Cənub bölgəsində meyvə yığımından maraqlı fotolar

273
(Yenilənib 23:33 23.10.2018)
  • Astarada sitrus bağları
  • Astarada sitrus bağları
  • Astarada sitrus bağları
  • Astarada sitrus bağları
  • Astarada sitrus bağları
  • Astarada naringi yığımı
  • Feyxoaların yeşiklərə yığımı
  • Satışa göndərilən feyxoa
"Misal üçün, 20 ağacdan yarısında meyvə var, yarısında yoxdur"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Artıq bir neçə gündür ki, Astara sitrus bağlarında meyvə yığımı başlayıb. Rayonun Kijəbə qəsəbə sakini Seyidnisə Babayeva 2 həftəyə yaxındır naringi yığımına başladıqlarını Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib.

Meyvə yığımının başlanılmasına baxmayaraq, fermerlər məhsuldarlıqdan xeyli narazıdırlar: "Bu il naringidə çox əziyyət çəkdik. Çox xərc qoyduq, amma ucuz qiymətə satırıq. Naringi ağaclarında xəstəliklər çox oldu, yastıcalar daraşmışdı. Məhsuldarlıq bu il çox aşağıdır. Onun da səbəbi yayın quraqlıq keçməsi oldu. Çiçəklənmə dövründə ağacların çoxunda çiçəklər töküldü. Misal üçün, 20 ağacın yarısında meyvə var, yarısında isə yoxdur".

Müsahibimizin dediyinə görə, hər məhsuldar ağac ildə 35-40 kiloqram meyvə verdiyi halda, bu il 10-20 kiloqramdan artıq naringi götürmək mümkün olmayıb: "İndi də xaricdən gətirilən və tez yetişən "Karlik" naringi sortunun yığımını aparırıq. Yerli sortu isə noyabr ayının axırlarında dərəcəyik. Naringilərimiz ancaq daxili bazarlarda — Bakıda, Lənkəranda, Gəncədə və s. şəhərlərdə satılır".

S.Babayeva bu il məhsulun qiymətinin çox aşağı olmasını da qeyd edib: "Qiymətlər də çox aşağıdır. Keçən il naringinin topdansatış qiyməti 1 kiloqram üçün 80 qəpik idisə, bu il 50 qəpiyə sata bilirik".

Kijəbə qəsəbəsini digər sakini İlyas Qənbərov isə oxşar vəziyyətin feyxoa bağlarında da hökm sürdüyünü bildirib: "30 sot həyətyanı sahəm var, amma bu sahədən bu il çox az məhsul toplaya bildim. Yayda quraqlıq bağlarımıza çox mənfi təsir elədi. Quraqlıq vaxtı ağacları suvara bilmədik, yalnız ümidimiz yağışlara qaldı. Yağışlar gec yağdı və digər sitrus ağaclarında olduğu kimi feyxoada da çiçəklənmə dövründə əksər ağacların çiçəkləri töküldü. Suvarmadan da istifadə edə bilmirik".

İ.Qənbərov suvarma sisteminin bərbad vəziyyətdə olmasından da gileylənib: "Sovet vaxtı qurulmuş sistemdir. Bütün borular çürüyüb, dağılıb, su nasosu yoxdur. İndi həmin suvarma sisteminin yenilənməsinə böyük ehtiyac var ki, sahələrə su verə bilək. Ona görə də hər il öz həyətyanı torpaq sahəmdən 5 ton feyxoa yığırdımsa, bu il cəmi 2 tona yaxın feyxoa toplaya bilmişəm".

O məhsulun azlığının qiymətlərə də təsir etdiyini vurğulayıb: "Keçən il kilosunu 1 manat 50 qəpik, 2 manata satırdıqsa, bu il isə ölçüsünə görə irilərini 50 qəpiyə, xırdalarının kilosunu isə 30 qəpiyə satırıq".

İlyas Qənbərov məhsullarını yalnız daxili bazarlarda sata bildiklərini də dilə gətirib. Onun sözlərinə görə, Rusiya Federasiyasına sitrus meyvələri buraxılmadığı üçün öz məhsullarını ancaq Bakı, Qazax, Lənkəran və sair şəhərlərdə satırlar.

273
  • Astarada sitrus bağları
    © Sputnik / Rahim Zakiroğlu

    Astarada sitrus bağları

  • Astarada sitrus bağları
    © Sputnik / Rahim Zakiroğlu

    Astarada sitrus bağları

  • Astarada sitrus bağları
    © Sputnik / Rahim Zakiroğlu

    Astarada sitrus bağları

  • Astarada sitrus bağları
    © Sputnik / Rahim Zakiroğlu

    Astarada sitrus bağları

  • Astarada sitrus bağları
    © Sputnik / Rahim Zakiroğlu

    Astarada sitrus bağları

  • Astarada naringi yığımı
    © Sputnik / Murad Orujov

    Astarada naringi yığımı

  • Feyxoaların yeşiklərə yığımı
    © Sputnik / Rahim Zakiroğlu

    Feyxoaların yeşiklərə yığımı

  • Satışa göndərilən feyxoa
    © Sputnik / Rahim Zakiroğlu

    Satışa göndərilən feyxoa