Bakılıların ən çox toplaşdıqları məkanda yeni rejim: başqa cür olmaz! - FOTO

110
(Yenilənib 23:48 09.05.2020)
Paytaxt sakinlərinin çoxdan gözlədikləri gün gəlib çatdı – Bakı Metropoliteni işini bərpa elədi. Karantin rejiminin sonunadək onun işi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənəcək

39 günlük fasilədən sonra Bakı metrosu fəaliyyətini bərpa elədi. Bu addım ölkədə koronavirus pandemiyası ilə mübarizə məqsədilə qoyulan karantin rejiminin yumşaldılması çərçivəsində atıldı.

Ölkədə hələ də xüsusi karantin rejimi hökm sürdüyündən metropolitenin işi ictimai nəqliyyatda koronavirusun profilaktikası tələblərinə uyğun tənzimlənəcək. Metroya ancaq sms icazəsi, icaze.e-gov.az portalından alınmış xüsusi buraxılış vəsiqəsi, iş vəsiqəsi və ya iş yerindən arayışı olanlar buraxılırlar.

Bundan başqa, hər bir sərnişin tibbi maska taxmalı və sosial məsafəni gözləməlidir. Əgər kiminsə maskası yoxdursa, onu elə metronun girişində ala bilər. Metropoliten işçiləri sərnişinlərin hərarətini də ölçəcəklər.

Sosial məsafənin qorunması üçün Metropolitendə audio, vizual, statik xəbərdarlıq metodlarından istifadə olunur, stansiya və oturacaqlarda məlumatlandırıcı nişanlar qoyulub.

110
  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

  • © Sputnik / Murad Orujov

    Bakı metrosunda "maska rejimi"

Teqlər:
fotolent

Birinci Cümhuriyyətin şanlı tarixinin ilk izləri burada saxlanılır

55
Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir.

İlham Mustafa, Sputnik Azərbaycan

1918-ci il may ayının 28-də Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildi. Müstəqilliyini elan edildikdən 19 gün sonra, iyunun 16-da hökumət Tiflisdən Gəncəyə köçdü. 1908-ci ildən Gəncə qubernatorunun iqamətgahı yerləşən binada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi ilk iclas baş tutdu. Onun yaxınlığındakı binada isə bir sıra dövlət idarələri yerləşdi.

Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə aid eksponatlar, mürəkkəb siyasi dövrdə fəaliyyət göstərən cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar, qərarlar və sənədlər nümayiş olunur. Eyni zamanda cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, sənədlər və digər nümunələr saxlanılır.

Sputnik Azərbaycan izləyicilərinə Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyindən çəkilən fotoları təqdim edir.

55
  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə Xalq Cümhuriyyəti Muzeyində saxlanılan AXC əsgərinin geyimləri.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyində eksponatlar və cümhuriyyət liderlərinin şəkli.

  • © Sputnik / Ilham Mustafa

    1918-1920-ci illər AXC-nin xəritəsi.

  • © Sputnik / Ilham Mustafa

    Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş masası.

  • © Sputnik / Ilham Mustafa

    Muzeydə Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünə aid eksponatlar saxlanılır.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyinin girişi.

  • © Sputnik / Ilham Mustafa

    Ziyarətçi muzeydə AXC qurucularının şəklinə baxır.

  • © Sputnik / Ilham Mustafa

    Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransına təqdim etdiyi AXC-nin xəritəsi.

  • © Sputnik / Ilham Mustafa

    Xalq Cümhuriyyəti Muzeyində Azərbaycan bayrağı.

  • © Sputnik / Ilham Mustafa

    Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş otağı.

  • © Sputnik / Ilham Mustafa

    Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi. AXC-nin Milli Şurası və Hökuməti 16 iyun 1918 - 16 sentyabr 1918-ci illərdə bu binada fəaliyyət göstərib.

Pandemiya karədir: müsəlmanlar Ramazan bayramını necə qeyd edirlər

35
(Yenilənib 18:31 24.05.2020)
Qafqaz Müsəlmanları İdarəsinin fətvası ilə Ramazan bayramı bu il Azərbaycanda mayın 24-də qeyd olunur

Mayın 24-də müsəlmanlar islamın əsas bayramlarından biri olan Ramazanı qeyd edirlər.

Bu il koronavirus pandemiyası səbəbindən Azərbaycanda məscidlər bağlıdır, ona görə də bayram namazını inanclı insanlar evlərində, ailələri ilə birlikdə qıldılar.

Dünyanın müxtəlif ölkələrində Ramazan bayramının necə keçirilməsi ilə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiniz.

35
  • © AP Photo / Ebrahim Noroozi

    Ramazan bayramı

  • © Sputnik / Denis Abramov

    Ramazan bayramı Kislovodskda

  • © AFP 2020 / Mohammed Abed

    Ramazan bayramı Qəzzada

  • © AFP 2020 /

    Ramazan bayramı Məkkədə

  • © Sputnik / Maksim Bogodviv

    Ramazan bayramı Kazanda

  • © AFP 2020 / Juni Kriswanto

    Ramazan bayramı Surabayda, İndoneziya

  • © AFP 2020 / Gent Shkullaku

    Ramazan bayramı Albaniyada

  • © AFP 2020 / Banaras Khan

    Ramazan bayramı Pakistanda

  • © Sputnik / Ilkham Mustafa

    Ramazan bayramı Qazaxda

  • © AP Photo / Emrah Gurel

    Ramazan bayramı İstanbulda

  • © REUTERS / Athit Perawongmetha

    Ramazan bayramı Tailandda

  • © AFP 2020 / Irfan Licina

    Ramazan bayramı Serbiyada

  • © AFP 2020 / Omar Haj Kadour

    Ramazan bayramı Suriyada

  • © AP Photo / Hadi Mizban

    Ramazan bayramı Bağdadda

  • © Sputnik / Maksim Bogodvid

    Ramazan bayramı Kazanda

ABŞ-da polis əməkdaşı, arxiv şəkli

ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi

0
(Yenilənib 23:01 29.05.2020)
Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir

BAKI, 29 may — Sputnik. Minneapolisdə həbs olunan zaman həlak olan Corc Floydun ölümündə ittiham olunan keçmiş polis işçisi həbs edilib.

Spiutnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yerli Hennepin dairəsinin prokuroru Mayk Frimen deyib.

“Bildirmək istəyirəm ki, keçmiş polis zabiti Derek Çaven həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl (ehtiyatsızlıqdan adamöldürmə - red.) və qərəzsiz qətl ittihamları irəli sürülüb” ,- prokuror qeyd edib.

O vurğulayıb ki, hadisə yerində olan digər üç polisin barəsində araşdırmalar isə davam edir.

​Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir.

Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə iğtişaşlar 46 yaşlı qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayıb. O, mayın 25-də həbs olunarkən polis onu yerə yıxıb və dizi ilə boynundan basıb. O, nəfəs ala bilmədiyini desə də polis əməkdaşı buna əhəmiyyət verməyib. Floyd aparıldığı xəstəxanada keçinib. Sabahı gün yüzlərlə adam etiraza çıxıb.

​Onların əksəriyyəti "Nəfəs ala bilmirəm" yazılan maska taxıb. Dinc aksiya iğtişaşa çevrilib: sakinlər polis idarəsini yandırıblar, əvəzində polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

0
Əlaqədar
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir