FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Van Damm nəhayət ki, Qəbələyə "gəldi", yanında özündən də məşhur biri var

Abunə olmaq
Belçika əsilli amerikalı aktyor, rejissor, ssenarist və idmançı Jan Klod Van Damm karate və kikboksinqlə peşəkar məşğul olub, bundan əlavə, bir sıra döyüş filmlərinə çəkilib.

İlham Əhmədov, Sputnik Azərbaycan

Qəbələnin Vəndam qəsəbəsində tanınmış aktyor Jan Klod Van Damma çoxdan söz verilən heykəl axır ki, qoyulub. Vəndam qəsəbəsində məşhur aktyora abidə qoyulmasının əsas məqsədi rayona səfər edən turistlərin kəndin adı ilə cox maraqlanmaları olub.

Bundan əlavə, rayonun giriş hissəsi sayılan qəsəbədə heykəllə yanaşı informasiya lövhəsi, kənd məhsullarından ibarət satış mağazaları, rayonun tanıtımı və Qəbələdə istehsal olunan bütün məhsulların ən ucuz satış məntəqəsi fəaliyyət göstərəcək. Yaradılmış bu ərazinin rəsmi adı isə Gabalalove informasiya məntəqəsidir. Məntəqə rayon mərkəzindən 14 km uzaqlıqda İsmayıllı yolunun üstündə inşa edilib.

Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Maraqlısı odur ki, Van Damm bu ərazidə heykəli qoyulan yeganə məşhur deyil. "Apple" şirkətinin qurucusu Stiv Cobs da Vəndama "gəlib".

Qeyd edək ki, Belçika əsilli amerikalı aktyor, rejissor, ssenarist və idmançı Jan Klod Van Damm karate və kikboksinqlə peşəkar məşğul olub, bundan əlavə, bir sıra döyüş filmlərinə çəkilib. Bu il aktyorun 60 illiyi qeyd olunacaq və onun Qəbələyə səfəri nəzərdə tutulub.

© Sputnik / Ilham AhmadovQəbələdə Jan Klod Van Damma heykəl qoyulub
Qəbələdə Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
1/9
Qəbələdə Jan Klod Van Damma heykəl qoyulub
© Sputnik / Ilham AhmadovQəbələdə Stiv Cobsa heykəl qoyulub
Qəbələdə Stiv Cobsa heykəl qoyulub - Sputnik Azərbaycan
2/9
Qəbələdə Stiv Cobsa heykəl qoyulub
© Sputnik / Ilham AhmadovQəbələdə Jan Klod Van Damma heykəl qoyulub
Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
3/9
Qəbələdə Jan Klod Van Damma heykəl qoyulub
© Sputnik / Ilham AhmadovGabalalove informasiya məntəqəsi açılıb
Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
4/9
Gabalalove informasiya məntəqəsi açılıb
© Sputnik / Ilham AhmadovQəbələnin Vəndam qəsəbəsindən görüntü
Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
5/9
Qəbələnin Vəndam qəsəbəsindən görüntü
© Sputnik / Ilham AhmadovQəbələdə Stiv Cobsa heykəl qoyulub
Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
6/9
Qəbələdə Stiv Cobsa heykəl qoyulub
© Sputnik / Ilham AhmadovGabalalove informasiya məntəqəsi açılıb
Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
7/9
Gabalalove informasiya məntəqəsi açılıb
© Sputnik / Ilham AhmadovGabalalove informasiya məntəqəsi açılıb
Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
8/9
Gabalalove informasiya məntəqəsi açılıb
© Sputnik / Ilham AhmadovQəbələdə Jan Klod Van Damma heykəl qoyulub
Jan Klod Van Damma heykəl qoyulub - Sputnik Azərbaycan
9/9
Qəbələdə Jan Klod Van Damma heykəl qoyulub
Xəbər lenti
0