Evdə qalan veteranlar maskalı prezidentlər: Qələbə Günü yaxın xaricdə necə keçdi - FOTO

28
(Yenilənib 22:35 09.05.2020)
Möhtəşəm Qələbə Gününün postsovet ölkələrində karantin rejimində necə qeyd olunduğunu Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Koronavirus pandemiyası səbəbindən Rusiya və yaxın xaricdə Qələbənin 75 illiyi ilə bağlı kütləvi tədbirlər ləğv olundu. Ancaq Böyük Vətən Müharibəsində canından keçənlərin xatirəsini anmaq üçün nə koronavirus, nə də pis hava əngəl ola bildi. Yüzlərlə abidə və heykəl səhər ertədən güllərə qərq olmuşdu. Ölkə başçıları və adi sakinlər isə veteranlara qəhrəmanlıqlarına görə təşəkkür edirdilər.

Möhtəşəm Qələbə Gününün postsovet ölkələrində karantin rejimində necə qeyd olunduğunu Sputnik Azərbaycan-ın fotolentində izləyin.

28
  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər

  • © Sputnik / Aleksey Druzhinin

    Rusiya Prezidenti Vladimir Putin Qələbə Günü Aleksandr bağında Naməlum əsgərin məzarı yaxınlığındakı Qəhrəman Şəhərlər Xiyabanında memoriallara gül düzür. Rusiya Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyini qeyd edir.

  • © Photo : Facebook/ Хадамоти матбуоти Президенти Тоҷикистон

    Tacikistan Prezidenti Emomali Rahmon və Parlamentin yuxarı palatasının sədri, Düşənbə meri Rustam Emomali Düşənbədə “Qələbə bağı” abidəsinin önünə əklillər düzüblər.

  • © Photo : Press service of the President of Uzbekistan


    Özbəkistanda Prezident Şavkat Mirziyoyev Böyük Vətən Müharibəsi veteranlarını Qələbə parkının amfiteatrında təbrik edib. Tədbir 9 May – Xatirə və Hörmət Gününə həsr olunub.

  • © Sputnik

    Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi günü Tsxinvalidə Əbədi məşəlin önünə çiçəklər düzülüb

  • © Sputnik

    Abxaziyanın Böyük Vətən Müharibəsi veteranlarını abxaz və rus hərbçilər təbrik edirlər

  • © Photo : Facebook/ Salome Zourabichvili

    Gürcüstan Prezidenti Salome Zurabişvili Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini Tbilisidəki Vake parkında yad edib

  • © Sputnik / Inna Grishuk

    Hərbi Qüvvələrin veteranları Qrodnoda (Belarus) Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini yad edərək məzarlarına gül qoyublar

  • © Photo : Press Service of the President of the Kyrgyz Republic / Sultan Dosaliev

    Bişkekin (Qırğızıstan) Qələbə meydanında Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar ölkə rəhbərlərinin iştirakı ilə mitinq-rekviyem keçirilib

  • © Sputnik / Sergey Melkonov

    “Ölməz Alay”ın Latviyadakı təşkilatçısı Marqarita Dragile Xilaskarların heykəli qarşısına blokadada qalan nənəsinin portreti ilə gəlib

  • © Sputnik

    Litvada karantinə rəğmən, paytaxt sakinləri həlak olmuş qəhrəman sovet hərbçilərinin xatirəsini yad etmək üçün memoriallara çiçəklər düzüblər

  • © Sputnik/ Miroslav Rotari

    Moldova Respublikasının Novoanensk rayonundakı “Şerpensk plasdarmı” memorial kompleksində 1944-cü ildə Moldaviyanın azad edilməsi zamanı həlak olmuş 45 Qızıl Ordu əsgərinin nəşlərinin qalıqlarının təntənəli dəfn mərasimi baş tutub. Mərasimdə Moldovanın Prezidenti İqor Dodon iştirak edib.

Teqlər:
fotolent

Çoxuşaqlı ana sadəcə gözəl: Ancelina Coli yubileyini qeyd edir

74
(Yenilənib 19:01 04.06.2020)
Hollivudun ən məşhur aktrisalarından biri, kinorejissor, ssenarist, prodüser, fotomodel, BMT-nin xoşməramlı səfiri qırx illiyini qeyd edir. Colinin möhtəşəm şəkilləri Sputnik Azərbaycan-ın seçimində.

Hollivudun ən gözəl qadını, tarixdə ən yüksək məvacibli aktrisa, üç il dalbadal "Qızıl Qlobus" mükafatını qazanmış, hətta Britaniyanın cəngavər xanımı (qadınlara verilən cəngavər titulunun analoqu) titulunu əldə etmiş qadın – Ancelina Coli daha hansı titullara malik deyil?!. Sərvət, şöhrət, dəbdəbə, müvəffəqiyyət – bütün bunlar Colinin dəyişməz yol yoldaşlarıdır.

Ancelina 1975-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) Marselin Bertran və Con Voytun aktyor ailəsində anadan olub. O, ilk rolunu hələ yeddi yaşı olanda qazanıb. Zahiri görkəmi sayəsində asanlıqla supermodel karyerasını qura bilərdi, lakin ailənin yolu ilə getməyə qərar verdi. Aktrisa bütün dünyada milyonlarla insanın sevdiyi onlarla filmə çəkilib. Colinin aktivində çoxsaylı kino mükafatları, "Oskar" və ABŞ Kino Aktyorları Gildiyasının iki mükafatı var.

Amma bütün bunlarla yanaşı, Ancelina Coli çoxuşaqlı anadır. Onun altı övladı var. Onlardan üçü – qızı Şaylo Nuve, Viviyen Marşelin və Noks Leon Hollivud ulduzu Bred Pittlə nikahdan doğulub. Qalan üç uşaq - Kambocadan olan oğlu Meddoks Şivan, Efiopiyadan olan qızı Zahara Marli və Vyetnamdan olan oğlu Paks Tien isə övladlığa götürülüb. Uşaqların hamısı Coli-Pitt soyadını daşıyır.

Ancelina Colinin müxtəlif illərdəki fotoşəkillərinə nəzər salmağı təklif edirik. Bu, qadınlıq, gözəllik, zəriflik və müvəffəqiyyətin təcəssümü adlanır.

74
  • © AFP 2020 / Tiziana Fabi

    Aktrisalar Ancelina Coli və Mişel Pfayffer "Malefisenta" filminin premyerası zamanı.

  • © AP Photo / Amy Sancetta

    Aktrisa Ancelina Coli "Oskar" mükafıtının təqdimatı zamanı qırmızı xalçada.

  • © AFP 2020 / Jemal Countess/Getty Images

    Aktrisa Ancelina Coli BMT-nin Təhlükəsizlik Şurasının sessiyasında.

  • © AP Photo / Ahmad Alameen

    Aktrisa Ancelina Coli Suriyada qaçqın düşərgəsində.

  • © AFP 2020 / Jason Merritt/Getty Images

    Aktrisa Ancelina Coli və aktyor Bredd Pitt "Qızıl qlobus"un təqdimatı zamanı.

  • © AFP 2020 / Boris Horvat

    Aktrisa Ancelina Coli və aktyor Uill Smit fotosessiya zamanı.

  • © AFP 2020 / Valerie Macon

    Aktrisa Ancelina Coli uşaqları birgə Hollivudda.

  • © Sputnik / Ilia Pitalev

    Amerikalı aktrisa Ancelina Coli "Solt" filminin premyerasında.

  • © AFP 2020 / Kevin Winter/Getty Images

    Aktrisa Ancelina Coli "The Tonight Show with Jay Leno" şousunda.

  • © AP Photo / Anthony Devlin/Pool

    Aktrisa Ancelina Coli Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşü zamanı.

  • © AP Photo / Mohammad Sajjad

    Amerikalı aktrisa Ancelina Coli Pakistanda düşərgəyə baş çəkərkən.

  • © AP Photo / Matt Sayles

    Amerikalı aktrisa Ancelina Coli "Kunq-fu panda" filminin premyerasında.

  • © Sputnik / Ilia Pitalev

    Amerikalı aktrisa Ancelina Coli Riç-Karlton mehmanxanasında fotosessiya zamanı.

  • © AP Photo / Shizuo Kambayashi

    Amerikalı aktrisa Ancelina Coli Yaponiyada "Malifisenta" filminin premyerasında.

  • © Sputnik / Aleksei Petrov

    Aktrisa Ancelina Coli və aktyor Bred Pitt Kann festivalında.

Teqlər:
fotolent

Qanlı göl, toy rəqsi baqajdakı uşaqlar

160
(Yenilənib 14:45 31.05.2020)
Sputnik Azərbaycan ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoşəkilləri oxuculara təqdim edir

Ötən həftə bir sıra maraqlı və kədərli hadisələrlə yadda qalıb. Kəraçidə "Pakistan Hava Yolları"nın təyyarəsi qəzaya uğrayıb. 97 nəfər fəlakətin qurbanı olub. Təyyarə qəzaya uğramadan əvvəl pilotlar "mühərrikin sıradan çıxdığını" bildirməyə müvəffəq olublar.

Livanın paytaxtı Beyrutda yenidən hökumət əleyhinə mitinqlər baş qaldırıb. Polislə toqquşmaların və yaralıların olduğu bildirilir. Xatırladaq ki, bu ölkə uzun müddətdir iqtisadi və siyasi böhran içindədir.

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi üsyanlara səbəb olub. Minneapolis şəhərində və onun ətrafında fövqəladə vəziyyət elan edilib. Etirazçılar polis idarəsini dağıdıblar və asayiş keşikçiləri ilə toqquşmalara başlayıblar.

Keçən həftə planetimizdə nələrin yaşandığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə nəzər salmağı təklif edirik.

Dünya informasiya agentliklərinin fotomüxbirləri tərəfindən fotokameranın yaddaşına köçürülmüş unudulmaz hadisələr, həmçinin emosional anlar - Sputnik Azərbaycan-ın həftəlik fotoyığmasında.

160
  • © AFP 2020 / Sean Rayford / Getty Images

    Çarlstonda yaxtaçıların paradı, Cənubi Karolina, ABŞ

  • © AFP 2020 / Isaak Lawrence

    Polis Honkonqda etirazçıları dağıdır.

  • © AFP 2020 / Yasuyoshi Chiba

    Halqa ilə rəqs edən kimsəsiz qız Keniyada Ramazan bayramı ilə əlaqədar uşaqlara yemək və oyuncaqların paylanılması zamanı.

  • © AFP 2020 / Erika Santelices

    Dominikan Respublikasında İctimai Səhiyyə Nazirliyinin əməkdaşları vətəndaşları COVİD-19 virusuna qarşı testdən keçirirlər.

  • © REUTERS / John Sibley

    Qadın və alpaka, London.

  • © Sputnik / Aleksey Pavlishak

    Krımda Sasık-Sivaş gölü.

  • © AFP 2020 / John Wessels

    Seneqalda Yoffa Layen məscidi qarşısında Layen cəmiyyətinin tərəfdaşları çimərliyi tərk edirlər.

  • © Sputnik / Alejandro Martinez Velez

    Madriddə karantin tədbirlərinə qarşı etiraz aksiyasının iştirakçıları.

  • © REUTERS / NTB Scanpix / Tor Erik Schroeder

    Qar təmizləyən maşınlar Setesdal və Sirdal arasında dağ keçidində, Norveç.

  • © AFP 2020 / Asif Hassan

    Təhlükəsizlik xidmətinin əməkdaşları Kəraçidə qəzaya uğramış Pakistan Beynəlxalq Hava Yolları şirkətinə məxsus təyyarənin qalıqları yaxınlığında.

  • © Sputnik / Ilya Naymushin

    Krasnoyarskda "Royev Ruçey" flora və fauna parkında dişi tovuzquşu qarşısında rəqs edən erkək tovuzquşu

  • © AFP 2020 / Jeff Pachoud

    "L'Espace des Arts company" teatrının aktyorları Şalon-sür-Son qocalar evinin sakinləri üçün göstərdikləri şou zamanı, Fransa.

  • © AFP 2020 / Pascal Guyot

    Fransada La Qrand-Mott çimərliyində istirahət edənlər.

  • © AFP 2020 / Arun Sankar

    Çennayda kişi özü düzəltdiyi maskaları nümayiş etdirir, Hindistan.

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvada küçədə it ilə gəzən qız.

  • © AFP 2020 / Ashraf Shazly

    Xartumda etiraz aksiyaları zamanı əllərində bayraqlar olan qadınlar, Sudan.

  • © REUTERS / Umit Bektas

    İstanbulda Süleymaniyə məscidinin dezinfeksiyası, Türkiyə.

  • © REUTERS / Eric Miller

    Minneapolisdə qoruyucu maskada olan etirazçılar, ABŞ.

  • © Sputnik / Kostis Ntantamis

    Afina yaxınlığında Alimos çimərliyində istirahət edənlər və oyuncaq satan şəxs.

  • © REUTERS / Aziz Taher

    Beyrutda etirazçılarla polis arasında toqquşma, Livan.

  • © REUTERS / Kevin Lamarque

    Gənclər Ouşen-Sitidə çimərlikdə əylənirlər, Merilend ştatı, ABŞ.

  • © REUTERS / Antonio Bronic

    Xorvatiyada limanda yaxtalar.

  • © AFP 2020 / Hussein Faleh

    İraqda əllərində oyuncaq silah olan uşaqlar.

  • © REUTERS / Parwiz Parwiz

    Əfqan uşaqlar Laqman vilayətində avtomobilin baqajında gedirlər.

  • © REUTERS / Antara Foto Agency

    Qərbi Sumatra sahillərində balıqçı qayığı, İndoneziya.

Bakıda mağazada növbə

Bakı əhalisi sanki "Leninqradın blokadası"na hazırlaşır - Üzücü görüntülər

6
(Yenilənib 16:39 05.06.2020)
Alıcılar arasında tibbi maskası olanlarla yanaşı, maskasız növbə gözləyənlər də çox idi. Ən böyük təhlükə isə kassaların qarşısında sosial məsafə tələbinə əməl olunmamasında idi.

Zülfiiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu sərt karantin rejimi tətbiq olunacaq. Şənbə və bazar günləri evdən çıxmaq qadağası ilə yanaşı ticarət obyektləri, apteklər, hətta ərzaq dükanları belə bağlı olacaq.  Bu qərardan sonra əhalinin marketlərə axını müşahidə olunub. Dünən gecə saatlarına qədər əhali iki günlük ərzaq tədarükünü təmin etmək üçün mağazalara üz tutub.

© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda mağazada boş çörək piştaxtaları

Sputnik Azərbaycan-ın məlumatına görə, ərzaq dükanlarında, iri supermarketlərdə qələbəlik bu gün də davam edib. Marketlərin kassalarının qarşısında uzun növbə müşahidə olunub. Bayılda yerləşən "Araz" marketdə də anoloji vəziyyət müşahidə olunurdu. Marketdə alıcı əlindən tərpənmək mümkün deyildi. Vitrinlər boşaldıqca doldurulur, tələbatın artması marketdə çalışan satıcıları da əldən salmışdı. Satıcılarla söhbət zamanı öyrəndik ki, dünən saat 20:00-dan sonra marketdə sözün əsl mənasında qələbəlik yaşanıb. Alıcıların un, çörək, şəkər tozuna tələbatı artdığından bu məhsullar anbarda da qurtarıb. Elə çörəyə tələbatın artması marketin boş qalmış çörək vitrinlərindən də bəlli olurdu. Marketin içərisində yerləşən "Xonça" təndir sexindən isə bu gün səhər saatlarından çörəyə tələbatın kəskin artdığını söylədilər: "Təndirimiz demək olar ki, soyumayıb. Səhərdən təndirə yapdığımız çörəklər el dili ilə desək taraş edilir. Çörəyi yapıb çatdıra bilmirik".

© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda mağazalarda vəziyyət

Marketdə ət və süd məhsullarına, eləcə də meyvə tərəvəzə də tələbat kəskin artmışdı. İki günlük evdən çıxma və marketlərin fəaliyyətinə qadağa qərarı sözün əsl mənasında insanları xofa salmışdı. Hətta müşahidələr zamanı, soğan, kartof kimi məhsulları kisə ilə alanlara da rast gəldik. Bu səbəbdən də marketin kassasında uzun növbə yaranmışdı. Alıcılar arasında tibbi maskası olanlarla yanaşı, maskasız növbə gözləyənlər də çox idi. Ən böyük təhlükə isə kassaların qarşısında sosial məsafə tələbinə əməl olunmamasında idi. Koronavirus təhlükəsi ilə əlaqədar iki günlük evdən çıxmağa qadağa qərarı insanların ərzaq mağazalarına kütləvi axını ilə nəticələnmişdi. Eyni vəziyyət meyvə tərəvəz dükanlarında da müşahidə olunurdu. Apteklərdə isə elə ciddi sıxlıq müşahidə olunmurdu. "Sabah" aptekin əczazçısı bildirdi ki, gündəlik qaydada dərman satışı davam edir: "Ancaq həyatı təhlükəli xəstəlikləri olan ürək qan-damar xəstəliyindən əziyyət çəkənlər, şəkər xəstələri lazım olan dərmanları alırlar".

  • Bakıda mağazada növbə
    © Sputnik / Zulfiyya Guluyeva.
  • Bakıda mağazada növbə
    © Sputnik / Irade JELIL
  • Bakıda mağazada növbə
    © Sputnik / Zulfiyya Guluyeva.
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda mağazada növbə

Apardığımız müşahidələr zamanı iki günlük qadağanın əsasən ərzaq mağazalarında sıxlığa səbəb olduğu üzə çıxdı. Alış-veriş edib evinə qayıdan Səbail rayonu Bayıl sakini Pərvaz Kərimov  və Mətləb Həsənov isə mağazalarda sıxlıq olduğundan evə bir sıra zəruri ərzaqları almadıqlarını söylədilər: "İki günlük qadağa qərarı verdilər ki, şənbə və bazar günü koronavirusa yoluxma olmasın. Amma bu gün mağazalardakı basabasda adam nəinki koronavirusa, hər cür virusa yoluxa bilər. Evə un, şəkər tozu ala bilmədik. Çünki marketdə də qurtarmışdı. İnsanlar soğanı, kartofu kisə ilə alırdılar. Heç kəs sosial məsafə saxlamırdı. Kassalarda hamı bir-birinin az qala ağzının içinə girmişdi. Ödənişi etmək üçün 20 dəqiqə kassada gözləmişəm. 20 dəqiqəyə o qədər adamın içində adam hər cür virusa yoluxar. Camaatın çoxunun maskası yox idi. Bir sözlə marketlər ancaq öz ciblərini düşünüblər".

Mətləb Həsənov isə marketlərə axının süni qiymət artımına səbəb olduğunu söylədi. Yağın qiymətini 1 manata qədər bahalaşdırıblar. Pendirin, kəsmiyin də qiymətində artım var idi. Bir sözlə bu qərardan ancaq ərzaq mağazaları qazandı.

6