COVID-19-la mübarizənin önündə: Onlar döyüşə belə gedirlər

223
(Yenilənib 13:55 05.05.2020)
Koronavirus şübhəsi ilə çağırışlara çıxan təcili yardım həkimləri daim risk zonasında olurlar. Bəs həkimlər çağırışa çıxmağa necə hazırlaşırlar və bu zaman hansı müdafiə vasitələrindən istifadə edirlər?

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda həkimlər və tibb müəssisələri gücləndirilmiş rejimdə işləməyə məcburdurlar. COVİD-19-la mübarizənin önündə isə təcili və təxirəsalınmaz tibbi yardım həkimləri durur. Koronavirus şübhəsi ilə əlaqədar çağırışlara çıxmaq, simptomları müəyyənləşdirmək və xəstəliyin aşkarlanması üçün testlər etmək bu həkimlərin başlıca vəzifəsidir.

Sputnik Azərbaycan-ın fotomüxbiri təcili yardım briqadalarının çağırışlara necə hazırlaşdığını qeydə almaq üçün Azərbaycan paytaxtındakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyalarından birində olub.

İşçilərə hər çağırışdan əvvəl ayrıca xüsusi geyimlər verilir. Kombinezonlar, maskalar, əlcəklər, baxillər – bütün bunlar stansiyaya qayıtdıqdan sonra utilizasiya edilir. Belə briqadalar üçün xüsusi təcili yardım maşınları ayrılıb. Onların sürücüləri xüsusi geyimlərlə təchiz olunur, avtomobilin özü isə vaxtaşırı dezinfeksiya edilir.

Biz bütün həkimlərə bu çətin vəzifənin öhdəsindən gəldiklərinə görə təşəkkür edirik və vətəndaşlarımızı onların işini daha da çətinləşdirməmək üçün xüsusi karantin rejimi qaydalarına riayət etməyə çağırırıq.

223
  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Bakıda tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Медицинский персонал в защитный костюмах Баку

  • © Sputnik / Murad Orujov

    Koronavirus testi aparan tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Koronavirus testi aparan tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Tibb işçisi

  • © Sputnik / Murad Orujov

    Təcili yardım briqadası

  • © Sputnik / Murad Orujov

    Təcili yardım briqadası

  • © Sputnik / Murad Orujov

    Təcili yardım briqadası

  • © Sputnik / Murad Orujov

    Təcili yardım briqadası

  • © Sputnik / Murad Orujov

    Təcili yardım avtomobili

Pandemiya karədir: müsəlmanlar Ramazan bayramını necə qeyd edirlər

24
(Yenilənib 18:31 24.05.2020)
Qafqaz Müsəlmanları İdarəsinin fətvası ilə Ramazan bayramı bu il Azərbaycanda mayın 24-də qeyd olunur

Mayın 24-də müsəlmanlar islamın əsas bayramlarından biri olan Ramazanı qeyd edirlər.

Bu il koronavirus pandemiyası səbəbindən Azərbaycanda məscidlər bağlıdır, ona görə də bayram namazını inanclı insanlar evlərində, ailələri ilə birlikdə qıldılar.

Dünyanın müxtəlif ölkələrində Ramazan bayramının necə keçirilməsi ilə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiniz.

24
  • © AP Photo / Ebrahim Noroozi

    Ramazan bayramı

  • © Sputnik / Denis Abramov

    Ramazan bayramı Kislovodskda

  • © AFP 2020 / Mohammed Abed

    Ramazan bayramı Qəzzada

  • © AFP 2020 /

    Ramazan bayramı Məkkədə

  • © Sputnik / Maksim Bogodviv

    Ramazan bayramı Kazanda

  • © AFP 2020 / Juni Kriswanto

    Ramazan bayramı Surabayda, İndoneziya

  • © AFP 2020 / Gent Shkullaku

    Ramazan bayramı Albaniyada

  • © AFP 2020 / Banaras Khan

    Ramazan bayramı Pakistanda

  • © Sputnik / Ilkham Mustafa

    Ramazan bayramı Qazaxda

  • © AP Photo / Emrah Gurel

    Ramazan bayramı İstanbulda

  • © REUTERS / Athit Perawongmetha

    Ramazan bayramı Tailandda

  • © AFP 2020 / Irfan Licina

    Ramazan bayramı Serbiyada

  • © AFP 2020 / Omar Haj Kadour

    Ramazan bayramı Suriyada

  • © AP Photo / Hadi Mizban

    Ramazan bayramı Bağdadda

  • © Sputnik / Maksim Bogodvid

    Ramazan bayramı Kazanda

Şəhər küçələrinin idmanı: Bakının mərkəzində parkur

30
(Yenilənib 17:28 24.05.2020)
Karantin rejiminin yumşaldılması ilə parkların açılmasından sonra parkurla məşğul olan bakılı treyserlər yenidən məşqlərə başlayaraq qarşıdakı Dünya çempionatına hazırlaşmaq imkanı əldə etdilər

“13-cü rayon” filminin baş qəhrəmanının damdan-dama tullanaraq, məhəccər, divar, eyvan kimi maneələri asanlıqla aşaraq təqibçilərdən necə can qurtardığı yadınızdadır? Bax həmin o hərəkətlərin hamısını fransız dilində qəşəng bir sözlə əvəzləyirlər – parkur. Parkur böyük şəhərlərin küçələrində yaranıb və bir çox idman növlərinin elementlərini özündə cəmləşdirib. Burada güc tullanmaları, gimnastika elementləri, alpinizm, hətta şərq döyüş növlərindəki bəzi fəndlərdən də istifadə olunur. Parkurla məşğul olan insanlar treyserlər adlanırlar. Biz bu gün sizə bakılı treyserlərdən danışacağıq.

Parkurun yaradıcısı David Bellin Bakıda davamçıları çoxdur, amma bu idman növü ilə peşəkar olaraq cəmi beş nəfər məşğuldur. Hə, düz oxudunuz: parkuru tədricən idman növü kimi tanıyırlar. 2018-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının konqresində parkur rəsmi olaraq gimnastika proqramına daxil edilib. Bakılı treyserlər hətta ötən ilin mayında Monpelye şəhərində keçirilən Parkur üzrə dünya çempionatında da iştirak ediblər. Atletlər bu il Xirosimada keçirilməsi planlaşdırılan çempionata da hazırlaşırdılar, ancaq bu tədbir koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxtadək təxirə düşüb.

Düzdür, treyserlər üçün elə bütün dünya özü bir məşq meydançasıdır, amma idman zalında əlavə hazırlığa yenə də ehtiyac var. Karantin rejimi tətbiq olunanadək uşaqlar Azərbaycan Gimnastika Federasiyasının akrobatika zalında, eləcə də  Movement Platform idman zalında məşq edirdilər. Ancaq indi idman zalları müvəqqəti olaraq fəaliyyətini dayandırdığından bakılı treyserlər küçə və parklara üz tutublar.

Onların açıq havada məşqlərinin necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

30
  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrində parkur

Teqlər:
Bakı, idman, fotolent
Əlində bıçaq olan kişi, arxiv şəkli

Yeyib-içmək məclisi ölümlə bitdi: Gəncədə qətl törədilib

0
(Yenilənib 10:47 26.05.2020)
Orta yaşlı kişinin meyiti evində tapılıb. Məlumata görə, 63 yaşlı Asim Yusifov  tanışı ilə yeyib-içdikdən sonra onu qətlə yetirib.

BAKI, 26 may – Sputnik. Gəncədə qətl baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, orta yaşlı kişinin meyiti evində tapılıb. Məlumata görə, 63 yaşlı Asim Yusifov  tanışı ilə yeyib-içdikdən sonra onu qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0