CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın 122 illik qonaqları getdi, geridə isə bunu buraxdılar...

Abunə olmaq
Təmtəraqlı Katolik kilsəsindən fərqli olaraq, kifayət qədər hündür divarları olan Protestant kilsəsi şəkilsiz və ikonasızdır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Almanların Qafqaza köçürülməsi ilə bağlı müxtəlif və təzadlı versiyalar söylənilir. Onlar arasında almanların Napoleonun Qərbi Avropada apardığı müharibədən qaçmasından tutmuş, alman hökumətinin protestantlığın lüteran və yevangelist qoluna inanan təbəqədən can qurtarmaq üçün sıxışdırması versiyası da var.

Azərbaycana ilk gəlişləri 200 il öncəyə təsadüf edən bu xalqın ilk iki koloniyasından biri Şəmkirdəki Annenfeld qəsəbəsi olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri onların Azərbaycanda yaratdığı unikal memarlıq abidələrindən biri olan Alman Lüteran kilsəsinə baş çəkib.

Vaxtilə Yelendorf qəsəbəsi adlanan, hazırda isə Şəmkirin Həzi Aslanov küçəsində ucalan abidə, 1909-cu ildə lüteran almanların dini ibadətlərini həyata keçirməsi üçün tikilib. 1941-ci ilədək təyinatı üzrə istifadə edilib. Lakin İkinci Dünya Müharibəsinin başlaması ilə almanların da SSRİ-də, o cümlədən Qafqazda ağır günləri başlayıb.

Heç bir sübut olmasa da, onların faşist Almaniyasına xəbər ötürə biləcəyi ehtimalı ilə A. Mikoyanın təşəbbüsü və Stalinin göstərişi ilə almanlar Qazaxıstan çöllərinə sürgün ediliblər. Bu sürgündən sonra Azərbaycanda alman koloniyalarının 122 illik tarixi başa çatıb. Amma qoyub getdikləri maddi mədəniyyət abidələri daim onları xatırladır.

Almanların sürgünündən sonra, kilsə olaraq istifadəsinə ehtiyac qalmayan abidə, bir müddət Mədəniyyət Evi, sonra Müəllimlər Evi kimi fəaliyyət göstərib. Ötən əsrin 80-ci illərində isə Tarix-Diyarşünaslıq Muzeyi bu tikiliyə köçürülüb.

Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyevin sözlərinə görə, tikilidə ilk təmir işlərinə, onun Mədəniyyət Nazirliyinə müraciəti əsasında, hələ 80-ci illərin sonlarinda başlanıb. Lakin 90-cı illərin əvvəllərində başlayan siyasi proseslər təmirin yarımçıq qalması ilə nəticələnib və binada eroziya prosesi daha da sürətlənib. Kilsədə növbəti təmir işləri 2011-2012-ci illərdə aparılıb və tarixi abidə yalnız bundan sonra öz əzəmətini geri qaytarıb.

Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
FOTO
Gədəbəydə "qanlı" alman mirası

Kilsə kompleksinin 4 hektar ərazisi var. Buraya dördmərtəbəli zəng qülləsi, böyük və 2-ci mərtəbədə yerləşən kiçik ibadət zalı və bir neçə xidməti otaq daxildir. Qeyd edək ki, təmtəraqlı Katolik kilsəsindən fərqli olaraq, kifayət qədər hündür divarları olan Protestant kilsəsi şəkilsiz və ikonasızdır. Amma bina yenə də öz əzəmətini qoruyur.

Kilsənin ən hündür və görkəmli yerində isə, ən böyük musiqi aləti olan orqan quraşdırılıb. Cavanşir müəllimin sözlərinə görə, orqan kilsənin ilkin çertyojuna uyğun olaraq quraşdırılıb. Onun materialları Almaniyadan sifariş edilib və İtaliyada yığılıb.

Kilsənin daha bir unikal hissəsi isə taxtadan hazırlanmış böyük giriş qapısıdır. Qapının açar hissəsinin təmirə ehtiyacı olduğu üçün bir neçə ustaya müraciət olunub. Lakin sonda, daha keyfiyyətli təmir üçün Almaniyaya göndərilib və orada təmir etdirilib. Maraqlıdır ki, bu qapıların 100 ildən artıq yaşı olmasına baxmayaraq, ağır kilsə qapıları bu gün də bir toxunuşla açılıb, bağlanır.

© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
1/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
2/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
3/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
4/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
5/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
6/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
7/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
© Sputnik / Ilham MustafayevŞəmkirdəki Alman Lüteran kilsəsi
Şəmkirdəki Alman Lüteran kilsəsi - Sputnik Azərbaycan
8/8
Şəmkirdəki Alman Lüteran kilsəsi
Xəbər lenti
0