Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti son mənzilinə yola salındı - Təsirli görüntülər

Abunə olmaq
Fəxri xiyabanda deyil, məhz "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilməsi Xalq artistinin öz istəyi əsasında olub

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Noyabrın 8-i səhər saatlarında dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova bu gün dəfn olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, aktrisa "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı Yusif Muxtarovun yanında torpağa tapşırılıb.

Akademik Milli Dram teatrında keçirilən vida mərasimindən sonra baş tutan dəfn mərasimində aktrisanın yaxınları, ailə üzvləri ilə yanaşı, qohum və qonşuları, o cümlədən tanınmış sənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun ruhuna dualar oxunub, məzarı üstünə əklillər qoyulub.

Amaliya Pənahova və Hüsniyyə Mürvətova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Onun belə xəstə olduğunu bilmirdik..."

Vida və dəfn mərasimlərində aktrisanın yaxınları Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətlərində öz xatirələrini bölüşüblər.

Tanınmış aparıcı Hacı Nuran əvvəldən aktrisanın xəstəliyindən xəbərdar olduğunu deyib: "Xəstəliyi haqda mənə demişdi. Bir gün zəng edib, xərçəng olduğunu dedi. Bu xəbər onu çox üzmüşdü. Deyirdi ki, bu məlumatı sirr saxlayım. Kimsəyə deməməyim üçün dönə-dönə xahiş edirdi. Sənədlərini mənə vermişdi ki, həkimim baxsın".

"Həkimim isə, baxdıqda vəziyyətinin çox ağır, müalicəyə görə çox gecikmiş olduğunu söylədi. Həkimin rəyi ilə bağlı Amaliya xanıma nəsə deməliydim. O, məndən cavab gözləyirdi. Cavabı deməmək üçün yayınırdım. Axı necə deyə bilərdim ki, müalicəsi yoxdur?" — H.Nuran bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, A.Pənahova müalicəsini davam etdirir, davamlı kimyaterapiya alırmış: "Ümidlə yaşayırdı. Müalicəsini müxtəlif xarici ölkələrdə də davam etdirirdi. Artıq son günlərini yaşadığını bilirdik. Çünki xəstəlik daha da irəliləyirdi. Və xəstəxanada gözlərini yumdu".

Müsahibimizin yaddaşına həkk olunan son xatirələrdən biri də Xalq artistinin yubley tədbiri olub: "Heydər Əliyev Sarayında keçirilən yubley tədbiri indi də xatirimdən çıxmır. Sarayda boş yer qalmamışdı. Onu bu qədər sevən var deyə çox kövrəlmişdi. O, hər zaman yaddaşımda gözəl bir insan kimi qaldı".

A.Pənahovanın oğlu İlqar Muxtarov da bildirib ki, anası öz xəstəliyi barədə heç vaxt danışmaq istəməyib: "Xəstəliyi haqda heç zaman danışmaq, belə yadda qalmaq istəmirdi. O səbəbdən anamın xəstəliyindən danışmaq istəmirəm, bu, məni çox incidir. O, hər zaman gülərüz yadda qalmasını istəyirdi".

Aktrisanın qızı da bu mövzu haqda danışmaqdan imtina edib: "Bu haqda danışmaq mənim üçün çox çətindir. Danışa bilmirəm, üzrlü bilin".

Yaxınlarından öyrəndiyimizə görə, Fəxri xiyabanda deyil, məhz "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilməsi Xalq artistinin öz istəyi əsasında olub.

Qeyd edək ki, dəfndən sonra Heydər Məscidində mərhum üçün yas və ehsan mərasimi təşkil olunub. Sabah həmin məsciddə 3 mərasimi olacaq.

Xatırladaq ki, A.Pənahova dünən səhər saatlarında dünyasını dəyişib. O, son iki ildə ağciyər xərçəngindən əziyyət çəkirmiş

Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub. 1964-cü ildən teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Sevilən rolları sırasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Larisa, Ofeliya, Linzanı qeyd etmək olar.

В Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Nargilə", "Xurşudbanu", "Nərmin"lə vidalaşıldı

O, 1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında adı türk dünyasının altı populyar aktyoru sırasında qeyd olunub.

Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fond"unda saxlanılır. Onlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını (BBT) yaradıb və ömrünün sonunadək bu teatra bədii rəhbərlik və direktorluq edib.

A.Pənahova 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MM-in sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri olub.

© Sputnik / Murad OrujovXalq artisti Amaliya Pənahovanın vida mərasimi
Xalq artisti Amaliya Pənahovanın vida mərasimi - Sputnik Azərbaycan
1/23
Xalq artisti Amaliya Pənahovanın vida mərasimi

2/23

3/23

4/23

5/23

6/23

7/23

8/23

9/23

10/23

11/23
Xalq artisti Amaliya Pənahovanın vida mərasimi
© Sputnik / Murad OrujovXalq artisti Amaliya Pənahovanın dəfn mərasimi
Xalq artisti Amaliya Pənahovanın dəfn mərasimi - Sputnik Azərbaycan
12/23
Xalq artisti Amaliya Pənahovanın dəfn mərasimi

13/23

14/23

15/23

16/23

17/23

18/23

19/23

20/23

21/23

22/23

23/23

Xəbər lenti
0