı zamanı deyib ki, əgər hər şey plan üzrə getsə, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. "Qarabağ" yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. İşlənmə dövründə bu rəqəmin artması gözlənilir. Bunu deməyə əsas verən odur ki, "Qarabağ" yatağı "Azəri", "Çıraq, və "Günəşli" yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil.

"Xatırlayıram, "Azəri", "Çıraq", "Günəşli" yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, "Azəri, "Çıraq, "Günəşli" yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, "Qarabağ" neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır", - deyə prezident bildirib.

"Necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq", - İlham Əliyev əlavə edib.

32
  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq bloku

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun elementləri

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq bloku

  • © Sputnik / Murad Orujov

    Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq bloku

Ekoloji fəlakət: neftin dağılması mərcan riflərini təhdid edir

19
(Yenilənib 19:55 10.08.2020)
Yaponiya şirkətinə məxsus, 3800 ton xam neft və 200 ton dizel yanacağı nəql edən gəmi beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunan sularda qəzaya uğrayıb. Nəticədə Mavriki sahilləri ekoloji fəlakətlə üzləşib.

Ada dövləti olan Mavriki sahillərində ekoloji fəlakət baş verib - mərcan qayalıqları yaxınlığındakı qapalı ərazidə yerləşən gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb. Fəlakət rayonundan çəkilmiş kadrlar Sputnik Azərbaycan-ın fotolentində əksini tapıb.

Yaponiya şirkətinə məxsus, 3800 ton xam neft və 200 ton dizel yanacağı nəql edən gəmi, iyulun 25-də beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunan sularda qəzaya uğrayıb. Heyət gəmidən evakuasiya edilib, lakin qəza nəticəsində okean sularına yüzlərlə ton neft və dizel yanacağı axıb.

Qəza Puent-d'Esni sahili yaxınlığında, məşhur Blue Bay hövzəsinin yanında baş verib.

Mavriki hakimiyyəti ilk dəfə belə fəlakətlə üzləşib. Bu cür vəziyyətlərdə necə hərəkət etmək təcrübəsi olmayan hökumət yardım üçün Fransaya müraciət edib.

Adada fövqəladə vəziyyət rejimi elan edilib.

Qəza minlərlə heyvan növünün nəslinin kəsilməsi, mərcan qayalıqlarının ekosisteminin məhv olması təhlükəsini yaradır. Hakimiyyət hadisənin həmçinin Mavrikinin iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə və sakinlərin sağlamlığına təsir göstərə biləcəyini də qeyd edir.

19
  • © AFP 2020 / Jean Aurelio Prudence / L'Express Maurice

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AP Photo / Georges de La Tremoille / MU press

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AP Photo / @gregrouxel

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AFP 2020 / Daren Mauree / L'Express Maurice

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AFP 2020 / Satellite image ©2020 Maxar Technologies

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AP Photo / Georges de La Tremoille / MU Press

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AFP 2020 /

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AP Photo / @gregrouxel

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AFP 2020 / Daren Mauree / L'Express Maurice

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AFP 2020 / Daren Mauree / L'Express Maurice

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

  • © AFP 2020 /

    Mavriki sahillərində ekoloji fəlakət - gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb.

Teqlər:
fotolent
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Rusiya bunu çox istəyir" - Tramp

0
(Yenilənib 23:29 12.08.2020)
Avqustun 16-18-də Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək

BAKI, 12 avqust — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyanın ABŞ-la "nüvə silahları üzrə pakt" imzalamağı "çox istədiyinə" əmin olduğunu bildirib.

"Biz hazırda Rusiya ilə nüvə silahları üzrə paktın üzərində işləyirik və onlar bunu istəyirlər, çox istəyirlər. Mən hesab etmirəm ki, onlar gözləyəcəklər. Hazırda bu dünyanın ən böyük problemidir və biz Rusiya ilə hazırda işləyirik", - deyə Tramp ABŞ jurnalisti Hyu Hyuittə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Rusiya ilə nüvə sazişi imzalamağa şad olardı.

Qeyd edək ki, 16-18 avqust tarixlərində Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək.

0
Əlaqədar
Dünya müharibəsinin gedişini birdəfəlik dəyişəcək addım - Rusiya bunu da etdi
Rusiya hansı halda nüvə zərbəsi endirə bilər? Baş Qərargah açıqlayıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Təcavüzkarı cəzalandırmaq üçün Rusiyanın zəmanəti: "Skif" raketi