Azərbaycanda uzunömürlülər diyarı: ərəblər burada axtarırlar?

971
(Yenilənib 10:25 26.07.2017)
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
  • Lahıc qəsəbəsi
Gün ərzində kəndə 800-1000 arası turistin gəldiyi vurğulanır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Azərbaycanın İsmayıllı rayonunun yüksək dağlıq ərazidə yerləşən Lahıc kəndi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir. Tarixi çox qədimlərə gedib çıxan bu şəhər möhtəşəm küçə və meydanları ilə Qafqazda və ondan kənarda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri sayılır.

Hesab olunur ki, əsrlər boyu rus çarlarının geydikləri əfsanəvi Manomax papağını məhz burada – Lahıcda hazırlayıblar. Kənd xüsusilə də oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanmasıyla məşhurdur. Dədə-baba sənətini bu günə qədər davam etdirən ustalar emalatxanalarda onların işinə heyranlıqla baxan turistlərin gözü qarşısında məişətdə istifadə edilən müxtəlif əşyalar hazırlayırlar.

Lahıcın ilk məhəlləsinin əsası III-IV-ci əsrlərdə qoyulub. Maraqlıdır ki, şəhərdə min beş yüzdən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir. Mərkəzi küçənin altında, 1 metr dərinlikdə 2 km uzunluğu olan üçsəviyyəli kollektor çəkilib. İlk iki səviyyədə xətlərlə içməli su və texniki işlərin görülməsi üçün su axır. Kollektorun aşağı hissəsi — çay daşından düzülmüş düzbucaqlı novça hər bir evin həyətində olan dəliklərdən daxil olan çirkab sular üçün nəzərdə tutulub. Sakinlərdən heç kim kanalizasiyanın harada başlayıb harada qurtardığını, hansı prinsiplə işlədiyini bilmir. Lakin bu, kollektorun uzun əsrlər boyu işləməsinə mane olmur. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb.

Lahıcın ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahicın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Binaya giriş iki tərəfdən mümkündür: birinci istiqamət Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikinci istiqamət Girdiman çayının sol sahili tərəfdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırır.

Lahıc həmdə uzun ömürlülər diyarı kimi tanınır. Hələ qədim zamanlardan buralara insanların uzun ömürlü olmasının sirlərini açmaq və onların nəylə qidalanmasının öyrənilməsi üçün gəlirdilər. Bu insanlar təbii qidalara üstünlük verdikləri, həmişə açıq havada işlədikləri üçün uzunömürlü olublar. Dünyanın 100 ildən çox yaşayan insanları siyahısında ön sıralarda olan azərbaycanlılar da var. Bunun əsas səbəbi isə təmiz, ekoloji pak məhsullarla qidalanmanı göstərirlər. İndinin özündə də bu məkan turistləri özünə cəlb edir. Burda hazırlanan bütün məhsulların özünəməxsus tamı, gözəlliyi və görünüşü var. Məhz buna görə də, hazırda ölkəmizə axın edən ərəb turistlərində ən çox ziyarət etdikləri məkanlardan biri Lahicdır. Gün ərzində kəndə 800-1000 arası turistin gəldiyi vurğulanır.

Turistlərin diqqətini ən çox cəlb edən buranın sənətkarlıq nümunələridir. Lahıc əbəs yerə "qırx sənət şəhəri" adlandırılmır. Əzəldən bəri Lahıcda metal emalından sonra ən inkişaf etmiş sənət dəri istehsalı olub. Lahıc dabbaqları şaqren, tumac, yufu aşılamağı bacarırdılar və sonra bunlardan incə zövq və məharətlə cürbəcür məmulatlar – ayaqqabı, qayış, dəri canlıq, kitab cildi, yüyən hazırlanırdı. Kustar xarakterdə olan yerli dəri istehsalının bazasında digər sənət növləri də inkişaf edib: sərraclıq, pinəçilik, papaqçılıq, xəzçilik. Burada həmçinin xalça toxuyur, suvenir və milli geyim hazırlayırlar. Yeniyetmə vaxtından gözünün nurunu itirən qocaman usta Azad Manafov bu yerlərin fəxridir. Görmə qabiliyyətinin itməsi ona yəhər qayışı, yəhər, üzəngi və s. düzəltməyə mane olmayıb.

Bir sözlə, Lahıc bütün sahələrdə sizdə xüsusi hisslər oyada biləcək başqa bir aləmdir.

971
  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Lahıc kəndinə gedən yol.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Yol üstündəki bulaq.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Ədviyyat dükanı.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Burada müxtəlif növ ədviyyatlar tapmaq mümkündür.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Qəsəbəyə gedən yol.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Lahıc kəndinə gedən yol.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Qəsəbəyə gedən yoldakı qayalıqlar.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Qaya parçaları.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Lahıc dağları.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Kəndə gedən yolun bəzi hissləri təhlükəlidir.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Qoyun dərisindən hazırlanmış mallar.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Lahıcın girişindəki löhvə.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Türizm mövzusunda maarifləndirici plakat.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Kənd ərazisində həm turistlərə, həm də yerli sakinlərə rast gəlmək mümkündür.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Lahıc qəsəbəsi.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Atlar.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Qəsəbənin mərkəzi yolu.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Kənddəki dükanlarda ən müxtəlif məhsullar tapmaq olar.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Suvenir dükanı.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Gözmuncuqları.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Ərəb turistlər Lahıcdakı dükanda.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Buradakı məhsullar tursitlərin marağa səbəb olur.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Lahıc qəsəbəsi.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Sənətkarlıq dükanı.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Sənətkarlıq dükanı.

  • Lahıc qəsəbəsi
    © Sputnik / Ilham Ahmadov

    Sənətkarlıq dükanı.

Teqlər:
Lahıc kəndi, İsmayıllı rayonu, ərəb, Azərbaycan, turist
Əlaqədar
Azərbaycanda bir kəndin əhalisi səksəkə içərisindədir
Kəndlilərə "od qiymətinə" su satılır?
Azərbaycanın məscidsiz kəndində namaza qeyri-adi çağırış
Öz kəndlərinin adını dilə gətirməyə utanırlar – düşündüyünüz kimi deyil
Azərbaycanda qorxulu kənd – yer insanları udur

Vaksinasiya davam edir: növbə turizm sektorunda çalışanlara çatdı - FOTOLAR

6
(Yenilənib 18:26 22.04.2021)
Yuxarı yaş qrupuna aid insanlar və peşəsi ilə əlaqədar koronavirusa yoluxma riski yüksək olanlardan sonra turizm sektorunda çalışanların da peyvənd növbəsi gəlib çatdı. Vaksinasiya prosesinin necə aparıldığını Sputnik Azərbaycanın fotolentində izləyin.

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində bu gün turizm sektorunda çalışanların vaksinasiyasına başlanılıb. Mehmanxana işçiləri könüllü şəkildə "Baku Marriott Boulevard Hotel"-də peyvənd oluna bilərlər. Vaksin vurdurmaq istəyənlər elə həmin hoteldə təşkil olunan məntəqədə tibbi müayinədən keçirilirlər. Azərbaycan Hotellər Birliyi və "Absheron Hotel Group"-un təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən peyvəndləmə prosesi mərhələli şəkildə həyata keçirilir.

Birinci mərhələdə Azərbaycan Hotellər Birliyinə daxil olan paytaxtdakı turizm müəssisələrində çalışan 420 işçinin, eləcə də regional mehmanxanaların 575 əməkdaşının peyvənd olunması planlaşdırılır. Mehmanxana sənayesinin bərpası və normal fəaliyyətinə qayıtması üçün işçilərin peyvənd olunması vacibdir.

Qeyd edək ki, vaksinasiya prosesində Çinin "Sinovac" şirkəti tərəfindən istehsal olunan "CoronaVac" preparatından istifadə olunur.

6
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

Pul qazanmağın yolu da təmizlikdən keçir - FOTO

17
(Yenilənib 17:08 22.04.2021)
"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda kənd təsərrüfatına investisiya etdiyi hər 1 dollar 8 dollar gəlir gətirib".

Bu gün Dövlət Turizm Agentliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə dəstəyi ilə Xəzər dənizinin Lənkəran rayonu ərazisindəki sahilində təmizlik və maarifləndirmə tədbiri həyata keçirilib. Beynəlxalq Yer Kürəsi Günü çərçivəsində keçirilən aksiya Lənkəranın Nərimanabad qəsəbəsi, Aşağı Nüvədi və Sütəmurdov kəndlərini əhatə edib.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Elgün Məmmədovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəranda həyata keçirilən tədbir “Yer Kürəsi Günü”nün earthday.org rəsmi internet səhifəsindəki tədbirlər siyahısında qeydiyyatdan keçirilib: "Bu tədbir turizmin hər bir sahəsi, eləcə də balıqçılıq turizminin inkişafına dəstək üçündür. Bunun üçün hal-hazırda bir neçə məkan seçilərək əvvəlcədən müəyyən edilib. Burada həm balıqçılıqla məşğul olan, həm də digər turistlərin hərəkət edə biləcəkləri ərazilər əsas götürülüb”.

Tədbirin təşkilatçılarından olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqh öz növbəsində Dövlət Turizm Agentliyinin əməkdaşları və lənkəranlılarla bir yerdə sahillərin təmizlənməsi lahiyəsində birlikdə iştirak etdiklərindən çox məmnun olduğunu bildirib: 

“Mən bu gün burada olmağımla fəxr edirəm. Gördüyümüz kimi, bura Azərbaycanın ən gözəl bölgəsidir. Lənkəranda turizmin inkişaf etdirilməsi üçün böyük potensial və resurslar var. Mən deyərdim ki, lənkəranlılarla bir yerdə çalışıb buranı Azərbaycanın digər bölgələrindən gələn qonaqlar üçün turistik məkana çevirməliyik. Biz Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edərək bu bölgəni turistik zonaya çevirməyə çalışırıq. Amma bununla yanaşı, biz bu bölgədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə də çalışırıq.

Bizə Azərbaycan xalqının, xüsusilə də fermerlərinin çox zəhmətkeş olduqları məlumdur. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda kənd təsərrüfatına investisiya etdiyi hər 1 dollar 8 dollar gəlir gətirib. Bu istiqamətlərdə Azərbaycan Dövlət Agentlikləri ilə əməkdaşlıq edərək Azərbaycanda turizmi və kənd təsərrüfatını inkişaf etdirmək niyyətindəyik. Yəqin, hər biriniz burada bitən kivi və çiyələyin başqa yerlərdə olduğundan daha dadlı olması ilə razılaşarsınız. Bu sahələrin inkişaf etdirilməsi məqsədilə burada soyuducu anbarlar inşa etdirmişik və bunrlar fermerlərə öz məhsullarının satışı üçün yeni imkanlar yaradıb. Bu layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlarımıza, Dövlət Turizm Agentliyinə və əlbəttə ki, könüllülərin hər birinə öz minnətdarlığımı bildirirəm”.

17
  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

Teqlər:
fotolent, təmizlik, Lənkəran
Qadın kitab oxuyur, arxiv şəkli

Gənc yazarlar niyə narazıdır?

0
(Yenilənib 23:48 22.04.2021)
Tələbə əhlinin kürəyində gəzdirdiyi torbaların çoxunda ən azı bir neçə kitab olur. Harada daha rahat şərait var, orada kitab oxuyan da çoxdur.

Azərbaycanda hansı gənc yazarı dindirsən, oxucu kütləsinin azlığından, kitab oxumaq vərdişinin itirilməsindən, ümumi zövqün pozulmasından şikayətlənəcək. Deyəcək "Kitab yazmaq mənasısızdır, çünki nə alan var, nə oxuyan". "Müasir gənclər kitab oxumur" deyən yazarların digər şikayəti "Youtube" videolarından, sosial şəbəkə, mətbuatın diqqətsizliyindən olacaq.

Harada daha rahat şərait var, orada kitab oxuyan da çoxdur

Gənclər kitab oxumur? Kitab alan yoxdur? İndiki gənclik daha çox sosial mediada vaxt öldürür? Bu sualların birmənalı cavabı yoxdur. Bunu yoxlamaq da asandır, elə bir neçə dəfə Bakı şəhərinin ictimai nəqliyyatında reyd eləmək kifayət edər. Tələbə əhlinin kürəyində gəzdirdiyi torbaların çoxunda ən azı bir neçə kitab olur. Harada daha rahat şərait var, orada kitab oxuyan da çoxdur. Metro işləyəndə, kitab oxuyanların çoxunu orada görərdik. Hazırda Bakı-Pirşağı-Sumqayıt sürət qatarında xeyli kitab oxuyan var. Özü də nə qədər paradoksal olsa da, yaşlı nəsildən kimisə kitabla görmərik, çox nadir halda rast gələrik. Elə kitab oxuyan gənclərdir. Özü də Azərbaycan, türk, rus və ingilis dillərində ən tanınan müəlliflərin əsərlərini oxuyurlar. Markes, Kafka, Elif Şafak, Murakamidən tutmuş İlqar Fəhmi, Şərif Ağayar, Elxan Elatlı, Çingiz Abdullayev kimi tanınmışların kitabları əllərdə gəzir. Hətta ara-sıra gənc yazar Sahilə Yayanın də kitabını oxuyan gənclərə də rast gəlmək olur.

Bədii ədəbiyyat bir yana qalsın, tələbələr xarici dil dərsliklərinə külli miqdarda vəsait sərf edirlər. Xarici dili öyrənmək üçün istər-istəməz mütaliə ədəbiyyatına da diqqət yetirməli olurlar. Şekspir, Qolsuorsi, Oskar Uayld, Artur Konan Doyl ingilis, Tolstoy, Dostoyevski, Çexov və Turgenev isə rus dilindəki orijinal versiyadan oxunur. Xarici dil öyrənmə arzusu istər-istəməz gəncləri bədii ədəbiyyatla maraqlanmağa vadar edir. Nəqliyyatda hətta əlində tutduğu karandaşla səhifə kənarında qeyd edənlər də var. Görünür, insanlarda hələ də dədə-baba qaydası ilə kitabdan seçim etmək, hansısa fikri dəftərə köçürmək həvəsi var. 

Kitab alan olmasaydı, bu qədər obyektin işləməsində bir məna olardımı?

İnsanların zövqünü təmin etmək üçün kifayət qədər kitab mağazası varmı? Bunu bilmək elə də çətin deyil. Elə “28 May”, “Elmlər Akademiyası” metro stansiyası ətrafında onlarla kitab satışı ilə məşğul olan böyük mazağa var. Hələ yarızirzəmilərdə kitab satan kiçik obyektləri nəzərə alsaq, bu kitab mağazalarının 100-dən artıq olduğunu asanlıqla görərik. İstənilən dəftərxana ləvazimatı mağazasında kifayət qədər həm bədii, həm də dərs ədəbiyyatı satılır. Bir növ dəftər-qələm satış nöqtələrində həm də Orxan Pamuk, Den Braun, Paolo Koelyo kimi məşhur yazarların əsərləri əlçatandır. Əgər kitab alan olmasaydı, bu qədər obyektin işləməsində bir məna olardımı? Bu dükanlarda demək olar həmişə alıcı kütləsi müşahidə edilir. Bəzi iri dükanlarda hətta daxili kafe də fəaliyyət göstərir. Kitabı götürüb bir fincan çayla oxumaq da olar. Bəyənsən, alarsan. Bəzən elə böyük seçim olur, bilmirsən nədən yapışasan, nəyi alasan.

Sovet dövrü ilə müqayisə edənlər də olur. Kimsə yada salır Əlibala Hacızadənin əsərlərinin 150 min tirajla dərc edilməsini. Bəli, “İtkin gəlin” o dövrün bestselleri idi, başqa nəsə tapmaq da olmurdu deyə hamı maraqla oxuyub bir-birinə məsləhət bilirdi. Məhdud imkanı olan bir neçə kanal və radiostansiyadan başqa media resurs yox idi. Kitab və çap ədəbiyyatı bilik əldə etməyin əsas yolu idi. Sovet sistemi elə uşağı məktəb partasından mütləq kitab oxumağa sövq edirdi, bəzən də məcburi. Hətta məktəblərə tapşırıq gəlirdi, mütləq şagirdlər müəyyən qəzetlərə abunə olmalı idilər. Qəzeti də hər səhər poçtalyon gətirərdi. Həm qəzet oxuyurdun, həm də kitab.

Kitab almaqdansa, internetdən yükləyib oxumaq olar, özü də havayı

İndi alternativ informasiya mənbələri 100 min dəfələrlə çoxalıb. İnternetdə mövcud olan informasiyanın həcmini insan beyni dərk edə bilmir. Adi onlayn kitabxanalarda milyonlarla kitab açıq istifadədə var. Kitab almaqdansa, internetdən yükləyib oxumaq olar, özü də havayı. Xarici dili bildinsə, problemsiz ən maraqlı, ən tanınan müəllifləri telefonuna və ya bukriderə ötürüb rahatlıqla mütaliədən zövq ala bilərsən. Elə nəqliyyatda telefonunda kitab oxuyan nə qədər gənci görürük. Sadəcə kitaba pul sərf etmək istəmirlər. Bizim tərcümə ədəbiyyat da bir o qədər də uğurlu deyil, əgər xarici müəllifləri ingilis və ya rus dilində oxumaq imkanı varsa, gənclər elə o dildə oxuyacaqlar.

Sosial şəbəkələr, "Youtube" və digər nəhəng platformalar insanların vaxtını alır, amma məlumat axtaran məlumatını alır, vaxtını öldürən də zamanını itirir. Kitab oxuyan oxuyur, oxumayan da oyun oynayır. Məgər sovet dövründə gününü domino və nərd oynamaqla keçirən insan az idi? İndi də çay evlərində hər gün domino vurmaqla vaxtını öldürən nə qədər insanı görürük. Eləsi var, “Ok” və ya bilyarda üstünlük verir, eləsi var stolüstü tennisi bəyənir, eləsi də var şahmat və kart həvəskarıdır. İnternetdə oyun sənayesi çox inkişaf edib deyə, bəzi sevimli oyunlar da virtual platformaya keçib. İnternetin sərhədi bilinmir, oyunların da, kitabların da sayı-hesabı yoxdur, kim nəyi bəyənsə, onu da seçir.

Kiril əlifbasında yazılmış yüzlərlə kitabın heç müəllifini belə xatırlayan yoxdur

Belə bir vəziyyət kimə problem törədir? Məhz elə orta səviyyəli istedad sahiblərinə. Dünyanın tanınmış yazıçıları ilə rəqabət aparmaq mümkünsüzdür. Elə də böyük istedadı olmayan, hansısa xarici ədəbiyyatın təsiri ilə ədəbiyyat yaratmağa çalışan gənc Azərbaycan yazarları təbii mövcud durumdan narazıdırlar. Axı, nədən yazasan, hansı yeni süjeti düşünəsən? Hər bir süjet artıq düşünülüb. Uzaqbaşı Kafkadan, Kamyudan götürülmüş ideyalardan yararlanaraq nəsə bir əsər yaradarlar. Sovet dövrünün də belə orta istedadları vardı. Yəni bu gün kiril əlifbasında yazılmış yüzlərlə kitabın heç müəllifini belə xatırlayan yoxdur. Halbuki müəllif vaxtilə Yazıçılar Birliyinin üzvü olub, dövlətdən böyük qonorarlar alıb, kitabları dərc olunub, amma unudulub.

Ədəbiyyatda kiçik istedad sahibi olmaq olduqca ağır bir yükdür, çünki istəsən də, istəməsən də, unudulmağa məhkumsan. Ola bilər, istiqaməti dəyişib böyük ədəbiyyat yox, korrektə və redaktə işi, köşə yazarlığı, publisistika, jurnalistikaya üz tutmaq olar. Tərcümə işinin özündə çox böyük imkanlar var, çünki təkcə xarici dil biliyi kifayət etmir, həm də tərcüməçinin ədəbiyyat sahəsində biliyi, yaradıcılıq potensialı olmalıdır.

Bu günün gəncliyi bilik və savad baxımından heç də əvvəlki nəsillərdən zəif sayıla bilməz. Çünki hər ortalığa çıxan yeniliyi məhz onlar yaradır. Kitab da oxuyurlar, internetdən özlərinə tələb olunan digər məlumatı da asanlıqla tapırlar. Sadəcə, yeni dönəmdə kağız formatda buraxılan kitabların bazarı tədricən ölür, bu da bir qaçılmaz reallıqdır. Deməli, ədəbiyyatı özünə peşə seçənlər də bunu nəzərə almalıdırlar.

0