2016-cı ildə bəşəriyyət kimləri itirdi?

10276
  • Devid Boui
  • Leonid Jabotinski
  • Alan Rikman
  • Umberto Eko
  • Natalya Kraçkovskaya
  • Zaha Hədid
  • Prins
  • Valentin Zorin
  • Məhəmməd Əli
  • Anton Yelçin
  • Pavel Şeremet
  • Fazil İskəndər
  • Joao Avelanj
  • İslam Kərimov
  • Mstislav Zapaşnı
  • Şimon Peres
  • Pxumipon Adulyadet
  • Vladimir Zeldin
  • Oleq Popov
  • Leonar Koen
  • Fidel Kastro
  • Heydər Camal
  • Andrey Karlov
  • Corc Maykl
Yola saldığımız il ölkəmiz və dünya üçün bir sıra mühüm hadisələrlə yadda qaldı

2016-cı ili geridə qoyduq. Ötən il ölkəmiz və dünya üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Bir sıra məşhur insanlar dünyadan köçdülər. Sputnik RİA-ya istinadən 2016-cı ildə dünyasını dəyişmiş məşhurlarla bağlı fotolent təqdim edir.

10276
  • Devid Boui
    © AFP / NILS MEILVANG

    Əfsanəvi Britaniya musiqiçisi Devid Boui yanvarın 11-də 69 yaşında vəfat edib. Rok musiqiçisinin ölümünə səbəb qaraciyər xərçəngi olub. Onun xəstə olduğunu yalnız ən yaxın dostları bilib.

  • Leonid Jabotinski
    © Sputnik / Yury Somov

    Yanvarın 14-də ağır atletika üzrə ikiqat dünya çempionu, Leonid Jabotinski 78 yaşında vəfat edib. O, dünyada 19, SSRİ-də isə 20 rekordu təzələyib.

  • Alan Rikman
    © AP Photo/ Joel Ryan/Invision

    Britaniya aktyoru Alan Rikman yanvarın 14-də 69 yaşında vəfat edib. Gənc nəsil onu “Harri Potter” filmindən professor Severus Sneqq rolu ilə tanıyır.

  • Umberto Eko
    © AFP / FRANCOIS GUILLOT

    Fevralın 19-da dünya şöhrətli italiyalı yazıçı və filosof, Umberto Eko 85 yaşında vəfat edib. "Qızılgülün adı", "Fukonun rəqqası", "Bir gün əvvəlki ada", "Baudolino", "Şahzadə Loananın sirli alovu", "Praqa məzarlığı" kimi romanları dünyada bestsellerə çevrilmişdi.

  • Natalya Kraçkovskaya
    © Sputnik / Vladimir Vyatkin

    Məşhur rusiyalı aktrisa Natalya Kraçkovskaya fevralın sonlarında Moskva şəhər xəstəxanasına yerləşdirilib, martın 3-də isə 77 yaşında dünyasını dəyişib.

  • Zaha Hədid
    © AFP / LEON NEAL

    Martın 31-də məşhur arxitektor Zaha Hədid 65 yaşında dünyasını dəyişib. Onun dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla, dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı Su Olimpiya İdman növləri Mərkəzi, Serpentin Sakler Qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət Mərkəzi, Çindəki Quançjou Opera Teatrı, Qlazqodakı Nəqliyyat muzeyi, Bakıdakı Heydər Əliyev Mərkəzinin binası və s. onun yaradıcılığının məhsuludur.

  • Prins
    © AP Photo/ Liu Heung Shing

    Məşhur amerikalı müğənni gitaraçı, bəstəkar və öz mahnılarının müəllifi Prins, aprelin 21-də 57 yaşında vəfat edib. Onun ölümünə səbəb narkotik maddəni artıq dozada qəbul etməsi olub.

  • Valentin Zorin
    © Sputnik / Vitaly Belousov

    Əfsanəvi sovet və Rusiya jurnalisti Valentin Sergeyeviç Zorin aprelin 27-də Moskva klinikalarının birində 92 yaşında ölüb.

  • Məhəmməd Əli
    © AP Photo/ Chris Pizzello

    İyun ayında Finiksdəki xəstəxanalardan birində əfsanəvi boks ustası Məhəmməd Əli 75 yaşında vəfat edib. O, 30 ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi, lakin ölümünə səbəb, səbəbləri elmə məlum olmayan septik şok olub.

  • Anton Yelçin
    © Sputnik / Yekaterina Chesnokova

    İyunun 19-da rus əsilli Amerika aktyoru Anton Yelçin San-Fernando vadisində dünyasını dəyişib. Dostları aktyorun yanmış cəsədini qəzaya uğramış "Jeep Grand Cherokee" markalı avtomobillə giriş darvazasına bərkidilmiş kərpic poçt yeşiyi arasında tapıblar.

  • Pavel Şeremet
    © Sputnik / Ramil Sitdikov

    İyulun 21-də məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilin partlaması səbəbindən dünyasını dəyişib.

  • Fazil İskəndər
    © Sputnik / Vladimir Vyatkin

    Dünya şöhrətli yazıçı Fazil İskəndər iyulun 31-də 87 yaşında vəfat edib.

  • Joao Avelanj
    © AFP / ANTONIO SCORZA

    Avqustun 16-da Beynəlxalq Futbol Federasiyaları İttifaqının (FIFA) sabiq rəhbəri Joao Avelanj 101 yaşında vəfat edib.

  • İslam Kərimov
    © Foto: Brendan Smialowski/Pool Photo via AP

    Sentyabrın 2-də Özbəkistan prezidenti İslam Kərimov insult nəticəsində vəfat edib. O, 1991-ci ildən ölümünə qədər Özbəkistana rəhbərlik edib.

  • Mstislav Zapaşnı
    © Sputnik / Vladimir Fedorenko

    Məşhur sovet və rus sirk ustası Mstislav Zapaşnı sentyabrın 22-də 79 yaşında ölüb.

  • Şimon Peres
    © AP Photo/ Oded Balilty

    İsrailin sabiq prezidenti, Nobel sülh mükafatının laureatı, Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. O, insult keçirdikdən 2 həftə sonra xəstəxanada keçinib.

  • Pxumipon Adulyadet
    © AFP / CHRISTOPHE ARCHAMBAULT

    Tailand kralı Pxumipon Adulyadet (IX Rama) oktyabrın 13-də 89 yaşında ölüb.

  • Vladimir Zeldin
    © Sputnik / Vitaly Belousov

    Sovet və rus kino və teatrının patriarxı Vladimir Zeldin oktyabrın 31-də 102 yaşında vəfat edib.

  • Oleq Popov
    © Sputnik / Aleksey Danichev

    Noyabrın 2-də əfsanəvi kloun Oleq Popov Rostovda qastrol zamanı 87 yaşında vəfat edib. O, həyatının son 30 ilini Almaniyada yaşayıb və Rusiyanın bir neçə şəhərinə qastrola getməyi planlaşdırmışdı.

  • Leonar Koen
    © Sputnik / Ruslan Krivobok

    Məşhur kanadalı müğənni və aktyor Leonar Koen ömrünün 84-cü ilində Los Ancelesdə həyata əlvida deyib. Müğənninin vəfatı barədə məlumatlar noyabrın 11-də yayılsa da, onun 7 noyabr gecəsi öldüyü məlum olub.

  • Fidel Kastro
    © AFP / STIG NILSSON

    Noyabrın 25-də 90 yaşında Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro dünyasını dəyişib. 50 ilə yaxın dövləti idarə edən Kastro səhhətinə görə 2006-ci ildə bütün vəzifələrindən getmiş və hakimiyyət başına qardaşı Raul Kastro keçmişdi.

  • Heydər Camal
    © Sputnik / Grigory Sysoyev

    Dekabrın 5-də Rusiya İslam Komitəsinin sədri Heydər Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.

  • Andrey Karlov
    © Sputnik / Maksim Blinov

    Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib.

  • Corc Maykl
    © AP Photo/ Francois Mori

    Dekabrın 25-də 53 yaşlı britaniyalı pop ulduzu Corc Maykl həyatdan gedib. Onun ölümünün səbəbi hələlik rəsmən açıqlanmayıb.

Teqlər:
2016, məşhur, dünya, ölüm, vəfat, insan
Əlaqədar
Direktor müavini vəfat edib
Şair İlyas Tapdıq vəfat edib
Bu rayonun polis rəisi vəfat etdi
Fidel Kastro vəfat edib
Xalq yazıçısının həyat yoldaşı vəfat etdi
Tanınmış kloun vəfat etdi
Azərbaycan millisinin sabiq baş məşqçisi qəflətən vəfat edib
Bakıda professor dərs zamanı vəfat etdi
İsrailin əfsanəvi lideri vəfat edib