Qırıcıdan bir addımlıq məsafədə: hərbi aviasiyanın havada çəkilişləri

89
(Yenilənib 20:49 02.12.2019)
Hərbi təyyarələr təkcə döyüşlərdə atəş gücü ilə deyil, həm də səmada yüksək pilotaj fiqurlarının gözəlliyi ilə də heyran edir. Sputnik Azərbaycan Rusiya istehsalı olan döyüş təyyarələrinin  səmada çəkilmiş şəkillərini təqdim edir

İlk uçan aparatların peyda olması ilə hərbi mütəxəssislər aviasiyada hərbi əməliyyatların aparılmasında döyüşən tərəflərin mütənasibliyini kökündən dəyişmək qabiliyyətinə malik perspektiv istiqaməti sezdilər. Artıq ötən əsrin əvvəllərində aviasiya kəşfiyyat və rabitə vasitəsi kimi, Birinci Dünya Müharibəsində isə rəqibin arxa cəbhəsində infrastrukturun məhv edilməsi üçün bombardmanlarda istifadə olunmağa başladı.

Hazırda hərbi aviasiya demək olar ki, istənilən hava şəraitində, istənilən vaxt və ən ağır döyüşlərdə çətin vəzifələrin öhdəsindən gəlməyə qadir yüksək texnologiyalara malik təyyarələri ehtiva edir. Dünyanın aparıcı ölkələri hərbi-kosmik hücum və bu hücumdan müdafiə vasitələrinin inkişafına öz hərbi büdcələrinin 50-60%-ni sərf edir. Axı səmaya hakimlik hərbi əməliyyatların nəticəsinə birbaşa təsir edir. 

Sizə Rusiya istehsalı olan, bir çox ölkələrin sərəncamında olan qırıcı, bombardmançı, hücum təyyarələrinin havadan çəkilmiş unikal şəkillərini təqdim edirik. 

89
Teqlər:
Rusiya, fotolent, qırıcı təyyarələr

Ölkə bir dəqiqəlik sükuta qərq oldu - Şəhidlərin əziz xatirəsi yad edildi

34
(Yenilənib 14:00 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib. Ölkənin hər yerində hərəkət dayandırılıb.

Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib. Ölkənin hər yerində hərəkət dayandırılıb.

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, Şəhidlər xiyabanını ziyarət edib. Dövlət başçısı "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Xiyabanda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

34
  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

  • © Sputnik / Murad Orujov

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Ağdamın Şahbulaq qalasında Azərbaycan bayrağı dalğalanır - FOTO

45
(Yenilənib 17:02 03.12.2020)
Məşhur qədim qalaya Ağdam rayonu işğaldan azad olunduqdan sonra yenidən qovuşduq. Qalanın tarixi və bugünkü halı Sputnik Azərbaycan-ın fotolentində

Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsi Ağdamın Şahbulaq adlı ərazisində tikilib. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülüb. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə edilib. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Onun yanında xanın iqamətgahı yerləşib. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib.

Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olub. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. İşğaldan azad olunanadək ermənilər qaladan kilsə kimi istifadə ediblər.

45
  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

  • © Sputnik / Aleksei Kudenko

    Şahbulaq qalası

Teqlər:
Azərbaycan, Qarabağ, fotolent, Ağdam, Şahbulaq qalası
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0