Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sel Azərbaycanın əsas yollarından birini iflic etdi - FOTOLAR

© Sputnik / Ilham AhmadovIsmayıllda selin nəticəsi
Ismayıllda selin nəticəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları avtomobillərin içərisinə dolub.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 may - Sputnik Azərbaycan. Bu gün axşam saat 16.30 radələrindən etibarən  İsmayıllı rayonu ərazisinə yağan güclü leysan nəticəsində sel suları bir cox fəsadlar əmələ gətirib. Bir neçə saat davam edən leysan yağışdan sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları avtomobillərin içərisinə dolub.

© Sputnik / Ilham AhmadovIsmayıllda selin nəticəsi
Ismayıllda selin nəticəsi - Sputnik Azərbaycan
1/5
Ismayıllda selin nəticəsi
© Sputnik / Ilham AhmadovIsmayıllda selin nəticəsi
Ismayıllda selin nəticəsi - Sputnik Azərbaycan
2/5
Ismayıllda selin nəticəsi
© Sputnik / Ilham AhmadovIsmayıllda selin nəticəsi
Ismayıllda selin nəticəsi - Sputnik Azərbaycan
3/5
Ismayıllda selin nəticəsi
© Sputnik / Ilham AhmadovMuğanlı-İsmayıllı yolunu sel basıb
Muğanlı-İsmayıllı yolunu sel basıb - Sputnik Azərbaycan
4/5
Muğanlı-İsmayıllı yolunu sel basıb
© Sputnik / Ilham AhmadovMuğanlı-İsmayıllı yolunu sel basıb
Muğanlı-İsmayıllı yolunu sel basıb - Sputnik Azərbaycan
5/5
Muğanlı-İsmayıllı yolunu sel basıb
1/5
Ismayıllda selin nəticəsi
2/5
Ismayıllda selin nəticəsi
3/5
Ismayıllda selin nəticəsi
4/5
Muğanlı-İsmayıllı yolunu sel basıb
5/5
Muğanlı-İsmayıllı yolunu sel basıb

Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub. Artıq yollar təmizlənib və avtomobillərin gediş-gəlişində heç bir maneə yoxdur. Sel nəticəsində yolun asfalt örtüyünə və su ötürücülərə ziyan dəyib.

Xəbər lenti
0