FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Çiçək buludları göz oxşayır: Yaponiyada Sakura çiçək açdı

Abunə olmaq
Yazda Yaponiyada əsrarəngiz sakura ağacları çiçək açır. Bu, o qədər gözəl hadisə hesab edilir ki, sakira ilə qarşılaşan insanlar ona şeir qoşurlar. Sakuranın çiçəkləməsi isə "Xanamı çiçəkləyən sakura" bayramı kimi qeyd olunur

Yapon mədəniyyətində sakura və onun çiçəkləməsi xüsusi rol oynayır. Sakura gözəlliyin tez ötüb keçməsinin, həyatın faniliyinin rəmzidir. Sakuranın gözəlliyini və çiçəklənmə dövrünün qısamüddətli olduğunu düşünərkən, gözəlliyin əbədi olmadığı, həyatınsa sürətlə keçdiyi və kövrək olduğu barədə təsəvvürlər yaranır.

Qışda çiçəkləyən ağac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qışda ağac çiçəkləyirsə... – Qlobal istiləşmə həyatımızı alt-üst edir

Sakura çiçəyi ölkənin ən isti iqlimə malik cənubunda açmağa başlayır və tədricən adanın şimalına doğru irəliləyir. Sakura martın əvvəlindən başlayaraq may ayına qədər Yaponiyanın müxtəlif rayonlarında fərqli vaxtlarda çiçəkləyir. Çiçəkləmə dövrü çox qısa olduğundan, axşam saatlarında da sakura çiçəklərinə tamaşa etmək üçün bu ağaclar məxsusi olaraq işıqlandırılır.

Sakuranın müxtəlif forma və rəng çalarlarına malik 16 növü və 400-ə qədər sortu var. Ağacın hündürlüyü ilk növbədə onun növ və yaşından asılıdır. Adi halda bitkinin hündürlüyü 8 metrə yaxın olsa da, yaşı 1800 il olan ən qoca sakuranın uzunluğu 24 metrə çatır.

Ağacın çiçəkləməsi yazın əvvəlində başlayır, lakin onun bəzi növləri yanvarda çiçək açır. Çəhrayı və sarı çiçək açan sakura bağları yaz aylarında cənnəti xatırladır, lakin həmin dövr çox qısa olur - bəzi yerlərdə bir neçə gün, bəzi yerlərdə isə bir neçə saat davam edir. Görünür, elə buna görə də yaponlar üçün həmin çiçəklər həyatın gözəl, qısa və fani olması rəmzinə çevrilib. Onu əbəs yerə yapon mədəniyyətinin məşhur bir hissəsi hesab etmirlər. Xalqın ən qədim ayinlərindən sayılan Xanamı çiçəkləyən sakura bayramı kimi qeyd olunur.

Yaponiyada sakuranın çiçəkləməsini əks etdirən fotoşəkillərə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

© AP Photo / Jae C. HongYaponiyada qadın çiçək açan sakuranın fotosunu çəkir
Yaponiyada qadın çiçək açan sakuranın fotosunu çəkir - Sputnik Azərbaycan
1/10
Yaponiyada qadın çiçək açan sakuranın fotosunu çəkir
CC BY 2.0 / Ozma / Kawazu Cherry Blossom and Canola FlowerYaponiyada sakura və rapsın çiçək açması
Yaponiyada sakura və rapsın çiçək açması - Sputnik Azərbaycan
2/10
Yaponiyada sakura və rapsın çiçək açması
© AP Photo / Jae C. HongTibbi maskada olan insanlar Yaponiyada sakura festivalında
Tibbi maskada olan insanlar Yaponiyada sakura festivalında - Sputnik Azərbaycan
3/10
Tibbi maskada olan insanlar Yaponiyada sakura festivalında
© AP Photo / Jae C. HongMini qatarda olan insanlar Yaponiyada sakura festivalında
Mini qatarda olan insanlar Yaponiyada sakura festivalında - Sputnik Azərbaycan
4/10
Mini qatarda olan insanlar Yaponiyada sakura festivalında
© AP Photo / Jae C. HongYaponiyada sakura festivalında foto çəkdirən kişi və oğlu
Yaponiyada sakura festivalında foto çəkdirən kişi və oğlu - Sputnik Azərbaycan
5/10
Yaponiyada sakura festivalında foto çəkdirən kişi və oğlu
© AP Photo / Jae C. HongYaponiyada sakuranın çiçək açması
Yaponiyada sakuranın çiçək açması - Sputnik Azərbaycan
6/10
Yaponiyada sakuranın çiçək açması
© AP Photo / Jae C. HongYaponiyada sakura festivalı
Yaponiyada sakura festivalı - Sputnik Azərbaycan
7/10
Yaponiyada sakura festivalı
© AP Photo / Jae C. HongTibbi maskada olan insanlar Yaponiyada sakura festivalında
Tibbi maskada olan insanlar Yaponiyada sakura festivalında - Sputnik Azərbaycan
8/10
Tibbi maskada olan insanlar Yaponiyada sakura festivalında
CC BY 2.0 / Ozma / Kawazu Cherry BlossomYaponiyada sakuranın çiçək açması
Yaponiyada sakuranın çiçək açması - Sputnik Azərbaycan
9/10
Yaponiyada sakuranın çiçək açması
© AP Photo / Jae C. HongYaponiyada qadın çiçək açan sakuranın fotosunu çəkir
Yaponiyada qadın çiçək açan sakuranın fotosunu çəkir - Sputnik Azərbaycan
10/10
Yaponiyada qadın çiçək açan sakuranın fotosunu çəkir
Xəbər lenti
0