CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz il öncə tökülmüş qanın izi ilə...

Abunə olmaq
Bir əsr əvvəl baş vermiş hadisə ilə bağlı müəmmalar dolaşır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Onun adı çoxumuz üçün populyar olmasa da, Azərbaycanın mədəni tarixində yerini tutmuş şəxsiyyətlərdəndir. Söhbət, Şəkinin Layısqı kəndində yaşamış Aşıq Molla Cümədən gedir.

Şəki Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları, Sputnik Azərbaycan-ın bölgə müxbirinə aşığın son günləri barədə maraqlı bir məlumatı açıqlayıblar. Onların sözlərinə görə, Aşıq Molla Cümənin 1920-ci ilin aprelində XI Qırmızı Ordu ilə döyüşdə həlak olması barədə tarixi mənbələrdə yer alan məlumatlarda yanlışlıqlar var.

Belə ki, bəzi mənbələrə görə, Aşıq Molla Cümə erməni terrorunun qurbanı olub. Lakin muzeyin əməkdaşlarının bildirdiyinə görə, Molla Cümə başqa şəraitdə həlak olub.

"Onu tanıyan ermənilər bilirdilər ki, o, Müsavat hökumətinin (AXC – red.) tərəfdarlarından biridir. Odur ki, ermənilər Molla Cüməni bolşeviklərə nişan veriblər. XI Qırmızı Ordunun əsgərləri Molla Cüməni tutmaq üçün onun gizləndiyi evə gəliblər. Molla Cümə çarəsiz vəziyyətdə qaldığını görüb, onlara jest etmək istəyib. Evin eyvanına çıxaraq sazını köynəyindən çıxarıb və istəyib ki, bolşevik əsgərlərini saz çalaraq qarşılasın" – muzeydən bildirilib.

Lakin əsgərlər onun jestini düzgün başa düşməyiblər: "Görəndə ki, o, köynəkdən nəsə çıxarır, elə biliblər, tüfəng çıxarır və bunları vuracaq. Əsgərlər daha cəld tərpənərək aşığı güllələyiblər. Sonra yaxına gələndə, bunun saz olduğunu görüblər. Amma artıq gec olub. Onlar xalq aşığını səbəbsiz yerə öldürüblər".

Molla Cümənin nəticəsi, Şəki sakini Habil Əzizov isə Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində babasının son günləri barədə fərqli bilgi verib: "1920-ci ilin 20 aprelində bolşeviklər Azərbaycanın içərilərinə doğru yavaş-yavaş irəliləməyə başlayırlar. Şəki əhalisi də silahlanıb bolşeviklərə qarşı mübarizə aparmağa başlayır. Camaat dağlarda gizlənməyə üstünlük verir. Onlardan bəziləri Molla Cüməyə da özləri ilə qaçmağı təklif edirlər. Amma o, bu təklifi qəbul etmir. O, qızına bir dəftər, saat və şəxsi bıçağını verib ondan yadigar saxlamağı tapşırır. Və sabah həm özünün, həm də xanımının öləcəyi xəbərini verir".

Əzizovun sözlərinə görə, ertəsi gün Molla Cümə həyətdə odun doğrayarkən 4-5 nəfər erməni əsgər həyətə daxil olur. Onlar Azərbaycan dilində danışırmışlar. Əsgərlər Molla Cüməyə Aşağı Göynük kəndində (Şəkinin kəndidir – Ş.A) bolşevik hökumətinin iclas keçirdiyini deyirlər və onu da həmin iclasa dəvət edirlər. Molla Cümə razı olur, yola düşəndə qonşuları onu görür və narazılıqlarını bildirirlər. Molla isə onların israrına məhəl qoymayaraq gedəcəyini deyir. Belə olanda qonşuları da ona qoşulurlar".

"Erməni əsgərləri, Molla Cümə və qonşuları birlikdə yola düzəlirlər. Sən demə, onların yolu üstündəki çöllükdə əvvəldən 10 erməni əsgəri pusquda hazır durubmuş ki, Molla Cüməyə hücum edib onu öldürsünlər. Molla Cüməni görən kimi, qılınc və xəncərlə ona hücum edirlər. Erməni əsgərlərin planını başa düşən Molla Cümə onlara deyir ki, "qonşularımın heç bir günahı yoxdur, onları buraxın, təkcə məni öldürün!". Amma əsgərlər buna məhəl qoymayıb Molla Cüməni də, qonşularını da öldürürlər" – danışır müsahibimiz.

Onun dediyinə görə, həmin əsgərlər qətlə yetirdikləri insanların evlərini qarət edirlər: "Qonşuların arvadları qaçıb Molla Cümənin evində gizlənirlər. O zaman camaat Molla Cümənin evinə ziyarətgah kimi baxırdı. Əsgərlər Molla Cümənin evinə soxulanda onun arvadı Züleyxa xanım əlinə balta alıb əsgərlərə hücum edir. Deyir ki, "ay kafir, hara girirsən, burada naməhrəm qadınlar var". Bunu deyən kimi əsgərlər Züleyxa xanımı tüfənglə öldürürlər. Qızı Reyhan xanım və qonşu qadınlar arxa pəncərədən çıxıb meşəyə doğru qaçırlar. Üç gün onlar meşədə qalırlar. Bundan xəbər tutan Layısqı camaatı bu qadınları tapıb evlərinə gətirir".

Nəticəsinin danışdığına görə, kənd sakinləri Molla Cümənin və iki qonşusunun meyitlərini də tapırlar: "Necə ki, şəhidləri yumadan, kəfənləmədən öz paltarlarında dəfn edirlər, eləcə də Molla Cümə və qonşularını bu qaydada dəfn edirlər. Molla Cümə indiki məzarında qanlı paltarda dəfn olunub".

Molla Cümənin digər nəticəsi Məmməd Qurbanov isə aşığın evinin baxımsızlığından gileylənib: "İndi Molla Cümənin evini görməyə çox insanlar gəlirlər. Bir gün bura Zəlimxan Yaqub da gəlmişdi. Amma mən istərdim ki, bu ev təmir olunsun və Molla Cümənin ev muzeyi kimi tanınsın. Ev iki otaqlıdır. Bir otağı kəndin kitabxanası kimi istifadə olunur. Amma digər otaq istifadəyə yararsızdır. Ona görə də mən istəyirəm ki, bu ev abadlaşdırılsın".

Qurbanov babasının əkdiyi armud ağacını hələ də göz bəbəkləri kimi qoruduqlarını deyir: "Biz çalışmışıq ki, bu ağacın budaqlarını kəsməyək. Onu qoruyub saxlayaq. Mənim atam və anam da bu ağacı həmişə qoruyub".

Qeyd edək ki, 1966-cı ildə Şəkidə Aşıq Molla Cümənin şərəfinə kənd salınıb və kənd Cüməkənd adlandırılıb.

© Sputnik / Shahperi AbbasovaAşıq Molla Cumanın dəfn olunduğu məzarlığın girişi.
Aşıq Molla Cumanın dəfn olunduğu məzarlığın girişi - Sputnik Azərbaycan
1/12
Aşıq Molla Cumanın dəfn olunduğu məzarlığın girişi.
© Sputnik / Shahperi AbbasovaMolla Cumanın qəbri.
Molla Cumanın qəbri - Sputnik Azərbaycan
2/12
Molla Cumanın qəbri.
© Sputnik / Shahperi AbbasovaAşıq Molla Cuma 1854-cü ildə Şəkinin Aşağı Layısqı kəndində anadan olub.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
3/12
Aşıq Molla Cuma 1854-cü ildə Şəkinin Aşağı Layısqı kəndində anadan olub.
© Sputnik / Shahperi AbbasovaAbidə 1989-cu ildə "Ocaq" cəmiyyətinin təşəbbüsü ilə ucaldılmışdır.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
4/12
Abidə 1989-cu ildə "Ocaq" cəmiyyətinin təşəbbüsü ilə ucaldılmışdır.
© Sputnik / Shahperi AbbasovaAşıq Molla Cumanın Layısqı kəndindəki evi.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
5/12
Aşıq Molla Cumanın Layısqı kəndindəki evi.
© Sputnik / Shahperi Abbasovaİkiotaqlı evin bir otağlı kitabxana kimi fəaliyyət göstərir.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
6/12
İkiotaqlı evin bir otağlı kitabxana kimi fəaliyyət göstərir.
© Sputnik / Shahperi AbbasovaDigər otaq istifadəyə yararsız vəziyyətdədir.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
7/12
Digər otaq istifadəyə yararsız vəziyyətdədir.
© Sputnik / Shahperi AbbasovaAşıq Molla Cumanın evi.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
8/12
Aşıq Molla Cumanın evi.
© Sputnik / Shahperi AbbasovaMolla Cumanın nəticəsi Məmməd Qurbanov.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
9/12
Molla Cumanın nəticəsi Məmməd Qurbanov.
© Sputnik / Shahperi AbbasovaAşığın əkdiyi armud ağacı.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
10/12
Aşığın əkdiyi armud ağacı.
© Sputnik / Shahperi AbbasovaHabil Əzizov.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
11/12
Habil Əzizov.
© Sputnik / Shahperi AbbasovaAşığın qızı Reyhan xanımın evi.
Aşıq Molla Cuma - Sputnik Azərbaycan
12/12
Aşığın qızı Reyhan xanımın evi.
Xəbər lenti
0