Bakıda səfillərin son sığınacağı

9270
(Yenilənib 16:45 09.01.2019)
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağının sakini Vəkalət
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Sığınacağın sakini Vəkalət
  • Sığınacağın sakini Vəkalət
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
Səfil həyat tərzi keçirən insanların yaşadıqları "hostel"dən dəhşətli görüntülər

Murad Orucov, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı insanda dəhşətli hisslər oyadır. Sputnik Azərbaycan-ın fotomüxbiri insan sağlamlığı üçün riskli olan həmin sığınacağa gedib və oradan təsirli kadrları fotokamerasının yaddaşına köçürüb.

Xatırladaq ki, 2018-ci ilin mayında, məhz bu ünvanda Gəncə şəhərinin 1957-ci il təvəllüdlü sakini Quliyev Adil İbrahim oğlu vəfat etmişdi. "Hostel" deyilən həmin yerdə kişi günə 2-3 manat verərək yaşayırmış. Səhəri gün morqa 150 min manat qiyməti olan "Audi" markalı avtomobillə bir kişi gəlib. O, işçilərə özünü təqdim edərək Quliyev Adilin oğlu olduğunu deyib və atasının meyitini dəfn etmək üçün aparmağa gəldiyini bildirib. O vaxtlar həmin tarixçə çoxlu səs-küyə və rezonansa səbəb olmuşdu. Və ictimaiyyətin diqqətini evsiz insanlara yönəltmişdi.

Əldə etdiyimiz məlumatlara görə, yerli sakin olan bir qadın sözügedən gecə sığınacağını günü 1-2 manata evsiz insanlara, eləcə də "Yaşıl bazar"ın rayondan gəlmiş və qalmağa yeri olmayan işçilərinə kirayəyə verir. Bunun üçün o, evinin zirzəmisində it damına bənzəyən otaqlar düzəltdirib və orada evsiz insanlar qalır.

Antisanitariyanın hökm sürdüyü, yaşayış üçün lazım olan adi şeylərin belə, olmadığı zirzəmidə səfillər çirkli döşəklərdə gecələyirlər. Çünki ilin soyuq vaxtlarında bu yer onlar üçün ən uyğun sığınacaq sayıla bilər.

Burada gecələyənlərdən biri respublika regionlarının birindən iş tapmaq üçün paytaxta gəlmiş Vəkalət adlı şəxsdir. Daimi iş yeri tapmadığından, o, burada gecələməli olub. İndi Vəkalət hər gün sözügedən zirzəmiyə aparan pilləkənin üstündə oturaraq gəlib-gedənləri seyr edir və bu çirkli sığınacaqda yaşayır.

Sığınacağın digər sakinləri müvəqqəti işlərdə işləyirlər. Məsələn, avtoyuyucuda maşın yuyur, yük daşıyır və qara fəhləliklə məşğul olurlar.

Hüquq-mühafizə orqanlarının işçiləri deyirlər ki, bu hostel bir çox insanın son sığınacağı olub. Buranın sakinlərini çox vaxt buradan birbaşa Patoloji Anatomiya Birliyinə (morqa) aparmalı olurlar. Ona görə də, gecə sığınacağının sahibi olan qadını polislər öz aralarında "insanı ruha çevirən qadın" adlandırırlar.

Yeri gəlmişkən, pullu gecə sığınacağının sahibi İ.M. ora gedən jurnalistlərə yumruq silkələyərək onları söyüb qovub. Lakin həmin vaxt müxbirimiz lazımi şəkilləri artıq çəkibmiş. Deyilənə görə, qadın səfillərdən onlara sığınacaq verdiyi üçün pul almadığını, əksinə, onları yeməklə təchiz etdiyini iddia edir.

"Hostel"in daimi sakinləri olan səfillər və qonşuluqda yaşayan insanların dediklərinə görə, həmin qadın daimi sakinləri günə 1 manata, "Yaşıl bazar"ın müvəqqəti işçisi olan fəhlələri isə günü 2-3 manata öz "hostel"ində saxlayır.

9270
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağının sakini Vəkalət
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağının sakini Vəkalət

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Sığınacağın sakini Vəkalət
    © Sputnik / Murad Orujov

    Sığınacağın sakini Vəkalət

  • Sığınacağın sakini Vəkalət
    © Sputnik / Murad Orujov

    Sığınacağın sakini Vəkalət

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
    © Sputnik / Murad Orujov

    Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

Teqlər:
sakin, səfil, Nərimanov rayonu, Bakı
Əlaqədar
Azərbaycan konsulluğu Los-Ancelesdə səfillərə isti yemək payladı
"Səfillər"in atası
Görün internet səfilin həyatını necə dəyişdi

Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu

46
(Yenilənib 16:49 25.07.2021)
Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən kentə köçürülüb. Ən parlaq kadrlara Sputnik Azərbaycan-ın fotolentində baxın.

Təbii fəlakətlər, pandemiya əleyhinə tədirlərə qarşı etirazlar, Kann kinofestivalı, Qurban bayramı, MAKS-2021 beynəlxalq aviasalonu, dünyada ilk pilotsuz suborbital uçuş zamanı New Shepard Blue Origin raketinin buraxılışı və əlbəttə ki, Tokio Olimpiadasının açılışı - son günlər hadisə və olaylarla zəngindir.

Tokio Olimpiadasının açılışını düz bir il gözləmək laızm gəldi.

Həftənin ən şokedici hadaislərindən isə Haiti prezidentinin qətlə yetirilməsini göstərmək olar.

Ötən həftə dünyada nə baş verdiyini görmək üçün sizə dünyanın müxtəlif yerlərindən toplanmış şəkillərə baxmağı sizə təklif edirik.

46
  • © AFP 2021 / Gent Shkullaku

    Albaniya müsəlmanları Tiranadakı İskəndər bəy meydanında Qurban bayramı namazı zamanı.

  • © AP Photo / Bryan Daniels / Bootleg Fire Incident Command

    Ayı balası ABŞ-ın Oreqon ştatında Butleq yanğınında təhlükəsizlik zabiti onu gördükdən sonea ağacdan tutur.

  • © AFP 2021 / Armend Nimani

    Kosovonun Priştina şəhərinin su basmış meydanında qarmaq atan kişi.

  • © REUTERS / Blue Origin

    Biznesmen Ceff Bezos və pilot Uolli Fank New Shepard Blue Origin raketində uçuşdan sonra kapsuldan çıxırlar.

  • © AP Photo / Michael Probst

    Solda Almaniyanın Erfştadt-Blessem ərazisində zərər dəymiş qəsr.

  • © AFP 2021 / Valerie Baeriswyl

    Haitili rəqqaslar ölkənin keçmiş prezidenti Jovanel Moizin dəfn mərasimində çıxış edirlər.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Kolumbiyanın Medelyin əyalətində nümayişçilərin polislə toqquşması.

  • © AFP 2021 / Arif Ali

    Pakistanın Lahor şəhərində Badşahi məscidində Qurban bayramı namazından sonra selfi çəkdirənlər.

  • © AFP 2021 / Str / JIJI Press

    Yaponiyanın "mé" art-qrupu tərəfindən yaradılmış hava şarı Tokionun Yoyogi parkı üzərində.

  • © AP Photo / Matias Delacroix

    Haitinin Port-o-Prens şəhərində xoruz döyüşləri.

  • © REUTERS / Ricardo Arduengo

    Haitinin Kap-Aityen şəhərində ərzaq satıcıları.

  • © AP Photo / Damian Dovarganes

    Los-Ancelesin Echo-Park rayonunda Sanset bulvarında lourayder üçtəkərli avtomobil sürür.

  • © REUTERS / Antara Foto / Raisan Al Farisi

    İndoneziyanın Qərbi Yava əyalətindəki Bandunq şəhərində Qurban bayramı namazı.

  • © REUTERS / Pascal Rossignol

    Azadlıq heykəli kostyumunda olan nümayişçi Parisdə prezident Emmanuel Makron tərəfindən elan olunmuş koronavirusla yeni mübarizə metodlarına qarşı aksiyada.

  • © AP Photo / Yorgos Karahalis

    Yunan polisi Afinanın mərkəzində vaksinasiya əleyhinə etiraz edənləri qözyaşardıcı qazla qovur.

  • © REUTERS / Johanna Geron

    Amanda Ford və Barbara Vittorelli 74-cü Kann kinofestivalında.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 aviasalonunda pilotaj qrupu MiQ-29 təyyarələrində yay proqramını yerinə yetirirlər.

  • © Sputnik / Evgeny Biyatov

    Rusiyada Dövlət Kreml sarayında peşəkarlar arasında Latın Amerikası rəqsləri üzrə Dünya kubokunun iştirakçıları.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 avisalonunda Checkmate yeni hərbi təyyarəsinin təqdimatı.

  • © AP Photo / Oded Balilty

    İsrailli ərəblər Qurban bayramı zamanı Qan-Ha-Şloşa milli parkında.

  • © REUTERS / Amir Cohen

    Qüdsdə milli matəm günündə yəhudilər Ağlama Divarı önündə.

  • © AP Photo / Michael Probst

    İki qız Almaniyanın Travemyund şəhərində Baltik dənizin çimərliyində xüsusi hazırlanmış şezlonqda.

  • © AFP 2021 / Prakash Singh

    Hindistan Konqres partiyasının üzvləri Dehlidə təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıblar.

  • © Sputnik / Alexey Filippov

    Tokioda XXXII Yay Olimpiya oyunlarının açılışı zamanı atletlərin paradı.

  • © Sputnik / Grigory Sysoev

    Yapon Mahina Mazda Tokio Yay Olimpiya oyunları ərəfəsində məşq edir.

Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimindən rəngarəng görüntülər

39
(Yenilənib 10:30 24.07.2021)
  • Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi
Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. Məramsindən çəkilmiş parlaq şəkillərlə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiz.

İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib. Əsas idman forumunun hələ 2020-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası üzündən tədbir məcburən təxirə salındı. Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək. Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib. Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib. Sorğuların nəticələrinə görə, Yaponiya əhalisinin 80%-ə qədəri Olimpiadanın keçirilməsinin əleyhinədir.

Parad zamanı Yaponiya Milli Olimpiya Stadionunun meydanına çıxan ilk komanda Olimpiya Oyunlarının əcdadı sayılan Yunanıstan komandası olub. Yunanlıların ardınca meydana qaçqın komandası daxil olub. Daha sonra islandlar və irlandlar, ardınca isə Azərbaycan komandası. Azərbaycan yığmasının bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Komandaların çıxışının qeyri-adi tərəfi nümayəndə heyətlərinin meydana yapon əlifba sırası ilə daxil olması idi. 

Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 

Paradın əvvəlində iştirakçılar koronavirus pandemiyasının qurbanlarının hamısını bir dəqiqəlik sükutla yad ediblər.

Açılış mərasiminə paralel olaraq, stadiondan bir az aralıda, Tokioda Olimpiya Oyunlarının keçirilməsinə qarşı etiraz aksiyası olub. Yaponiya paytaxtının sakinləri, yarışmanın ölkədə koronavirusa yoluxma hallarının artdığı bir vaxtda keçirilməsindən narazıdır. Stadiondakı çıxışlar arasındakı fasilələrdə etirazçıların qışqırıq səsləri eşidilib.

Azərbaycan Tokio-2020-də
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

39
  • © AFP 2021 / LIONEL BONAVENTURE

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AFP 2021 / POOL / LEON NEAL

    İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib.

  • © REUTERS / EDGAR SU

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AFP 2021 / MARTIN BUREAU

    Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək.

  • © AFP 2021 / CHARLY TRIBALLEAU

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © REUTERS / MIKE BLAKE

    Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

  • © REUTERS / MARKO DJURICA

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / Lee Jin-man

    Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 

  • © REUTERS / STEFAN WERMUTH

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi
    © REUTERS / MIKE BLAKE

    Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi.

  • © AP Photo / David J. Phillip

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / Kantaro Komiya

    Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib.

  • © AP Photo / Petr David Josek

    Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib.

  • © AP Photo / POOL / Leon Neal

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

  • © AP Photo / David J. Phillip

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.

Baş Prokurorluq vəzifəlilərdən pul tələb edən şəxslər barəsində məlumat yayıb

0
Özlərini jurnalist kimi qələmə verən daha bir reket qrupu ələ keçib. Onlar Tovuz rayon sakinlərini hədələyirmişlər.

BAKI, 26 iyul — Sputnik. Özünü “Şəhidlik uğrunda” qəzetinin təsisçisi kimi təqdim edən Vüqar Abbasovun və “Korrupsiyaya Son” qəzetinin redaktoru kimi təqdim edən İbrahim İsmayılovun Tovuz rayonunda müxtəlif vəzifəli şəxslərə müraciət edərək onlardan müxtəlif bəhanələrlə pul istəmələri, tələblərini rədd edən şəxslərə hədə-qorxu gələrək onları təhqir etmələri barədə məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yoxlama nəticəsində toplanmış sübutlar əsasında Vüqar Abbasova prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, İbrahim İsmayılovun barəsində isə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib, məhkəmə qərarı ilə barəsində inzibati həbs tənbehi tətbiq edilib.

Baş Prokurorluq bu kimi qanun pozuntularına yol verən şəxslərə barələrində sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir, eyni zamanda vətəndaşları bu cür şəxslərə qarşı ayıq sayıq olmağa çağırır.

Hərbi hissə rəhbərliyini şantaj edən reket qrupu

İyulun 23-də "Ltv 7" xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaq zamanı müəyyən edilib ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, "Ltv 7" internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.

Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

"Ltv 7" internet kanalının əməkdaşlarının cinayət əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun "961" qaynar xəttinə və İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13).

Qeyd edək ki, iyul ayının 12-də "www.sheffaf.az" xəbər portalının baş redaktorunun 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olan şikayət əsasında müəyyən edilib ki, xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv" və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb. Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun:

* DTX "reketçilikdə" ittiham olunan baş redaktorla bağlı məlumat yayıb

DTX vətəndaşları şantaj edən “jurnalisti” həbs etdi

Ordumuzun zabitlərini şantaj edən jurnalistlər tutuldu - VİDEO

"Reket" nəşrlər yaratmaqla ittiham olunan baş redaktorun məhkəməsi keçirilib

Bakıda reket jurnalistlər rüşvət aldıqları yerdə tutuldular

0