Anomal hava: Avropalılar görünməmiş istilərdən qaçırlar

593
(Yenilənib 09:18 28.06.2019)
Avropa sakinləri bu il cənub kurortlarına getmək məcburiyyətində deyillər, çünki isti özü onların yanına gəlib. Bir sıra ölkələrdə havanın temperaturu 40 dərəcəyə çatıb və meteoroloqlar bunu yüksək hesab edirlər.

Bu həftə Avropa ölkələrində rekord istilər qeydə alınıb. İri şəhərlərin sakinləri anomal istilərdən qaçmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər - fəvvarələrdə, çay və göllərdə çimirlər, kölgəlikdə gizlənirlər və kondisionerli yerlərdə sərinləməyə çalışırlar.

Amma meteoroloqlar qeyd edirlər ki, İspaniyadan tutmuş İsveçrəyə qədər Qərbi Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu daha da artacaq və 40 dərəcəni ötüb keçəcək. Proqnozlara görə, pik istilər həftə sonu müşahidə olunacaq.

Avropa sakinlərinin bəziləri günəş şüalarından qorunmağa çalışarkən, bəziləri də isti havaya görə sevinirlər. Avropada isti havada əhalinin nə etdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxın.

593
  • © AFP 2019 / Alberto Pizzoli

    Kolizey qarşısında dayanmış turist

  • © AP Photo / Mindaugas Kulbis

    Vilnüsdə uşaq fəvvarə altında

  • © REUTERS / Francois Lenoir

    Brüsseldə qadın isti gündə itini fəvvarədə cimizdirir

  • © AP Photo / Thibault Camus

    Qızlar Parisdə fəvvarədə sərinlənirlər

  • © AP Photo / Jens Meyer

    İnsanlar Erfrutda bağçılıq sərgisində qamaklarda dincəlirlər

  • © AFP 2019 / Robin Utrecht/ANP

    Nordveyk çimərliyində insanlar dincəlirlər

  • © AP Photo / Alvaro Barrientos

    İspaniyada insanlar fəvvarədə sərinləyirlər

  • © AP Photo / Peter Kneffel/DPA

    Almaniyada uşaq çayda çimir

  • © AFP 2019 / Alberto Pizzoli

    Turistlər Romanın küçəsində

  • © AFP 2019 / Joe Klamar

    Vyanada katamaran həvəskarları

  • © AFP 2019 / Kenzo Tribouillard

    Qız Parisdə fəvvarədə çimir

  • © AFP 2019 / Kenzo Tribouillard

    Parisin isti yay günündə qız Sena çayının sahilində

  • © AFP 2019 / Roland Weihrauch/DPA

    Gelzenkirhen zooparkında ağ ayı

  • © AFP 2019 / Ina Fassbender

    Essendə qız hovuza tullanır

  • © AP Photo / Petr David Josek

    Praqada mərkəzi meydanda insanlar su şırnağı altında sərinləyirlər

  • © REUTERS / Nikolai Linares/Ritzau Scanpix

    Kopenhagendə qadın uşağı ilə çimərlikdə

  • © AFP 2019 / Hauke-Christian Dittrich/DPA

    Hannoverdə insanlar hovuzda dincəlirlər

  • © AFP 2019 / Valery Hache

    Turistlər Nitsada selfi zamanı