Fanat sevinci: İranlı qadınları qırx ildən sonra stadiona buraxıblar

494
(Yenilənib 16:56 15.10.2019)
Futbol azarkeşi olan iranlı qadınlar öz qələbələrini qeyd edirlər. Onlar 1979-cu il İran İslam İnqilabından sonra öz sevimli komandalarına azarkeşlik etmək üçün ilk dəfə stadiona buraxılmaq hüququ əldə ediblər

Qırx il ərzində İranın qadın futbol azarkeşləri oyunlar zamanı stadionu ziyarət etmək imkanından məhrum edilib. Bu yaxınlarda həmin vəziyyət kökündən dəyişib - İran hakimiyyəti geri çəkilib və İranla Kamboca arasında Dünya Kuboku - 2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən ev qarşılaşmasında 3500 qadın azarkeşin stadionda komandalarını dəstəkləməsinə icazə verib.

Qadın sektoruna biletlər dərhal satılıb. Təəssüf ki, İran hakimiyyət orqanlarının bu məsələdə yumşalmasına qədər faciəli hadisə baş vermişdi. İyirmi doqquz yaşlı Saxara Xodayari kişi geyimində futbol matçında iştiraka cəhd edərkən həbs olunmuşdu. O, həbsinə etiraz əlaməti olaraq, özünü yandırmışdı. Onu il yarımdan iki ilədək həbs cəzası gözləyirdi.

Bu hadisədən sonra Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) qadınların matçda azarkeş qismində iştirakına qarşı qadağanın tam aradan götürülməsi ilə bağlı İrana təzyiqlərini artırmışdı.

Qadın azarkeşlərin matçda iştirakı və İran yığmasına gözəl bir şəkildə dəstək verməsi, oyuna təsirsiz ötüşməyib. İran yığması bu matçda tarixi qəbəyə imza atıb - Kamboca yığmasını 14:0 hesabı ilə darmadağın edib. Matç boyu öz bayraqları və digər fanat atributlarını dalğalandıran qadın azarkeşlər, "FIFA, çox sağ ol!" yazılan plakatları da nümayiş etdiriblər!

İranın gözəl azarkeşlərinin ən parlaq emosiyalarını əks etdirən şəkillərə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

494
  • © AP Photo / Vahid Salemi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © AP Photo / Vahid Salemi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © Sputnik / Mazyar Asadi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © AFP 2020 / Atta Kenare

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © Sputnik / Mazyar Asadi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © AFP 2020 / Atta Kenare

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © Sputnik / Mazyar Asadi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © AFP 2020 / Atta Kenare

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © Sputnik / Mazyar Asadi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © AFP 2020 / Atta Kenare

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © Sputnik / Mazyar Asadi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

  • © Sputnik / Mazyar Asadi

    İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində

Turistlər, bayramlar etirazlar Həftənin fotosu

14
(Yenilənib 21:16 01.08.2020)
Sputnik Azərbaycan dünyanın aparıcı agentliklərinin müxbirləri tərəfindən ötən həftə çəkilən ən parlaq və emosional fotoları təqdim edir

Koronavirus və havanın qeyri-sabit keçməsinə baxmayaraq, bütün dünyada həyat davam edir. Bəzi ölkələrdə İslam bayramı olan Qurban bayramını qeyd edirlər, digərlərində isə uzun müddətli karantin rejimindən sonra ilk turistlər çimərliklərə qədəm qoyurlar.

Ötən həftə siyasətsiz də ötüşmədi: Fotoqraflar Amerika Portlendində və İsrail Qüdsündə etirazları çəkdilər. Və əlbəttə ki, kənd təsərrüfatı mövsümü davam edir: kənd sakinləri quraqlığın məhv etmədiyi və leysan yağıları nəticəsində yaranan selin yuyub aparmadığı məhsulu yığırlar.

Sputnik Azərbaycan sizə dünyanın ötən həftə hansı hadisələrlə yaşadığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif ölkələrindən çəkilmiş fotoları təqdim edir.

14
  • © REUTERS / Ajeng Dinar Ulfiana

    Qoruyucu maskada olan qız Cakartada qraffitinin qarşısından keçir, İndoneziya

  • © REUTERS / Janis Laizans

    Estoniyada Lada avtomobillərinin yubiley paradı

  • © Sputnik / Alexey Maishev

    Moskvada İohan Boqoslov kilsəsində keşiş

  • © AFP 2020 / Aris Messinis

    Krit adası yaxınlığında dənizdə qız, Yunanıstan

  • © Sputnik / Kirill Braga

    Volqoqrad vilayətində xiyar yığımı

  • © AFP 2020 / Alfredo Estrella

    Meksikada qəbiristanlıqda koronavirusdan ölən şəxsin qohumu

  • © AFP 2020 / Sergei Supinsky

    Kiyevdə qız "Maşa və medved" cizgi filminin qəhramanının geyimində olan artistə baxır, Ukrayna

  • © REUTERS / Saudi Ministry of Media

    Müsəlman zəvvarlar sosial məsafəni qorumaq şərti ilə Kəbənin ətrafında dövr edirlər

  • © AFP 2020 / John Wessels

    Seneqalda Qurban bayramı ərəfəsində oğlan qoyunu aparır

  • © REUTERS / Ibraheem Abu Mustafa

    Qadın opunsiya yığımı zamanı

  • © REUTERS / Costas Baltas

    Tamaşaçılar qədim Epidavr amfiteatrında

  • © AFP 2020 / Hazem Bader

    Fələstinli gənc bal yığımı zamanı

  • © REUTERS / Caitlin Ochs

    Portlenddə etiraz aksiyasının iştirakçısı, ABŞ

  • © AFP 2020 / Arun Sankar

    Hindistanın Çençay şəhərində park işçisi balaca timsahlarla

  • © AFP 2020 / Asif Hassan

    Karaçidə su basmış küçələr, Pakistan

  • © REUTERS / Pascal Rossignol

    Fransada "Melting Flotte" şousuna hazırlaşan musiqiçilər

  • © REUTERS / Daniel Becerril

    Balerina və qızı Meksikanın Monterrey şəhərində onlayn məşq zamanı

  • © Sputnik / Denis Abramov

    Kabardin-Balkariyada Çeqemsk şəlalələrində turistlər

  • © AFP 2020 / Doug Mills

    Vaşinqtonda mərasim zamanı fəxri qarovulun zabitinin ürəyi gedib

  • © AFP 2020 / STR / KCNA VIA KNS

    Kim Çen In KXDR zabitlərinə tapançaların verilməsi mərasimindən sonra foto çəkdirir

  • © REUTERS / Ronen Zvulun

    Qüdsdə Binyamin Netanyahuya qarşı keçirilən etiraz aksiyasında polis su şırnağından istifadə edir

  • © Sputnik / Evgeny Biyatov

    Su-29 təyyarəsi Rusiyada "Formula-1 aviayarışları"nda

  • © AFP 2020 / Juan Barreto

    Boqotada koronavirus epidemiyası ilə əlaqədar keçirilən etiraz aksiyasında kolibri paltarında kişi, Kolumbiya

  • © REUTERS / Mohammad Ismail

    Kabildə kişi Qurban bayramı üçün şirniyyat hazırlayır, Əfqanıstan

  • © AP Photo / Ariel Schalit

    İsrail əsgərləri Qolan təpələrində

  • © AFP 2020 / Ina Fassenbender

    Dortmund səmasında göy qurşağı, Almaniya

Müsəlman dünyası Qurban bayramına necə hazırlaşır

34
(Yenilənib 20:03 30.07.2020)
İslam dünyası iyulun 31-də ən əsas bayramlarından olan Qurban bayramını qeyd etməyə hazırlaşır. Dünyanın müxtəlif ölkələrində Qurban bayramına necə hazırlaşıldığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

İslamın əsas bayramlarından olan Qurban bayramı bu il 31 iyul tarixinə təsadüf edir. Müxtəlif ölkələrdə yaşayan müsəlmanlar bu günə əvvəlcədən hazırlaşırlar.

Adi vaxtlarda inanclı insanlar bir yerdə bayram namazı qılır, sonra qurbanlıq heyvanı kəsərək, imkanı olmayanlara paylayır. Həmin gün bir-birinin evinə qonaq getmək, bayramı birgə qeyd etmək savab sayılır. Amma pandemiya dünyanın milyardlarla müsəlman icmasının ənənəsini də dəyişib. Buna baxmayaraq, COVID-19 səbəbindən tətbiq edilən bütün məhdudiyyətlərə baxmayaraq, dindarlar bu bayramı ən yüksək səviyyədə qeyd etməyə hazırlaşırlar.

Oxucularımız Sputnik Azərbaycan-ın hazırladığı fotolentdə müsəlmanların bu bayrama necə hazırlaşdığına, hansı paltar, hansı heyvanı aldığına baxa bilərlər.

34
  • © REUTERS / Alaa Al-Marjani

    Qurban bayramına hazırlıq

  • © REUTERS / Alaa Al-Marjani

    Qurban bayramına hazırlıq

  • © AP Photo / Hatem Moussa

    Qurban bayramına hazırlıq

  • © AFP 2020 / Aamir Qureshi

    Qurban bayramına hazırlıq

  • © AFP 2020 / John Wessels

    Qurban bayramına hazırlıq

  • © AFP 2020 / Arif Ali

    Qurban bayramına hazırlıq

  • © REUTERS / Ayman Al-Sahili

    Qurban bayramına hazırlıq

  • © REUTERS / Ajeng Dinar Ulfiana

    Qurban bayramına hazırlıq

  • © AFP 2020 / Dibyangshu Sarkar

    Qurban bayramına hazırlıq

  • © AFP 2020 / Munir Uz zaman

    Qurban bayramına hazırlıq

  • © AFP 2020 / Rizwan Tabassum

    Qurban bayramına hazırlıq

  • © AFP 2020 / Aaref Watad

    Qurban bayramına hazırlıq

  • © REUTERS / Afolabi Sotunde

    Qurban bayramına hazırlıq

Ümumvətəndaş pasport və pul, arxiv şəkli

Əlvida, kağız, əlvida, növbə: Rusiya elektron vizaya keçir

0
(Yenilənib 21:36 03.08.2020)
2021-ci il yanvarın 1-dən Rusiyaya qısamüddətli elektron vizanın köməyilə getmək mümkün olacaq. Onun hazırlanmasına təxminən 4 gün lazımdır. Sputnik yeni qaydalardan necə istifadə etməyin yollarını araşdırıb

BAKI, 3 avqust — Sputnik, Aleksey Stefanov. Vladivostok, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətlərinə səfərlər üçün 53 ölkənin vətəndaşlarına elektron vizaların verilməsi üzrə pilot layihənin ardından Rusiya ölkənin istənilən bölgəsinə səfər etmək hüququ verən qısamüddətli elektron vizaların alınması imkanını yaradıb. 

Ötən cümə günü Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qısamüddətli səfər üçün 60 günlük müddəti olan universal vahid elektron vizanın tətbiqi barədə federal qanunu imzalayıb. Diplomatik, xidməti, adi, tranzit və müvəqqəti yaşamaq hüququ olan şəxsin vizası ilə yanaşı, bu viza da müstəqil kateqoriyaya malik olacaq.

Bu zaman səfərin müddəti 16 gündən çox olmamalıdır. Ancaq Rusiya Turoperatorları Assosiasiyasından (ATOR) Sputnik agentliyinə bildirdilər ki, statistikaya görə, əcnəbilərin Rusiyaya səfəri orta hesabla bir həftə təşkil edir, ona görə də ölkəyə qısa müddət ərzində gəlmək üçün həmin vizanın vaxtı bəs edəcək.

Rusiyaya giriş maksimal dərəcədə sadələşdirilib: 113 ölkənin vətəndaşları yararlanacaqlar

Yeni viza üçün 2021-ci il yanvarın 1-dən müraciət etmək mümkün olacaq. Rusiya XİN-dən bildiriblər ki, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətinə elektron vizalarla eksperiment zamanı onlar bir problemin şahidi olublar: ərizəni dolduranlar çox zaman səhvlər edirlər və bu da onlara viza almaqda imtina edilməsinə əsas yaradır. Yeni vizalarla bağlı eyni problem yaşanmasın deyə saytı təkmilləşdirərək sadələşdiriblər.

Hansı ölkənin vətəndaşlarının yenilikdən istifadə edəcəkləri hələlik dəqiq məlum deyil. “Xarici ölkələrin siyahısını Rusiya Federasiyası hökuməti ayrıca təsdiq edəcək”,  - Dövlət Dumasının Fiziki tərbiyə, idman, turizm və gənclərlə iş komətəsinin üzvü Natalya Kuvşinova Sputnik-ə deyib.

“Güman edirəm ki, qısamüddətli elektron viza üçün tələbat böyük olacaq. Yenilik Rusiyada gəlmə turizminin inkişafına yönəldilib, çünki hazırda məhz daxili və gəlmə turizmi prioritetdir. Hesab edirəm ki, bu, əcnəbi vətəndaşlara digər səyahət ölkələri ilə yanaşı, Rusiya Federasiyasını da seçməyə imkan verən bir mexanizmdir”, - Dövlət Dumasının üzvü deyib.

Ehtimal ki, elektron vizadan faydalanacaq ölkələrin siyahısında pilot layihədən yararlanan 53 dövlətin sakinləri də olacaqlar. Bunlar arasında Avropa İttifaqı ölkələri, Çin, Yaponiya, Türkiyə, Hindistan vardı. Ancaq ABŞ, Kanada və Böyük Britaniya həmin siyahıda deyildi. Və mümkündür ki, qısamüddətli elektron vizanı onlar bundan sonra da ala bilməyəcəklər. XİN-dən qeyd ediblər ki, ayrı-ayrı regionlar üçün elektron vizaların pulsuz olduğu eksperimental layihədən fərqli olaraq, yeni viza 2021-ci ilin yanvarından pullu olacaq. Qiyməti isə, güman ki, 50 ABŞ dollarından baha olmayacaq.

“Gələn il yeni elektron vizanın bu gün qüvvədə olanlara nisbətdə nə qədər populyar olduğuna baxacağıq”, - Dövlət Dumasının deputatı Natalya Kuvşinova qeyd edib. 

RF-ə elektron viza almaq hüququ olan 53 ölkənin vətəndaşları ilə yanaşı, daha 60 ölkənin sakinlərinin ikitərəfli beynəlxalq razılaşmalar əsasında Rusiyaya vizasız giriş imkanı var. Beləliklə, XİN-dən qeyd ediblər ki, 2021-ci ildən Rusiyaya kağız vizanın alınmasını tələb etməyən maksimum liberal giriş rejimi əhali sayı ümumilikdə bəşəriyyətin yarısını – təxminən dörd milyard insanı əhatə edən xarici ölkələrin vətəndaşlarına şamil ediləcək.

Turist axını minimum 30% artacaq

“Ölkəyə girişin bu cür əhəmiyyətli dərəcədə sadələşdirilməsini gəlmə turizmi illərdir xəyal edirdi. Əsas odur ki, doğrudan da elektron vizanı almaq asan olsun”, deyə ATOR-un icraçı direktoru Mayya Lomidze yeniliyi şərh edib.

Onun fikrincə, qısamüddətli elektron viza, hətta ən pessimist proqnozlar da nəzərə alınarsa, turist axınını minimum 30% artıracaq. Ona görə Lomidze əmindir ki, yeniliyin ancaq müsbət tərəfləri olacaq, “mənfi tərəfi isə ancaq bir ola bilər – o da əgər sadələşmə deyildiyi kimi gerçək sadələşmə olmasa”. 

Öz növbəsində ATOR-un vitse-prezidenti Aleksandr Kurnosov hesab edir ki, hökumətin bu qərarı turist axınını 40 və ya 50%, hətta bundan da çox artıra bilər, “çünki vizaları ləğv edən və ya alınmasını xeyli sadələşdirən ölkələrin təcrübəsi göstərir ki, effekt daha böyük ola bilər”.

“Bu qərarın qəbul edilməsi, özü də turizm bazarı üçün belə bir çətin dövrdə gündəmə gəlməsi özü çox pozitiv hadisədir”, - o qeyd edib. 

Aleksandr Kurnosov viza rejiminin bundan sonra da liberallaşdırılacağına – “vizanın etibarlı olduğu indiki iki aydan yarım il və ya bir il müddətinə uzadılacağına, yaxud da günlərin sayının 16-dan 30-a qaldırılacağına” ümid edir. 

ATOR-un vitse-prezidenti həmçinin  elektron vizanın şamil ediləcəyi ölkələrin sayının artırılacağına da ümidlidir, “çünki Rusiyaya xeyli sayda turist göndərən ölkələrin, məsələn, ABŞ və Böyük Britaniyanın, adlraı siyahıya daxil olmayıb”. 

“Bu, yaxşı olardı. Amma aydındır ki, bu məsələdə hər şey siyasi vəziyyətdən asılıdır”, - Aleksandr Kurnosov yekunlaşdırıb.

0
Əlaqədar
Qardaş ölkəyə səfərə hazırlaşanların nəzərinə: Yeni qaydalar var
Köhnə qitəyə vizasız gedə bilərik, amma öncə istixana qazları, rəqəmsal iqtisadiyyat və...
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Ukrayna altı ölkə ilə viza rejimini ləğv edir - dördü ərəb ölkəsidir
Səyahəti sevənlər üçün: əvvəl həkim, sonra viza, pul qalsa - bənövşəyi nişanı görmək