Allahın təriflədiyi canlı: dirisi möcüzədir, ölüsü

969
(Yenilənib 17:56 15.09.2017)
  • Astara rayonu Şiyəkəran kənd sakini Hacı Əsgər Zeynalovun arıçılıq təsərrüfatı

"Keçən il 30 ailə qırıldı, 70 ailəni xilas edə bildim"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. 68: "Rəbbin bal arısına vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda, üzümlüklərdə özünə evlər tik, pətəklər sal"

69: "Sonra bütün meyvələrdən ye və Rəbbin sənə göndərdiyi yolla rahat get (və ya Rəbbin yollarını itaətlə tut). O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!"

Bu ayələr İslam dünyasının müqəddəs kitabı olan "Qurani-Kərim"dəki 114 surədən biri olan Ən-Nəhl (bal arısı) surəsinin 68-69-cu ayələridir. Həqiqətən də, bal arısının hazırladığı məhsul bir çox xəstəliklərin dərmanıdır. Bal arısı toplum halında işləyir. Yuvada ana arı tərəfindən idarə olunan bir böyük ailə yaşayır. Arılar komanda şəklində işləyərək kilometrlərlə yol qət edir, çiçəklərdən nektar çəkir və o nektarı bala çevirir.

Əslində, bal arıları nektarı özləri üçün və yuvada yumurtadan çıxan süfrələr üçün qışa azuqə kimi yığır. Amma insanlar lap qədim zamanlarda özlərinə qida axtarmağa başlayanda, bal arıları və dadından heç vaxt imtina edilməyəcək balla tanış oldular. Zaman keçdikcə insan heyvanları özünə ram etməyi, o cümlədən bal arısını saxlamağı da öyrəndi və beləcə arıçılıq yarandı.

Elə Azərbaycanda da arıçılıq lap qədim zamanlardan inkişaf etməyə başlayıb. IV əsrdə Azərbaycanda meşə arıçılığı, yəni ağac koğuşundan bal toplamaq geniş yayılmışdı. Buna bəzən "bal ovu" da deyirlər. Artıq XVIII əsrdən başlayaraq şəxsi arıçılıq təsərrüfatları geniş yayılmağa başlayıb.

© Sputnik / Rahim Murad
Adı müqəddəs "Quran"da çəkilən canlı

Azərbaycan arıçıları müxtəlif növ pətəklərdən istifadə ediblər: budaq, gil və samanın qarışığından hazırlanan ğud, səbət və təknə kimi pətək növlərindən geniş istifadə olunub. XIX əsrdə isə çərçivə pətəkləri dövrü başlanıb və həmin dövrdən etibarən arıçılıq intensiv inkişaf edərək böyük gəlir gətirməyə başlayıb.

Azərbaycanda arıçılığın qədim və ən inkişaf etmiş ocaqları Quba-Xaçmaz, Şəki-Zaqatala, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan və Lənkəran-Astara sayılır. Elə bu gün də Astara balı öz adı ilə hər yerdə tanınır.

Astaranın bir çox kəndlərində, xüsusən də dağ kəndlərində arıçılıq geniş inkişaf edib. Ən qədim yaşayış məskənlərindən biri olan Şiyəkəran kəndinin sakini Hacı Əsgər Zeynalov da arıçılıq təsərrüfatı ilə məşğul olur. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olan Hacı Əsgər arıçılığa həvəsinin böyük olduğunu deyir: "Əvvəllər taksi sürücüsü idim. Sonra arıçılıqla məşğul olmağa başladım".

"Təxminən 30 ildir ki, arıçılıq təsərrüfatıma var. Təsərrüfatımı yaradanda ilk əvvəl cəmi 10 arı ailəm var idi. Sonra arı ailələrinin sayını artırıb 100-ə çatdırdım. Keçən il arılarım xəstələndi və 30 arı ailəsi qırıldı, 70 ailəni xilas edə bildim. Arılar, bizim "arı qoturu" dediyimiz xəstəliyə yoluxmuşdular. Amma çox şükür ki, xəstəlik indi yoxdur" — o danışır.

Zeynalovun sözlərinə görə, arının hazırladığı bal neçə-neçə xəstəliklərə dərmandır: "Arı südü ürək-damar və qara ciyər xəstəliklərinə dərmandır. Arıda heç bir tullantı yoxdur. Hətta bal arısının ölüsü də dərmandır. Biz yarmarkalara gedəndə, bəzi adamlar arının ölüsünü istəyirlər. Çünki ölmüş arı xüsusi olaraq oynaq ağrılarının müalicəsində istifadə edilir. Məsələn, 100 qram mumu və 1 stəkan günəbaxan yağını isidib qarışdırdıqdan sonra əzələ ağrılarının müalicəsində istifadə olunur".

Hacı Əsgər bildirir ki, arı balı arasında ən gözəl bal "may balı" olur: "Arılarımızın bəslənməsi və təmiz bal verməsi üçün aprel ayının əvvəlində Masallının ərazisinə aparırıq. Çünki orada arılar yoncadan şirə çəkir. Mayda balı əldə etdikdən sonra pətəkləri ikinci dəfə bal əldə etmək üçün isə Aran zonasına və dağlıq zonaya aparırıq".

"Arılar yazda yonca çiçəyinin şirəsi ilə, yayda isə, əsasən meşədə cökə ağaclarının şirəsi ilə bəslənir. Keçən ilə məhsulumuz az oldu – cəmi 300 kiloqram bal toplaya bilmişdik. Bu il isə, Allaha çox şükür ki, 500 kilo bal yığmışıq" — arıçı qeyd edir.

Dediyinə görə, bu işlə tək məşğul olmaq çətindir: "Arı təsərrüfatımda mənə Rasim Muradov köməklik edir. Arıçılıq çox çətin işdir. Bizdə arılar üçün yem bazası yaradılmalıdır. Yəni arıların yaxşı qidalanması üçün xüsusi çiçəkli sahələr salınmalıdır, ağaclıqlar əkilməlidir".

O, qazancdan da danışır: "Əldə etdiyimiz balı sata bilmirik. Hazırda 500 kiloqrama yaxın balım qalıb, sata bilmirəm. Dövlət bizdən alıb özü qablaşdırıb satsa, daha əlverişli olar. Bu, həm bizə, həm də alıcılara xeyir olar. Bizə hökumətdən dəstək verilməlidir. Arılarımızın müalicəsi üçün dərman tapa bilmirik. Dərmanları xaricdən özümüz əldə edirik. İrandan arılarım üçün dərman gətirmək mümkün deyil. Baytarlıq apteklərində satılan arı dərmanları da keyfiyyətsizdir. Dövlətimizdən həm arıçılığın daha da genişləndirilməsi, həm müalicəsi, həm də arıların daşınması üçün (nəqliyyat vasitələri ilə təmin edilməsi) yardım istəyirik. Dəstək olsa arıçılıq daha da inkişaf edər, məhsulumuz da bol olar".

969
  • Astara rayonu Şiyəkəran kənd sakini Hacı Əsgər Zeynalovun arıçılıq təsərrüfatı
    © Sputnik / Rahim Murad

    Astara rayonu Şiyəkəran kənd sakini Hacı Əsgər Zeynalovun arıçılıq təsərrüfatı

Teqlər:
Hacı Əsgər Zeynalov, bal arısı, canlı, "Qurani-Kərim", bal, arı, meşə, süd, ailə, dərman, xəstəlik, Azərbaycan
Əlaqədar
40 nəfər arıçının balı yararsız çıxdı
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində arı südü yığılıb
Arı zəhərinin sehri

Paytaxt Bakıda Laçının azad edilməsi ilə bağlı yürüş olub

18
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu 28 il sonra geri qaytarılıb.

Bakı şəhərində Laçın rayonunun erməni işğalından azad edilməsi ilə bağlı yürüş keçirilib.

Yürüş Prezident İlham Əliyevin xalqa müraciəti bitdikdən sonra 2 marşrut üzrə baş tutub.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə avtomobillər 20 nömrəli məktəbin qarşısından Şəhidlər Xiyabanına, Azneft meydanı, Bakı Şəhər İcra Hakimiyyəti, şəhərin mərkəzi küçələrinə, digər maşınlar isə Su İdman sarayından Hökumət evi, sonra da mərkəzi küçələrə yollanıblar.

18
  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

  • © Sputnik / Murad Orujov

    Laçının azad edilməsi ilə bağlı yürüş

Suqovuşana həyat qayıdır - FOTO

67
(Yenilənib 20:18 30.11.2020)
Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.

ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.

67
  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

Teqlər:
fotolent, ANAMA, yol, Azərbaycan, Qarabağ, Tərtər, Suqovuşan
Azərbaycan bayrağı, arxiv şəkli

ƏSA Teatrının kollektivi xalqımızı belə təbrik etdi - VİDEO

0
(Yenilənib 20:15 01.12.2020)
ƏSA Teatrının kollektivi videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür ediblər.

BAKI, 1 dekabr — Sputnik. Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti sosial videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür edərək, qələbə sevincini bölüşüb.

0