Dəhşətli fəlakət: İranda sərnişin laynerinin qəzası

101
(Yenilənib 15:25 08.01.2020)
Ukraynanın sərnişin təyyarəsi İran səmasında qəzaya uğrayıb, ekipaj və sərnişinlərin hamısı həlak olub

Ukraynanın "Boeing 737" sərnişin təyyarəsi Tehranda İmam Xomeyni adına Beynəlxalq Hava limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədəki bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar.

"PS752" saylı sərnişin reysi yerli vaxtla saat 05:15-də Tehrandan Kiyevə istiqamət götürüb və tezliklə radarlardan itib. "Flight Radar" portalının yaydığı məlumata görə, layner uçuşa başlayandan iki dəqiqə sonra məlumatın ötürülməsini dayandırıb. Axırıncı dəfə təyyarənin yeri Tehran yaxınlığında, Parand rayonunda qeydə alınıb. Təyyarənin göyərtəsində 167 sərnişin və 10 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

İlkin məlumata görə, qəzanın səbəbi mühərrikin yanması olub. Sputnik Azərbaycan faciə yerindən çəkilmiş kadrları sizə təqdim edir.

101
  • © AFP 2020 / ISNA / Rouhollah Vahdati

    İranda sərnişin laynerinin qəzası

  • © REUTERS / Serhii Nuzhnenko

    İranda sərnişin laynerinin qəzası

  • © AFP 2020 / ISNA / Rouhollah Vahdati

    İranda sərnişin laynerinin qəzası

  • © REUTERS / Valentyn Ogirenko

    İranda sərnişin laynerinin qəzası

  • © AFP 2020

    İranda sərnişin laynerinin qəzası

  • © AFP 2020 / -

    İranda sərnişin laynerinin qəzası

  • © AFP 2020

    İranda sərnişin laynerinin qəzası

  • © REUTERS / WANA / Nazanin Tabatabaee

    İranda sərnişin laynerinin qəzası

  • © AP Photo / Mohammad Nasiri

    İranda sərnişin laynerinin qəzası

  • © REUTERS / WANA / Nazanin Tabatabaee

    İranda sərnişin laynerinin qəzası

  • © AFP 2020 / IRINN

    İranda sərnişin laynerinin qəzası

  • © AFP 2020 / Rohhollah Vadati / ISNA

    İranda sərnişin laynerinin qəzası

Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər

20
Azərbaycana dəstək məqsədli "Pray for Ganja" şüarlı aksiya Nyu-Yorkda BMT-nin baş qərargahı qarşısında keçirilib. Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.

ABŞ-ın ən böyük şəhərində BMT-nin qərargahı qarşısında "Azərbaycan-Nyu-York" assosiasiyası tərəfindən təşkil olunmuş Azərbaycana dəstək aksiyası keçirilib. Nyu-Yorkda yaşayan yüzlərlə həmvətənimiz Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı təcavüzünü pisləyən, həmçinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirən şüarlarla küçəyə çıxıblar. Aksiyaya ABŞ-ın digər ştatlarında yaşayan soydaşlarımız da qoşulublar.

Aksiya iştirakçıları BMT-ni Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumunu pisləməyə, Ermənistanın təxribatlarını və raket hücumlarını araşdırmaq üçün komissiya yaratmağa, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu dəstəkləməyə və ən əsası BMT-nin Ermənistan silahlı qüvvələrinin təcili və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrini inkar edən təcavüzkar ölkənin rəhbərliyini qınamağa çağırıblar.

20
  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

Erməni faşizminin Gəncədə üzə çıxan sübutları - Bu kadrlar ürək ağrıdır

549
(Yenilənib 11:18 17.10.2020)
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Gəncədəki sayca üçüncü insan faciəsinin kadrlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.

549
  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • © Sputnik / Rahim Mammadov

    Gəncədə vəziyyət

  • © Sputnik / Rahim Mammadov

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

Teqlər:
fotolent, ölənlər və yaralılar, dinc əhali, raket zərbələri, erməni təxribatı, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0