İlin ən gözəl qadını müəyyən edildi - FOTOLENT

403
(Yenilənib 10:47 20.04.2018)
  • Американская певица Пинк
  • Певица Пинк на церемонии вручения American Music Awards 2017 в Лос-Анджелесе
  • Обложка специального выпуска журнала People с певицей Pink
  • Pink performs Wild Hearts Can't Be Broken at the 60th annual Grammy Awards at Madison Square Garden on Sunday, Jan. 28, 2018, in New York
  • Американская певица Пинк с семьей
  • Американская певица Пинк
  • Американская певица Пинк
  • Американская певица Пинк
  • Американская певица Пинк
  • Американская певица Пинк
  • Американская певица Пинк
  • Американская певица Пинк
  • Американская певица Пинк
  • Выступление американской певицы Пинк
Hər il Amerikanın "People" jurnalı ilin ən gözəl qadınını seçir

Amerikalı müğənni Alişa Bet Mur (daha çox Pink adı ilə məşhurdur) populyar "People" jurnalının versiyasına görə, ilin ən gözəl qadını olub və şəkli jurnalın xüsusi buraxılışının üz qabığına çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, hər il Amerikanın "People" jurnalı ilin ən gözəl qadınını seçir. 2018-ci ildə bu ada 38 yaşlı müğənni Pink layiq görülüb. Qremmi (Grammy) mükafatının sahibi olan Pinkin uşaqları — oğlu Ceymson və qızı Uillou ilə birlikdə çəkdirdiyi şəkil jurnalın xüsusi buraxılışının üz qabığında yer alıb. Pink etiraf edir ki, o, pop ulduzu ola bilər, amma söhbət analıqdan gedəndə, tələsməməyi üstün tutur.

Ümumilikdə, jurnalın reytinqinə 70-dən artıq qadın və 5 kişi düşüb. Onların arasında aktrisalar Qal Qadot (Gal Gadot), İssa Rey, Meqan Mallalli (Megan Mullally), şahzadə Harrinin gəlini Meqan Markl (Rachel Meghan Markle), tennisçi Serena Uilyams, repçi Dreyk, fiqurlu konkisürən Adam Rippon və başqaları var.

403
  • Американская певица Пинк
    © AFP 2020 / Valery Hache

    Amerikalı müğənni Pink.

  • Певица Пинк на церемонии вручения American Music Awards 2017 в Лос-Анджелесе
    © AP Photo / Jordan Strauss/Invision

    Amerikalı müğənni Pink.

  • Обложка специального выпуска журнала People с певицей Pink

    "People" jurnalın üz qabığı.

  • Pink performs Wild Hearts Can't Be Broken at the 60th annual Grammy Awards at Madison Square Garden on Sunday, Jan. 28, 2018, in New York
    © AP Photo / Invision/Matt Sayles

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк с семьей
    © AP Photo / Richard Shotwell/Invision

    Amerikalı müğənni Pink ailəsi ilə.

  • Американская певица Пинк
    © AP Photo / Yui Mok/PA

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк
    © AFP 2020 / Valerie Macon

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк
    © AP Photo / Joel Ryan

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк
    © AFP 2020 / Pool/ Arno Burgi

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк
    © AFP 2020 / Timothy A. Clary

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк
    © AFP 2020 / Pierre Andrieu

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк
    © AFP 2020 / Frederic J. Brown

    Amerikalı müğənni Pink.

  • Американская певица Пинк
    © AFP 2020 / Jim Watson

    Amerikalı müğənni Pink.

  • Выступление американской певицы Пинк
    © AFP 2020 / Robyn Beck

    Amerikalı müğənni Pink.

Teqlər:
"People" jurnalı, Pink, Alişa Bet Mur, gözəl, müğənni, qadın
Əlaqədar
Dünyanın ən gözəl qadını bu ölkədə yaşayır
Beşinci dəfə dünyanın ən gözəl qadını seçilən aktrisa
Dünyanın ən gözəl ikinci qadınını sadəcə bu müğənni arxada qoydu
O, dünyanın ən gözəl qadını seçildi

Paytaxt Bakıda Laçının azad edilməsi ilə bağlı yürüş olub

33
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu 28 il sonra geri qaytarılıb.

Bakı şəhərində Laçın rayonunun erməni işğalından azad edilməsi ilə bağlı yürüş keçirilib.

Yürüş Prezident İlham Əliyevin xalqa müraciəti bitdikdən sonra 2 marşrut üzrə baş tutub.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə avtomobillər 20 nömrəli məktəbin qarşısından Şəhidlər Xiyabanına, Azneft meydanı, Bakı Şəhər İcra Hakimiyyəti, şəhərin mərkəzi küçələrinə, digər maşınlar isə Su İdman sarayından Hökumət evi, sonra da mərkəzi küçələrə yollanıblar.

33
  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

Suqovuşana həyat qayıdır - FOTO

111
(Yenilənib 20:18 30.11.2020)
Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.

 

ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.

 

111
  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

Teqlər:
fotolent, ANAMA, yol, Azərbaycan, Qarabağ, Tərtər, Suqovuşan
Вышка командно-диспетчерского пункта аэродрома аэропорта в населённом пункте Ходжалы, фото из архива

Xankəndi limanı: Sülhməramlıdan mülki təyinatadək

0
Üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib.

 

BAKI, 3 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatı mürəkkəb logistikası ilə fərqlənir. Xankəndindəki aerodromun bərpası və modernləşdirilməsi Rusiya HKQ-nin hərbi-nəqliyyat təyyarələrini qəbul etməyə imkan verəcək, yeni əməliyyat imkanları yaradacaq, qoşun birləşməsinin təchizatının bir çox problemlərini həll edəcək.

Qarabağı Ermənistan ilə yalnız eni 5 kilometr olan Laçın dəhlizi birləşdirir. Yola Ruisya sülhməramlıları nəzarət edirlər, amma yenə də bu yol bölgədə mümkün gərginləşmə halında ciddi təhlükə altında olacaq. Perspektivdə yeni yolun (dəhlizin) tikintisi və Laçın şəhərinin Azərbaycana təhvil verilməsi var. Lakin insanların və yüklərin operativ daşınmasına artıq bu gün ehtiyac var.

Xankəndindən Yerevana (Erebuni aviabazası, Zvartnos hava limanı) avtomobil yolu 320 km-dir. Əməliyyatın ilk günlərində sülhməramlılar Xankəndinə bu marşrutla gedirdilər. Sonra (noyabrın 28-dən) yeni marşrut ortaya çıxdı: Rusiyadan gələn yük və texnika dolu vaqonlar Azərbaycanın Bərdə dəmiryolu stansiyasına gəlir və buradan avtomobillərlə təxminən 100 km-lik Bərdə-Ağdam-Xankəndi marşrutunu qət edir. Bu marşrutla da məsafə uzaqdır.

Dağlıq Qarabağın şəraitində bölmələrin, yüklərin və texnikanın operativ şəkildə yüz kilometrlərlə məsafəyə çatdırılması mürəkkəb qoşun əməliyyatına çevrilir. İldə iki dəfə sülhməramlı qruplaşmanın şəxsi heyəti rotasiya edilməlidir. Bölgədə vəziyyətin gərginləşməsi əlavə qüvvə və vəsait tələb edə bilər. Xankəndi şəhərinin 9 kilometrliyində hava limanı var və o nəzəri olaraq ağır hərbi-nəqliyyat aviasiyasını qəbul edə bilər. Burada uçuşlar 1990-cı illərin əvvəllərində hərbi əməliyyatlara görə dayandırılıb. Hava limanının infrastrukturu 2020-ci ilin sentyabr və oktyabrında Azərbaycanın raket zərbələri nəticəsində zərər görüb, lakin uçuş-enmə zolağının (UEZ) uzunluğu 2200 metrdir. Yerli relyef lazım gələrsə, zolağın uzunluğunu 1 000 metr artırmağa və yanında ikincisini tikməyə imkan verir. Xankəndi yaxınlığındakı hava limanının bərpası və modernləşdirilməsinin qiyməti yaxından baxdıqda uzun illik uzaq məsafəyə uçuşlardan, nəhəng vaxt və qüvvə xərclərindən baha olmaya bilər. Hava limanı həmçinin mülki yüklərin daşınması üçün logistik mərkəz və perspektivdə Dağlıq Qarabağın iqtisadi inkişafının vacib tərkib hissəsi ola bilər.

Uzaq və təhlükəli yol

Rusiyalı sülhməramlılar 23 müşahidə postunda 24 saat Dağlıq Qarabağdakı atəşkəs rejiminə nəzarət edirlər, Laçın dəhlizi ilə əhalinin və avtonəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edirlər. Noyabrın 14-dən 30 minədək qaçqın öz evinə qayıdıb. Bölgədə fəal şəkildə rusiyalı istehkamçılar, hərbi həkimlər, FHN əməkdaşları işləyirlər.

Sülhməramlı qüvvələrin həll olunması daimi mobillik tələb edir. Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan razılaşmasının əsasında Moskvayla Bakı arasında imzalanmış xüsusi protokol Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılmasını nəzərdə tutur. Aydındır ki, bu sənəd nəinki yerdəki, həm də səmadakı qadağaları da götürür. Söhbət Xankəndi hava limanına uçuşlardan gedir. Rusiyadan birbaşa reys bir çox logistika və təchizat problemlərini aradan qaldırardı, 15-ci sülhməramlı briqadanın qoşun birləşməsi üçün yeni əməliyyat imkanları yaradardı.

Daha əvvəl Gürcüstan Azərbaycan və Ermənistanın xahişi ilə öz hava məkanını Yerevana uçuş həyata keçirən Rusiya hərbi-nəqliyyat aviasiyası üçün açmışdı. Oradan yüklər quru uzaq yolla Xankəndinə daşınırdı. İndi bölgənin səmasını tam açmağın əsl vaxtıdır. Bu, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına yol çəkilməsi layihəsinə də fayda verə bilər.

Bağlı səma

Xankəndi hava limanı 2012-ci ildə artıq təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Lakin bu, Bakının əks-reaksiyasına görə baş vermədi. Lakin üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib. Uçuşların təhlükəsizliyinə yenidən baxmaq və qadağaları götürmək vaxtıdır. Həm də Ermənistanla Azərbaycan bu məsələdə bir-birilərinə borclu qalmırlar: Bakıdan Naxçıvana reyslər Ermənistan üzərindəki beynəlxalq dəhlizlərdən keçir və erməni aviaşirkətləri də Azərbaycan səmasındakı beynəlxalq səviyyədə qorunan hava koridorlarından istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında deyib: "Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik".

Bu sözlər ümid verir. Əgər bu yüksək dağlıq ərazidəki hava limanı tezliklə işə başlasa, bu regional sülhə və təhlükəsizliyə fayda verəcək.

0
Teqlər:
Rusiya, sülhməramlılar, Dağlıq Qarabağ, hava limanı, Xankəndi