Lənkəran xüsusi karantin rejimində - FOTO

64
(Yenilənib 17:39 06.06.2020)
"Edilən xəbərdarlıqlara rəğmən, karantin qaydalarını pozan tək-tək insanlara rast gəlinir ki, onlarla bağlı da qanuna müvafiq tədbirlər görülür"

Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində 06 iyun 00:00-dan etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Lənkəranda şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də qurulmuş postlarda xidmət aparırlar.

Sputnik Azərbaycan-ın DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevdən aldığı məlumata əsasən, polis əməkdaşları, eləcə də avtopatrul  xidmət aparır: “Polis və daxili qoşunların hərbi qulluqçıları kənd ərazilərində, məhəllələrdə də karantin qaydalarının icrasına nəzarəti həyata keçirirlər. Edilən xəbərdarlıqlara rəğmən, karantin qaydalarını pozan tək-tək insanlara rast gəlinir ki, onlarla bağlı da qanuna müvafiq tədbirlər görülür”. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarından irəli gələn tələblərin icrasına Lənkəranda ciddi şəkildə nəzarət olunur. Edilən xəbədarlıqlardan sonra insanların qaydalara uyğun olaraq evlərində və ya olduqları yerdə qaldıqları, küçəyə çıxmadıqları müşahidə olunur. Bütün ticarət, xidmət və digər iaşə obyektləri, dövlət və özəl müəssisələr bağlıdır. Lənkəran şəhərinin küçələri tamamilə boşdur.

64
  • © Sputnik / Rahim Murad

    Lənkəranda sərt karantin rejimi zamanı boş qalmış küçə.

  • © Sputnik / Rahim Murad

    Polis əməkdaşları Lənkəranda xüsusi karantin rejiminə nəzarət edirlər.

  • © Sputnik / Rahim Murad

    Lənkəran şəhərində sərt karantin rejimi zamanı boş qalmış park.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda sərt karantin rejimi zamanı boş qalmış küçə.

  • © Sputnik / Rahim Murad

    PPX avtomobili küçələrdə karantin rejiminə riayət olunmasına nəzarət edir.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda xüsusi rejim zamanı Digah kəndinin girişində boş yollar.

  • © Sputnik / Rahim Murad

    Lənkəran şəhərində sərt karantin rejimi zamanı boş qalmış park.

  • © Sputnik / Rahim Murad

    Polis əməkdaşı Lənkəranda karantin rejiminin qaydalarını pozan vətəndaşı inzibati məsuliyyətə cəlb edir.

    Lənkəranın Sütəmurdov kəndində karantin rejimi ilə əlaqədar bağlanmış körpü.

  • © Sputnik / Rahim Murad

    Xüsusi karantin rejimi zamanı Lənkəranın Sütəmurdov kəndində boş qalmış küçələr.

  • © Sputnik / Rahim Murad

    Lənkəranın Sütəmurdov kəndində karantin rejimi ilə əlaqədar bağlanmış körpü.

Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO

90
(Yenilənib 22:39 30.10.2020)
  • Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

  • İzmirdə zəlzələ nəticəsində dağılan binanın altında qalan avtomobil

Bu gün Türkiyənin qərbində iki zəlzələ baş verib. İzmirdə 6.6 bal gücündəki zəlzələ xeyli dağıntı və tələfata səbəb olub. İzmirdən kadrlar Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 30 oktyabr — Sputnik. Bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda 17 binanın dağıntıları arasında xilasetmə işləri aparılır. Təbii fəlakət nəticəsində  12 nəfər həlak olub, 522 nəfər xəsarət alıb.

Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan yüzlərlə təkan (afterşok) qeydə alınıb.

Ölkənin cənub-qərbindəki Aydın vilayətinin Quşadası rayonundan 20 km aralıda, Egey sahillərində isə axşam saatlarında 5.1 maqnitudalı təkan olub. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.

İzmirdəki ürək parçalayan mənzərənin görüntüləri Sputnik Azərbaycan-ın fotolentində.

90
  • Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar
    © REUTERS / TUNCAY DERSINLIOGLU

    Yerli sakinlər və dövlət rəsmiləri İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

  • Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar
    © REUTERS / TUNCAY DERSINLIOGLU

    Yerli sakinlər və dövlət rəsmiləri İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

  • İzmirdə zəlzələ nəticəsində dağılan binanın altında qalan avtomobil
    © REUTERS / TUNCAY DERSINLIOGLU

    İzmirdə zəlzələ nəticəsində dağılan binanın altında qalan avtomobil

  • Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar
    © REUTERS / TUNCAY DERSINLIOGLU

    Yerli sakinlər və dövlət rəsmiləri İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

  • Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar
    © Ihlas News Agency via Reuters

  • © REUTERS / AHMET TEKIN

    Yerli sakinlər və dövlət rəsmiləri İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Teqlər:
fotolent, zəlzələ, İzmir, Türkiyə

Ermənistan ordusunun hədəfində: Ağcabədinin Hacılar kəndində son durum - FOTO

82
(Yenilənib 19:54 30.10.2020)
Sputnik Azərbaycan-ın bölgə müxbiri ermənilərin atəşə tutduğu Ağcabədinin Hacılar kəndində olub və dağıntıları lentə alıb

Səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Ağcabədinin Hacılar kəndində olub və dağıntıları lentə alıb.

Qeyd edək ki, Hacılar kəndində eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq UNESCO tərəfindən tarixi abidə kimi qeydə alınıb.

82
  • © Sputnik / Ibrahim Hashimov

    Ağcabədinin Hacılar kəndində erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

fotolent, artilleriya atəşi, Atəşkəsin pozulması, Ağcabədi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə