Əbədi xatirə: Böyük Qələbəni bizə bəxş edənləri yad edirik

22
  • Аллахвердов Ахмед Бабаевич
Sputnik Azərbaycan-ın oxucuları Böyük Vətən Müharibəsində iştirak edən əzizlərinin fotoları ilə bölüşüblər. Onlardan bəziləri Qələbə naminə canından keçib, bəziləri Reyxstaqa çata, sonra isə evinə dönə biliblər. Hər birinin xatirəsi əbədidir

 

Almaniya Sovet İttifaqına hücum edəndə Azərbaycan xalqı da digər respublikaların sakinləri kimi faşizmlə mübarizəyə qalxdı. Müharibənin ilk günlərində Azərbaycandan cəbhəyə 40 mindən çox gənc qız və oğlan yollandı.

1941-45-ci illər ərzində Qızıl Ordu sıralarına ölkəmizdən 640 mindən çox vətəndaş çağırılıb. Onlardan 300 mini döyüşlərdə həlak olub. 400-dən çox azərbaycanlı orden-medallarla təltif olunub. Azərbaycanın 128 vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adı alıb.

Azərbaycan SSR-dən olan əsgərlər Brest qalasının alınmasında, Leninqradın, Moskvanın müdafiəsində, Stalinqrad, Qafqaz, Kursk, Ukrayna uğrunda döyüşlərdə, eləcə də Pribaltika, Şərqi Avropanın azad edilməsində, Berlinin alınmasında iştirak ediblər.

Müharibə illərində Azərbaycan cəbhəyə neft və neft məhsullarının əsas tədarükçüsü idi. Ümumilikdə Azərbaycan xalqı düşmən üzərində Qələbə üçün nəhəng töhfələr verib, müharibə qəhrəmanlarının xatirəsi isə ürəyimizdə əbədi yaşayacaq.

22
  • © Photo from Kamran Bagirov's family archive

    Hacıyev Əli Bağır oğlu, 1917-ci il təvəllüdlü. Azərbaycan Dövlət Tibb Universitetinin 1941-ci ildə məzunu olub. Təhsilini başa vuran kimi hərbi həkim ixtisası üzrə dərhal ordu sıralarına çağırılıb. İkinci Belarusiya Cəbhəsinə, partizan düşərgəsinə göndərilib. Orada döyüş şəraitində ilk cərrahlıq təcrübəsini qazanıb. Xidmət zamanı xeyli həyat qurtarıb, xeyli mükafat qazanıb, üç dəfə yaralanıb. 1944-cü ildə kontuziya səbəbindən ordudan tərxis edilib. Ömrünün sonunadək həkim işləyib.

  • © Photo from Aliyev's family archive

    Mobil Əliş oğlu Əliyev. Kiçik leytenant. Cəbhəyə könüllü gedib və qayıtmayıb.

  • © Photo from Kamala Alizadeh's family archive

    Abbas Qulu oğlu Şəfiyev. 1941-ci ildə kapitan rütbəsində müharibəyə qatılıb. Kerç yaxınlığında “Kiçik torpaq”da vuruşub. Döyüşlərdən birində kantuziya alaraq əlil olub. Evə 1945-ci ildə qayıdıb.

  • Аллахвердов Ахмед Бабаевич
    © Photo : Sabina Dadasheva's family archive

    Allahverdiyev Əhməd Baba oğlu. İkinci Dünya Müharibəsində Avstriyaya qədər döyüşüb. Dəmiryolu qoşunlarında xidmət edib. Sonradan Kareliya və Uzaq Şərqdə olub. Cəbhəyə tələbə olarkən yollanıb.

  • © Photo : © Photo from Kamala Alizadeh's family archive

    Qızbəs Əsədova. Müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə gedib. Hospitallarda həkim işləyib. Müharibədən sonra Bakıdakı klinikalardan birində baş həkim olub. Eyni zamanda Bakının Yasamal rayonu Veteranlar Şurasının sədri olub. Azərbaycanın əməkdar həkimidir.

  • © Photo from Mirzoyev's family archive

    Bəhyəddin Şahvələddin oğlu Mirzəyev. Kapitan, 416-cı atıcı diviziyasının 1054-cü artilleriya alayının batareya komandiri olub (5-ci zərbə ordusu, 1-ci Belarusiya cəbhəsi). Sovet İttifaqı Qəhrəmanıdır. Lenin ordeni, “Qızıl Ulduz”, iki I dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni, xeyli medala layiq görülüb. 1945-ci il aprelin 29-da ağır yaralanıb. Sağalandan sonra ehtiyata göndərilib. Bakıda yaşayıb.

  • © Photo from Mirzoyev's family archive

    Bəhyəddin Şahvələddin oğlu Mirzəyev. Kapitan, 416-cı atıcı diviziyasının 1054-cü artilleriya alayının batareya komandiri olub (5-ci zərbə ordusu, 1-ci Belarusiya cəbhəsi). Sovet İttifaqı Qəhrəmanıdır. Lenin ordeni, “Qızıl Ulduz”, iki I dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni, xeyli medala layiq görülüb. 1945-ci il aprelin 29-da ağır yaralanıb. Sağalandan sonra ehtiyata göndərilib. Bakıda yaşayıb.

  • © Photo from Zarifa Aliyev's family archive

    Mərdan Zeynal oğlu Zeynalov. Vətəndaş və Böyük Vətən müharibələrinin iştirakçısı olub. Kontuziya alıb.

  • © Photo from Mustafayev's family archive

    Misirxan Zal oğlu İsmayılov. Sıravi topçu olub. Orduya qatılmaq üçün pasportunda doğulduğu ili dəyişdirib. 17 yaşında Uzaq Şərqdə hərbi xidmətə başlayıb, 1941-ci ildə, müharibənin ilk günlərində ön cəbhəyə göndərilib. Berlinədək vuruşub. II dərəcəli Vətən Müharibəsi ordeninin, “Döyüş xidmətlərinə” görə medalın sahibidir.

  • © Photo from Gulnara Khalilova family archive

    Məmmədkərimov Abdul Həmid oğlu – İkinci Dünya Müharibəsində 1941-ci ildən 1945-ci ilədək iştirak edib. Avstriyadakı hospitaldan tərxis olunub. Kəşfiyyatçı idi. 1998-ci ildə dünyasını dəyişib.

  • © Photo from Natalya Shevchova's family archive

    İlşa Yevşa oğlu Yunayev. Hazırlığı Tbilisidə keçəndən sonra cəbhəyə göndərilib. 1943-cü ildə Belaya Tserkov (Ukrayna) şəhəri yaxınlığında döyüşüb. Sonuncu məktubu 1945-ci ildə Almaniyadan gəlib. İtkin düşüb.

  • © Photo from Abbasov's family archive


    Məzahir Həmid oğlu Abbasov. SSRİ HDQ-nin leytenantı. Bombardmançı təyyarə idarə edib. 1941-ci ildə ağır yaralandıqdan sonra uzun müddət müalicə alıb və 1942-ci ildə ordudan tərxis olunub. Tarixi araşdırmalara başlayıb, sonradan tarix elmləri doktoru, universitet professoru olub. Qırmızı Bayraq, I dərəcəli Vətən Müharibəsi ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb.

  • © Photo from Murad Orujov's family archive


    Savelyev Aleksandr Filippoviç – Şamaxı Hərbi Komissarlığından orduya çağırılıb. Bütün müharibəni, 1945-ci ilədək qvardiya yefreytoru rütbəsində keçib. “Döyüş xidmətlərinə görə” medalına layiq görülüb.

  • © Photo from Murad Orujov's family archive


    Rəhimov Şirin Oruc oğlu – 1941-ci ildə 26 yaşında orduya çağırılıb. Uzun müddət itkin düşmüş sayılırdı. “Memorial” məlumat bazasının məlumatına görə, orduda atıcı imiş. Mozdok uğrunda döyüşdə həlak olub.

  • © Photo from Sabina Azizova's family archive

    Mahmud Məhəmməd oğlu Əliyev (fotoda solda). 1941-ci ildə cəbhəyə könüllü yollanıb. Desant dəstəsində “Kiçik torpaq”da vuruşub, Novorossiysk, Kerç, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə iştirak edib. Berlinədək döyüş yolu keçib. Göstərdiyi hünər və şücaətə görə iki orden (“Şərəf nişanı” və I dərəcəli Vətən Müharibəsi) və altı medala layiq görülüb.

  • © Photo from Sabina Azizova's family archive

    Mahmud Məhəmməd oğlu Əliyev (fotoda ortada). 1941-ci ildə cəbhəyə könüllü yollanıb. Desant dəstəsində “Kiçik torpaq”da vuruşub, Novorossiysk, Kerç, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə iştirak edib. Berlinədək döyüş yolu keçib. Göstərdiyi hünər və şücaətə görə iki orden (“Şərəf nişanı” və I dərəcəli Vətən Müharibəsi) və altı medala layiq görülüb.

  • © Photo from Dadashev's family archive

    Ağadadaş Dadaşov. Bütün müharibəni HDQ tərkibində Qara dənizdə gəmidə bosman olub. Bir neçə dəfə yaralanıb. Ordudan bədənində bir neçə qəlpə ilə qayıdıb. Müharibədən sonra poladəritmə zavodunda işləyib.

  • © Photo from Dadashev's family archive

    Ağadadaş Dadaşov. Bütün müharibəni HDQ tərkibində Qara dənizdə gəmidə bosman olub. Bir neçə dəfə yaralanıb. Ordudan bədənində bir neçə qəlpə ilə qayıdıb. Müharibədən sonra poladəritmə zavodunda işləyib.

  • © Photo from Tamilla Hasanova's family archive

    Kulagina Nadejda Vasilyevna (1923-2003). Böyük Vətən Müharibəsi illərində Bakıda hərbi hospitalda tibb bacısı işləyib. Müharibədən sonra müxtəlif tibb müəssisələrində işini davam etdirib.

  • © Photo from Yuliya Samsonova's family archive

    Fyodor Qriqoryeviç Ginqa. Baş serjant. Qərb cəbhəsində döyüşüb, 168-ci mühəndis-istehkamçı batalyonunun kəşfiyyat bölməsində komandir olub. Bir neçə dəfə yaralanıb. “Qızıl ulduz” ordeni ilə təltif olunub. Müharibədən sonra sürücü işləyib.

  • © Photo from Kira Abbasova's family archive

    Aleksandr İvanoviç Medvedev. 1918-ci ildə Tambov vilayətinin Morşansk şəhərində anadan olub. Teatr texnikumunda oxuyub, 1938-ci ildə isə orduya çağırılıb. Xidmətdən sonra hərbi məktəbə qəbul olunub, müharibə xəbərini də elə orada alıb. Xarkovun müdafiəsində, Belarusiya və Qafqazın, Varşavanın azad olunmasında iştirak edib. Döyüş xidmətlərinə görə 8 medal və 3 ordenə layiq görülüb. Müharibədən sonra Bakıda yaşayıb. Sərhəd zastavası rəhbərinin köməkçisi olub. 40 il Bakı aviasiya zavodunda işləyib

Teqlər:
fotolent

Çoxuşaqlı ana sadəcə gözəl: Ancelina Coli yubileyini qeyd edir

74
(Yenilənib 19:01 04.06.2020)
Hollivudun ən məşhur aktrisalarından biri, kinorejissor, ssenarist, prodüser, fotomodel, BMT-nin xoşməramlı səfiri qırx illiyini qeyd edir. Colinin möhtəşəm şəkilləri Sputnik Azərbaycan-ın seçimində.

Hollivudun ən gözəl qadını, tarixdə ən yüksək məvacibli aktrisa, üç il dalbadal "Qızıl Qlobus" mükafatını qazanmış, hətta Britaniyanın cəngavər xanımı (qadınlara verilən cəngavər titulunun analoqu) titulunu əldə etmiş qadın – Ancelina Coli daha hansı titullara malik deyil?!. Sərvət, şöhrət, dəbdəbə, müvəffəqiyyət – bütün bunlar Colinin dəyişməz yol yoldaşlarıdır.

Ancelina 1975-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) Marselin Bertran və Con Voytun aktyor ailəsində anadan olub. O, ilk rolunu hələ yeddi yaşı olanda qazanıb. Zahiri görkəmi sayəsində asanlıqla supermodel karyerasını qura bilərdi, lakin ailənin yolu ilə getməyə qərar verdi. Aktrisa bütün dünyada milyonlarla insanın sevdiyi onlarla filmə çəkilib. Colinin aktivində çoxsaylı kino mükafatları, "Oskar" və ABŞ Kino Aktyorları Gildiyasının iki mükafatı var.

Amma bütün bunlarla yanaşı, Ancelina Coli çoxuşaqlı anadır. Onun altı övladı var. Onlardan üçü – qızı Şaylo Nuve, Viviyen Marşelin və Noks Leon Hollivud ulduzu Bred Pittlə nikahdan doğulub. Qalan üç uşaq - Kambocadan olan oğlu Meddoks Şivan, Efiopiyadan olan qızı Zahara Marli və Vyetnamdan olan oğlu Paks Tien isə övladlığa götürülüb. Uşaqların hamısı Coli-Pitt soyadını daşıyır.

Ancelina Colinin müxtəlif illərdəki fotoşəkillərinə nəzər salmağı təklif edirik. Bu, qadınlıq, gözəllik, zəriflik və müvəffəqiyyətin təcəssümü adlanır.

74
  • © AFP 2020 / Tiziana Fabi

    Aktrisalar Ancelina Coli və Mişel Pfayffer "Malefisenta" filminin premyerası zamanı.

  • © AP Photo / Amy Sancetta

    Aktrisa Ancelina Coli "Oskar" mükafıtının təqdimatı zamanı qırmızı xalçada.

  • © AFP 2020 / Jemal Countess/Getty Images

    Aktrisa Ancelina Coli BMT-nin Təhlükəsizlik Şurasının sessiyasında.

  • © AP Photo / Ahmad Alameen

    Aktrisa Ancelina Coli Suriyada qaçqın düşərgəsində.

  • © AFP 2020 / Jason Merritt/Getty Images

    Aktrisa Ancelina Coli və aktyor Bredd Pitt "Qızıl qlobus"un təqdimatı zamanı.

  • © AFP 2020 / Boris Horvat

    Aktrisa Ancelina Coli və aktyor Uill Smit fotosessiya zamanı.

  • © AFP 2020 / Valerie Macon

    Aktrisa Ancelina Coli uşaqları birgə Hollivudda.

  • © Sputnik / Ilia Pitalev

    Amerikalı aktrisa Ancelina Coli "Solt" filminin premyerasında.

  • © AFP 2020 / Kevin Winter/Getty Images

    Aktrisa Ancelina Coli "The Tonight Show with Jay Leno" şousunda.

  • © AP Photo / Anthony Devlin/Pool

    Aktrisa Ancelina Coli Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşü zamanı.

  • © AP Photo / Mohammad Sajjad

    Amerikalı aktrisa Ancelina Coli Pakistanda düşərgəyə baş çəkərkən.

  • © AP Photo / Matt Sayles

    Amerikalı aktrisa Ancelina Coli "Kunq-fu panda" filminin premyerasında.

  • © Sputnik / Ilia Pitalev

    Amerikalı aktrisa Ancelina Coli Riç-Karlton mehmanxanasında fotosessiya zamanı.

  • © AP Photo / Shizuo Kambayashi

    Amerikalı aktrisa Ancelina Coli Yaponiyada "Malifisenta" filminin premyerasında.

  • © Sputnik / Aleksei Petrov

    Aktrisa Ancelina Coli və aktyor Bred Pitt Kann festivalında.

Teqlər:
fotolent

Qanlı göl, toy rəqsi baqajdakı uşaqlar

160
(Yenilənib 14:45 31.05.2020)
Sputnik Azərbaycan ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoşəkilləri oxuculara təqdim edir

Ötən həftə bir sıra maraqlı və kədərli hadisələrlə yadda qalıb. Kəraçidə "Pakistan Hava Yolları"nın təyyarəsi qəzaya uğrayıb. 97 nəfər fəlakətin qurbanı olub. Təyyarə qəzaya uğramadan əvvəl pilotlar "mühərrikin sıradan çıxdığını" bildirməyə müvəffəq olublar.

Livanın paytaxtı Beyrutda yenidən hökumət əleyhinə mitinqlər baş qaldırıb. Polislə toqquşmaların və yaralıların olduğu bildirilir. Xatırladaq ki, bu ölkə uzun müddətdir iqtisadi və siyasi böhran içindədir.

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi üsyanlara səbəb olub. Minneapolis şəhərində və onun ətrafında fövqəladə vəziyyət elan edilib. Etirazçılar polis idarəsini dağıdıblar və asayiş keşikçiləri ilə toqquşmalara başlayıblar.

Keçən həftə planetimizdə nələrin yaşandığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə nəzər salmağı təklif edirik.

Dünya informasiya agentliklərinin fotomüxbirləri tərəfindən fotokameranın yaddaşına köçürülmüş unudulmaz hadisələr, həmçinin emosional anlar - Sputnik Azərbaycan-ın həftəlik fotoyığmasında.

160
  • © AFP 2020 / Sean Rayford / Getty Images

    Çarlstonda yaxtaçıların paradı, Cənubi Karolina, ABŞ

  • © AFP 2020 / Isaak Lawrence

    Polis Honkonqda etirazçıları dağıdır.

  • © AFP 2020 / Yasuyoshi Chiba

    Halqa ilə rəqs edən kimsəsiz qız Keniyada Ramazan bayramı ilə əlaqədar uşaqlara yemək və oyuncaqların paylanılması zamanı.

  • © AFP 2020 / Erika Santelices

    Dominikan Respublikasında İctimai Səhiyyə Nazirliyinin əməkdaşları vətəndaşları COVİD-19 virusuna qarşı testdən keçirirlər.

  • © REUTERS / John Sibley

    Qadın və alpaka, London.

  • © Sputnik / Aleksey Pavlishak

    Krımda Sasık-Sivaş gölü.

  • © AFP 2020 / John Wessels

    Seneqalda Yoffa Layen məscidi qarşısında Layen cəmiyyətinin tərəfdaşları çimərliyi tərk edirlər.

  • © Sputnik / Alejandro Martinez Velez

    Madriddə karantin tədbirlərinə qarşı etiraz aksiyasının iştirakçıları.

  • © REUTERS / NTB Scanpix / Tor Erik Schroeder

    Qar təmizləyən maşınlar Setesdal və Sirdal arasında dağ keçidində, Norveç.

  • © AFP 2020 / Asif Hassan

    Təhlükəsizlik xidmətinin əməkdaşları Kəraçidə qəzaya uğramış Pakistan Beynəlxalq Hava Yolları şirkətinə məxsus təyyarənin qalıqları yaxınlığında.

  • © Sputnik / Ilya Naymushin

    Krasnoyarskda "Royev Ruçey" flora və fauna parkında dişi tovuzquşu qarşısında rəqs edən erkək tovuzquşu

  • © AFP 2020 / Jeff Pachoud

    "L'Espace des Arts company" teatrının aktyorları Şalon-sür-Son qocalar evinin sakinləri üçün göstərdikləri şou zamanı, Fransa.

  • © AFP 2020 / Pascal Guyot

    Fransada La Qrand-Mott çimərliyində istirahət edənlər.

  • © AFP 2020 / Arun Sankar

    Çennayda kişi özü düzəltdiyi maskaları nümayiş etdirir, Hindistan.

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvada küçədə it ilə gəzən qız.

  • © AFP 2020 / Ashraf Shazly

    Xartumda etiraz aksiyaları zamanı əllərində bayraqlar olan qadınlar, Sudan.

  • © REUTERS / Umit Bektas

    İstanbulda Süleymaniyə məscidinin dezinfeksiyası, Türkiyə.

  • © REUTERS / Eric Miller

    Minneapolisdə qoruyucu maskada olan etirazçılar, ABŞ.

  • © Sputnik / Kostis Ntantamis

    Afina yaxınlığında Alimos çimərliyində istirahət edənlər və oyuncaq satan şəxs.

  • © REUTERS / Aziz Taher

    Beyrutda etirazçılarla polis arasında toqquşma, Livan.

  • © REUTERS / Kevin Lamarque

    Gənclər Ouşen-Sitidə çimərlikdə əylənirlər, Merilend ştatı, ABŞ.

  • © REUTERS / Antonio Bronic

    Xorvatiyada limanda yaxtalar.

  • © AFP 2020 / Hussein Faleh

    İraqda əllərində oyuncaq silah olan uşaqlar.

  • © REUTERS / Parwiz Parwiz

    Əfqan uşaqlar Laqman vilayətində avtomobilin baqajında gedirlər.

  • © REUTERS / Antara Foto Agency

    Qərbi Sumatra sahillərində balıqçı qayığı, İndoneziya.

Femidanın heykəli, arxiv şəkli

Məhkəmələrin fəaliyyətinin monitorinq sistemi təkmilləşdirilir

0
Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanun ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

BAKI, 5 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.

Qüvvədə olan qanuna görə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. Bu sıraya məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların da daxil edilməsi təklif edilir.

Başqa sözlə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanun ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

Dəyişiklik səsə qoyularaq ilk oxunuşda qəbul edilib.

0