Koronavirusdan ilham alan incəsənət: COVID-19 mövzusunda street-art

44
(Yenilənib 20:36 17.05.2020)
Koronavirus Pandemiyası bütün dünyanı silkələdi. Amma karantin rejiminin bütün çətinliklərinə baxmayaraq  bu mövzudan ruhlanan şəhər rəssamları qrafiti çəkirlər. Ən yaxşı rəsmlərə bizim fotolentimizdə baxın.

Artıq 4 aydır ki, bütün dünyada Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi koronavirus pandemiyası hökm sürür. Təhlükəli infeksiya mövzusu təkcə aparıcı KİV-ləri deyil, küçə incəsənətini də maraqlandırıb.

Street-art rəssamlarından kimsə küçəyə çıxaraq ağrılı mövzuda rəsmlər çəkir, kimsə evində yaradır. Rəssamlar ideyanı hər yerdən götürürlər: işlər arasında cizgi filmlərinin qəhrəmanlarını da, dini personajları da görmək mümkündür.

Sputnik Azərbaycan bu gün dünyanın meqapolislərində görə biləcəyiniz ən parlaq işləri toplayıb.

44
  • © AFP 2020 / Carlo Hermann

    Neapolun mərkəzində şəhərin himayədarı Müqəddəs Yanuariyin təsviri ilə qraffiti, İtaliya

  • © AFP 2020 / Isabel Infantes

    Londonda tibb işçilərinə minnətdarlıq qraffitisi

  • © REUTERS / Rebecca Naden

    Benksinin tibbi maskada "Qulağı deşilmiş qız" qraffitisi

  • © REUTERS / Inquam Photos / Octav Ganea

    Buxarestdə həkimin təsviri ilə plakat, Rumıniya

  • © REUTERS / Benoit Tessier

    Parisdə Eyfel Qülləsi yaxınlığında maskada heykəllər, Fransa

  • © REUTERS / Hannah McKay

    Londonda Kris Şinin "Rainbow" qraffitisi, Böyük Britaniya

  • © Sputnik / Vitaly Timkiv

    Krasnodarda "Həkimlərə minnətdarlıq" qraffitisi

  • © AFP 2020 / Luis Robayo

    Kali küçələrində qraffiti, Kolumbiya

  • © REUTERS / Valentin Flauraud / SAYPE

    İsveçrənin Leyzin şəhərində fransız heykəltəraş Qiyom Leqrosun "Böhrandan kənar" əsəri

  • © AP Photo / Ramon Espinosa

    Heykəltəraş Xu Hongfenin tibbi maskada "Kök qadınlar" əsəri, Havana, Kuba

  • © REUTERS / Carl Recine

    Qumun üzərində tibb işçilərinə minnətdarlıq yazısı, Böyük Britaniya

  • © AFP 2020 / Angela Weiss

    Nyu-Yorkda binanın divarında qraffiti

Qanlı göl, toy rəqsi baqajdakı uşaqlar

78
(Yenilənib 14:45 31.05.2020)
Sputnik Azərbaycan ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoşəkilləri oxuculara təqdim edir

Ötən həftə bir sıra maraqlı və kədərli hadisələrlə yadda qalıb. Kəraçidə "Pakistan Hava Yolları"nın təyyarəsi qəzaya uğrayıb. 97 nəfər fəlakətin qurbanı olub. Təyyarə qəzaya uğramadan əvvəl pilotlar "mühərrikin sıradan çıxdığını" bildirməyə müvəffəq olublar.

Livanın paytaxtı Beyrutda yenidən hökumət əleyhinə mitinqlər baş qaldırıb. Polislə toqquşmaların və yaralıların olduğu bildirilir. Xatırladaq ki, bu ölkə uzun müddətdir iqtisadi və siyasi böhran içindədir.

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi üsyanlara səbəb olub. Minneapolis şəhərində və onun ətrafında fövqəladə vəziyyət elan edilib. Etirazçılar polis idarəsini dağıdıblar və asayiş keşikçiləri ilə toqquşmalara başlayıblar.

Keçən həftə planetimizdə nələrin yaşandığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə nəzər salmağı təklif edirik.

Dünya informasiya agentliklərinin fotomüxbirləri tərəfindən fotokameranın yaddaşına köçürülmüş unudulmaz hadisələr, həmçinin emosional anlar - Sputnik Azərbaycan-ın həftəlik fotoyığmasında.

78
  • © AFP 2020 / Sean Rayford / Getty Images

    Çarlstonda yaxtaçıların paradı, Cənubi Karolina, ABŞ

  • © AFP 2020 / Isaak Lawrence

    Polis Honkonqda etirazçıları dağıdır.

  • © AFP 2020 / Yasuyoshi Chiba

    Halqa ilə rəqs edən kimsəsiz qız Keniyada Ramazan bayramı ilə əlaqədar uşaqlara yemək və oyuncaqların paylanılması zamanı.

  • © AFP 2020 / Erika Santelices

    Dominikan Respublikasında İctimai Səhiyyə Nazirliyinin əməkdaşları vətəndaşları COVİD-19 virusuna qarşı testdən keçirirlər.

  • © REUTERS / John Sibley

    Qadın və alpaka, London.

  • © Sputnik / Aleksey Pavlishak

    Krımda Sasık-Sivaş gölü.

  • © AFP 2020 / John Wessels

    Seneqalda Yoffa Layen məscidi qarşısında Layen cəmiyyətinin tərəfdaşları çimərliyi tərk edirlər.

  • © Sputnik / Alejandro Martinez Velez

    Madriddə karantin tədbirlərinə qarşı etiraz aksiyasının iştirakçıları.

  • © REUTERS / NTB Scanpix / Tor Erik Schroeder

    Qar təmizləyən maşınlar Setesdal və Sirdal arasında dağ keçidində, Norveç.

  • © AFP 2020 / Asif Hassan

    Təhlükəsizlik xidmətinin əməkdaşları Kəraçidə qəzaya uğramış Pakistan Beynəlxalq Hava Yolları şirkətinə məxsus təyyarənin qalıqları yaxınlığında.

  • © Sputnik / Ilya Naymushin

    Krasnoyarskda "Royev Ruçey" flora və fauna parkında dişi tovuzquşu qarşısında rəqs edən erkək tovuzquşu

  • © AFP 2020 / Jeff Pachoud

    "L'Espace des Arts company" teatrının aktyorları Şalon-sür-Son qocalar evinin sakinləri üçün göstərdikləri şou zamanı, Fransa.

  • © AFP 2020 / Pascal Guyot

    Fransada La Qrand-Mott çimərliyində istirahət edənlər.

  • © AFP 2020 / Arun Sankar

    Çennayda kişi özü düzəltdiyi maskaları nümayiş etdirir, Hindistan.

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvada küçədə it ilə gəzən qız.

  • © AFP 2020 / Ashraf Shazly

    Xartumda etiraz aksiyaları zamanı əllərində bayraqlar olan qadınlar, Sudan.

  • © REUTERS / Umit Bektas

    İstanbulda Süleymaniyə məscidinin dezinfeksiyası, Türkiyə.

  • © REUTERS / Eric Miller

    Minneapolisdə qoruyucu maskada olan etirazçılar, ABŞ.

  • © Sputnik / Kostis Ntantamis

    Afina yaxınlığında Alimos çimərliyində istirahət edənlər və oyuncaq satan şəxs.

  • © REUTERS / Aziz Taher

    Beyrutda etirazçılarla polis arasında toqquşma, Livan.

  • © REUTERS / Kevin Lamarque

    Gənclər Ouşen-Sitidə çimərlikdə əylənirlər, Merilend ştatı, ABŞ.

  • © REUTERS / Antonio Bronic

    Xorvatiyada limanda yaxtalar.

  • © AFP 2020 / Hussein Faleh

    İraqda əllərində oyuncaq silah olan uşaqlar.

  • © REUTERS / Parwiz Parwiz

    Əfqan uşaqlar Laqman vilayətində avtomobilin baqajında gedirlər.

  • © REUTERS / Antara Foto Agency

    Qərbi Sumatra sahillərində balıqçı qayığı, İndoneziya.

Birinci Cümhuriyyətin şanlı tarixinin ilk izləri burada saxlanılır

82
Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir.

İlham Mustafa, Sputnik Azərbaycan

1918-ci il may ayının 28-də Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildi. Müstəqilliyini elan edildikdən 19 gün sonra, iyunun 16-da hökumət Tiflisdən Gəncəyə köçdü. 1908-ci ildən Gəncə qubernatorunun iqamətgahı yerləşən binada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi ilk iclas baş tutdu. Onun yaxınlığındakı binada isə bir sıra dövlət idarələri yerləşdi.

Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə aid eksponatlar, mürəkkəb siyasi dövrdə fəaliyyət göstərən cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar, qərarlar və sənədlər nümayiş olunur. Eyni zamanda cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, sənədlər və digər nümunələr saxlanılır.

Sputnik Azərbaycan izləyicilərinə Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyindən çəkilən fotoları təqdim edir.

82
  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə Xalq Cümhuriyyəti Muzeyində saxlanılan AXC əsgərinin geyimləri.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyində eksponatlar və cümhuriyyət liderlərinin şəkli.

  • © Sputnik / Ilham Mustafa

    1918-1920-ci illər AXC-nin xəritəsi.

  • © Sputnik / Ilham Mustafa

    Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş masası.

  • © Sputnik / Ilham Mustafa

    Muzeydə Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünə aid eksponatlar saxlanılır.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyinin girişi.

  • © Sputnik / Ilham Mustafa

    Ziyarətçi muzeydə AXC qurucularının şəklinə baxır.

  • © Sputnik / Ilham Mustafa

    Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransına təqdim etdiyi AXC-nin xəritəsi.

  • © Sputnik / Ilham Mustafa

    Xalq Cümhuriyyəti Muzeyində Azərbaycan bayrağı.

  • © Sputnik / Ilham Mustafa

    Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş otağı.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi. AXC-nin Milli Şurası və Hökuməti 16 iyun 1918 - 16 sentyabr 1918-ci illərdə bu binada fəaliyyət göstərib.

Məktəblilər, arxiv şəkli

İnsanlara dərs keçmək istədilər, amma özlərini tutub "dərs" keçdilər

0
(Yenilənib 19:30 01.06.2020)
Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

BAKI, 1 iyun — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F.Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

0