Cənub bölgəsində təhlükəli vəziyyət yaranıb, sakinlər narahatdır

492
(Yenilənib 11:40 12.01.2018)
  • Lənkəran-Lerik yolunun sürüşmə təhlükəsi olan hissəsi

İki rayonu birləşdirən yeganə yol sürüşür

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Lənkəran-Lerik yolunun bir neçə hissəsində sürüşmə təhlükəsi meydana çıxıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, Lənkəran-Lerik yolunda torpaq sürüşməsi halları tez-tez baş verir.

Sözügedən yolda, hətta quraq havalarda belə, torpaq qatının və daşların töküldüyünü görmək olar. Ərazidə yağışlı-qarlı havalarda torpaq sürüşməsi daha tez-tez olur. Yolun hərəkət hissəsinə dağlardan gələn torpaq, gil, daş, hətta qaya parçaları tökülür. Nəticədə də hər iki istiqamətdə hərəkət edən avtomobillər üçün çətinliklər yaranır. 

Yerli sakinlərin dediklərinə görə, bu hallar yay aylarına kimi davam edir. Sürücülər ərazidə avtomobillərini ehtiyyatla idarə etdiklərini deyirlər. Sürüşmə baş verən zamanlarda isə saatlarla yolun təmizlənərək açılmasını gözləyirlər.

Hazırda yolun bir neçə hissəsində torpaq sürüşməsini müşahidə etmək olur. Qış mövsümü olduğundan vəziyyət daha təhlükəli hal almağa başlayıb. Yağışların intensivləşərsə və qar yağarsa, torpaq şürüşməsinin daha da aktivləşməsi ehtimalı var və sakinlər də bundan narahatdırlar.

Məlumat üçün bildirək ki, Lənkəran-Lerik yolu iki rayonu birləşdirən yeganə magistral yoldur. Mütəmadi olaraq aidiyyatı qurumların əməkdaşları tərəfindən yolun təmizlənilməsi işləri görülsə də, güclü yağış və qar yağan zaman sürüşmə yenidən aktivləşir.

492
  • Lənkəran-Lerik yolunun sürüşmə təhlükəsi olan hissəsi
    © Sputnik / Rahim Muradov

    Lerik rayonunun girişi.

  • Lənkəran-Lerik yolunun sürüşmə təhlükəsi olan hissəsi
    © Sputnik / Rahim Muradov

    Lənkəran-Lerik yolunun sürüşmə təhlükəsi olan hissəsi.

Teqlər:
yağış, avtomobil, torpaq, sürücü, qar, torpaq sürüşməsi, yay, Lənkəran-Lerik yolu, qış, daş, qaya, sürüşmə təhlükəsi
Əlaqədar
Bu ərazilərdə sürüşmə zonaları aktivləşib
İstanbulda təhlükəli torpaq sürüşməsi olub — FOTOLAR
Bakını böyük fəlakət gözləyir: 8-12 ballıq zəlzələ, sürüşmə və ...
Bu bölgədə sürüşmə davam edir: insanlar evlərini tərk edirlər
Torpaq sürüşdü, uşaqlar altında qaldı
Bakı-Şamaxı yolunda yeni sürüşmə zonası əmələ gəlib

Ürəklərə həkk olunan portretlər: Vətən müharibəsi şəhidlərinin Anım Günü

24
(Yenilənib 15:22 27.09.2021)
Bakıda Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsinin necə yad edildiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Sentyabrın 27-si Anım Günü ilə əlaqədar Bakıda bir sıra tədbirlər keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, İkinci Fəxri Xiyabana toplaşan ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbçilər və rəsmilər şəhidlərin xatirəsini yad ediblər. Məscidlərdə mərasimlər keçirilib, Quran ayələri oxunub.

Paytaxtın mərkəzində hərbçilərin yürüşü keçirilib.

Azadlıq meydanından start götürən yürüşdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

Qeyd edək ki, Ali Baş Komandanın əlində tutduğu plakatda şəhid Adil Asəm oğlu İbrahimlinin portreti əks olunub. Bu həmin şəhiddir ki, həyat yoldaşı Nargül həm onun, həm şəhid qardaşı Elton Qəmbərlinin cənazələrini çiynində daşımışdı.

Bakıda Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsinin necə yad edildiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

24
  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda İkinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunub.

  • © Official website of President of Azerbaijan Republic

    Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirilib. Ali Baş Komandanın əlində tutduğu plakatda şəhid Adil Asəm oğlu İbrahimlinin portreti əks olunub. Bu həmin şəhiddir ki, həyat yoldaşı Nargül həm onun, həm şəhid qardaşı Elton Qəmbərlinin cənazələrini çiynində daşımışdı.

  • © Sputnik / Murad Orujov

    Bakıda İkinci Fəxri xiyabanda şəhid məzarını ziyarət edən azərbaycanlı.

  • © Official website of President of Azerbaijan Republic

    Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirilib.

  • © Sputnik / Murad Orujov

    Bakıda İkinci Fəxri xiyabanda dəfn olunmuş şəhidinin məzarı başında qadın.

  • © Sputnik / Murad Orujov

    Bakıda İkinci Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilir.

  • © Sputnik / Murad Orujov

    Bakıda İkinci Fəxri xiyabanda dəfn edilmiş şəhidin əzizi başdaşındakı şəklini silir.

  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunub.

  • © Sputnik / Murad Orujov

    Hərbçilər Bakıda İkinci Fəxri xiyabanda dəfn edilmiş şəhidlərin məzarlarını ziyarət edirlər.

  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunub.

  • © Sputnik / Murad Orujov

    İkinci Fəxri xiyabanda Anım Günü - hisslərə hakim olmaq qeyri-mümkündür.

  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda İkinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunub.

  • © Sputnik / Murad Orujov

    Bakıda İkinci Fəxri xiyabanda dəfn olunmuş şəhid məzarının başında dayanan ana.

  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda İkinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunub.

  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda İkinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunub.

  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda İkinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunub.

  • © Official website of President of Azerbaijan Republic

    Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirilib.

  • © Sputnik / Murad Orujov

    Anım Günü ilə əlaqədar Bakıda İkinci Fəxri xiyabanda hərbçilər yaylım atəşə açıblar.

Teqlər:
Anım Günü, Bakı, II Fəxri Xiyaban, şəhidlər, yürüş, hərbçilər, fotolent
Mövzu:
Anım Günü

Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir

19
(Yenilənib 12:58 27.09.2021)
Hazırda alban-udin xristian icmasının sədr müavini, Xudavəng monastırının vaizi Rafik Danakarinin rəhbərliyi ilə şəhidlərin əziz xatirəsi yad edilir, ruhuna dualar oxunur.

BAKI, 27 sentyabr — Sputnik. 27 sentyabr - Anım Günü münasibəti ilə Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin övladlarının ruhuna dualar oxunur. Bakıdakı Heydər məscidində, eyni zamanda da "Təzəpir" məscidində də anım mərasimi keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə "Təzəpir" məscidində namaz qılınıb, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib. Namazdan sonra QMİ-nin Qazılar Şurasının üzvü Hacı Faiz Nağızadə şəhidlərin ruhuna Quran oxuyub.

Bundan başqa, Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində şəhidlər yad edilir. Bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter" səhifəsində paylaşım edib.

Hazırda Kəlbəcər rayonunun Xudavəng məbədində də şəhidlərin ruhuna dualar oxunur. Alban-udin xristian icmasının sədr müavini, Xudavəng monastırının vaizi Rafik Danakarinin rəhbərliyi ilə şəhidlərin əziz xatirəsi yad edilir, ruhuna dualar oxunur.

Müqəddəs Bakirə Məryəm kilsəsində şəhidlərin xatirəsinə dualar oxunur. Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunur. Eyni zamanda, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

Xatırladaq ki, 27 sentyabr Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının ruhuna dualar oxunur.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi və bundan sonra şəhid olanların sayı 2 907 nəfərdir. 7 nəfər isə itkin düşüb.

Eləcə də oxuyun:

19
  • © Sputnik / Murad Orujov

    Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir.

dini ayin, məbəd, şəhidlər, xatirə, Anım Günü
Mövzu:
Anım Günü
Sputnik peyvəndi, arxiv şəkli

"AstraZeneca" "Sputnik Light" kombinasiyası üzrə tədqiqat haqda ilkin məlumat açıqlandı

0
(Yenilənib 22:41 27.09.2021)
Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda birgə tədqiqat çərçivəsində koronavirusa qarşı "AstraZeneca" və "Sputnik Light" peyvəndlərinin  kombinasiyası S-zülalına qarşı antitellərin yüksək artımını göstərib. Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) məlumat verib.

"Rusiya Birbaşa İnvestisiya Fondu... "AstraZeneca" və "R-Farm" şirkətləri Azərbaycan Respublikasında klinik tədqiqat çərçivəsində "AstraZeneca" şirkətinin peyvəndi ilə (Oksford Universiteti ilə birlikdə hazırlanıb) koronavirusa qarşı "Sputnik V" vaksinin ilk komponentinin birgə istifadəsinin virusneytrallaşdırıcı aktivliyi ilə bağlı ilkin məlumatları açıqlayıb", - deyə məlumatda bildirilib.

"Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub", - deyə fond əlavə edib.

Məlumatlar tədqiqatın kombinasiyanın hər iki komponentinin vurulduğu ilk 20 iştirakçısının müşahidələrinin nəticələrinə əsaslanır. Birinci komponent kimi "AstraZeneca" peyvəndi, ikincisi kimi isə "Sputnik Light" istifadə olunub. Dozalar arasındakı interval 29 gün təşkil edib.

Azərbaycanda tədqiqatlar 2021-ci ilin fevral ayında başlanıb. Bu günə qədər tədqiqatlarda 100 könüllü iştirak edir.

Azərbaycandan əlavə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada da qlobal proqram çərçivəsində vaksinlərin kombinasiyasının klinik tədqiqatı həyata keçirilib. Belarusda tədqiqat aparmaq üçün tənzimləyicilərdən icazə alınıb.

İlk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndi əsasında heterogen busterləşdirmə yanaşması (birinci komponent olaraq insanın 26-cı, ikinci komponent olaraq 5-ci serotip adenovirusunun istifadə olunduğu "peyvənd kokteyli") tətbiq edilib. RBİF "Sputnik V"nin ilk komponentinin xarici dərmanlarla kombinasiyasının birgə araşdırılması təşəbbüsü ilə dünyada ilk olub.

2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə RBİF, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, "R-Pharm" şirkətlər qrupu və "AstraZeneca" şirkəti "AstraZeneca"vaksini və "Sputnik V" peyvəndinin birinci komponentinin immunogen kombinasiyası və təhlükəsizliyi ilə bağlı birgə klinik tədqiqatlar aparmaq üçün əməkdaşlıq memorandumu imzalayıblar.

0