Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 18 dek — Sputnik. Azərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub. Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir.
Tikilinin üzərində qırmızı kərpic və kaşıdan (bəzək əşyası) istifadə olunaraq, 200 dəfədən çox "Allah" sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür. Buna görə də abidəyə, həm də "Allah-Allah" türbəsi də deyilir.
Uzun illər baxımsız qalan türbənin, ilk dəfə bərpasına ötən əsrin 50-ci illərində başlanıb. Səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib. Üstəlik, üzərinə qoyulan ağır beton konstruksiya abidədə çatların əmələ gəlməsinə səbəb olub.
Türbənin şimal və cənub hissələrindəki kitabələr, həmçinin kaşıdan istifadə olunaraq yazılan "Quran" ayələri, sonradan silinib. Mədəniyyət və Turizm Nazirliyinin Bərdə rayon şöbəsinin müdiri İlyas Hacıyevin Sputnik-ə verdiyi məlumata görə, həmin vaxt türbənin restavrasiyası erməni əsilli ustalara həvalə olunub və bütün bunlar məqsədyönlü şəkildə türbənin dağıdılmasına hesablanıb.
"60 ildən sonra isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən türbənin bərpasına başlanıb. Hazırda abidənin bərpası prosesində, yerli ustalarla yanaşı, xarici mütəxəssislər də iştirak edirlər", — Hacıyev bildirib.
Onun sözlərinə görə, istifadə olunan materiallar, əsasən Təbriz və Zəncan şəhərlərindən gətirilir: "Türbənin qədimliyini qorumaq məqsədiylə, daxili hissəsi layihəyə əsasən, sarı torpaq, acıdılmış arpa samanından əldə olunan məhlul və keçi tükündən ibarət xüsusi qarışımdan istifadə olunaraq bərpa olunur. Bərpa işlərinin gələn ilin ortalarına qədər başa çatması planlaşdırılır. Abidə ilə yanaşı, onun ətrafında da abadlıq işləri aparılacaq və türbə turizm marşrutuna salınacaq".
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Bərdə türbəsi
Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.
TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.
Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.

İndoneziyanın Yava adasında Merapi vulkanı aktivləşib. Ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin məlumatına görə, son altı saatda 50 metr hündürlükdə 36 püskürmə qeydə alınıb.
Lava axınları vulkanın cənub-qərb ətəkləri ilə 1,5 km hündürlükdə axır.
Şərqi yava vilayətində isə Smeru vulkanı oyanıb. Vulkanın püskürməsi nəticəsində 4,5 km hündürlüyə kül və tüstü qalxıb.
Qeyd edək ki, İndoneziyada 130 aktiv vulkan var. Onlardan ən təhlükəlisi 2968 metr hündürlükdə yerləşən Merapi vulkanı sayılır. 2010-cu ildə Merapi vulkanının püskürməsi zamanı 347 nəfər ölmüşdü.
İndoneziyada Merapi vulkanının püskürməsi.
İndoneziyada Merapi vulkanının püskürməsi zamanı insanlar.
İndoneziyada Semeru vulkanının püskürməsi zamanı küçə ilə gedən kişi.
İndoneziyada Semeru vulkanının püskürməsi.
İndoneziyada Semeru vulkanının püskürməsi.
İndoneziyada Semeru vulkanına mənzərə.
İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində tüstü və kül.
İndoneziyada Semeru vulkanının püskürməsi zamanı lava.
İndoneziyada Semeru vulkanına mənzərə.
İndoneziyada Semeru vulkanının püskürməsindən sonra küllə örtülü tarlada fermer.
BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.
Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".
O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".