Dəqiq aydın: Azərbaycanda parlament seçkiləri FOTOLARDA

114
(Yenilənib 16:48 09.02.2020)
Bazar günü, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Sputnik Azərbaycan-ın fotomüxbiri Bakının seçki məntəqələrinə üz tutaraq səsvermənin gedişini fotolara həkk edib

BAKI, 9 fevral — Sputnik. Bazar günü səhər saat 8:00-dan etibarən Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb. Seçicilər 1314 namizəddən 125-ni Milli Məclisə seçməlidirlər. Budəfəki parlament seçkilərində Azərbaycanın 5329460 vətəndaşı səs hüququna malikdir. 

Sputnik Azərbaycan bildirir ki, soyuq hava şəraitinə rəğmən, respublikada, o cümlədən paytaxtda seçicilərin fəallığı qənaətbəxşdir. Saat 15:00-a MSK-nın açıqladığı məlumata görə, artıq seçicilərin 39.23%-i səs verib. 

Səsvermənin gedişini 77790 yerli və 883 beynəlxalq müşahidəçi izləyir. 

Qeyd edək ki, 2019-cu il dekabrın 2-də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb. 

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Bu, Azərbaycanın yeni tarixində artıq altıncı parlament seçkisidir. İlk parlament seçkisi 1995-ci ildə, sonuncu isə 2015-ci il noyabrın 1-də baş tutub. 

114
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda parlament seçkiləri