Bir eşqin naləsini ifadə edən “Sarı gəlin” təqdim olundu

89
  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası

Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan musiqinin qədim incisi, xalq mahnısı “Sarı gəlin” mahnısının tarixi faktlar əsasında səhnələşdirilmiş tamaşasının təqdimatı olub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər. 

Üç hissədən ibarət layihənin 1-ci bölümündə qonaqlar teatrın foyesində qurulmuş “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olublar. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilmiş qədim musiqi alətləri olan cəng, çəqanə, rud və s., eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərlə tanış olublar. Burada həmçinin milli ornamentli xalçalarımıza baxış keçirib, milli və tətbiqi sənət nümunələri nümayiş etdirilib.  

Daha sonra teatrın zalında “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçirilib. Videomaterialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş etdirilib.

Filmdən sonra isə, “Sarı gəlin” tamaşası təqdim olunub. Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunmuş layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanması və təbliğ edilməsidir. 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşasının rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.

Qeyd edək ki, “Sarı gəlin” mahnısı oğuz igidlərindən biri olan Xaqan adlı gəncin Flavian adlı (Flavian sözünün yunancadan tərcüməsi “sarı” deməkdir. Adın Azərbaycan versiyası Saradır) yunan gözəlinə olan sevgisindən yaranmış bir eşq naləsidir. Flavianın atası, qızını siyasətin qurbanına çevirərək, Lakabos adlı yunan sərkərdəsinə ərə vermək istəyir. Bundan xəbər tutan Xaqan qızı qaçırır. Az sonra, Xaqan toy rüxsəti almaq üçün Qazan xanın yanına gedir. Bundan istifadə edən Lakabos Flaviana sahib çıxmağa çalışır. Öz təmiz sevgisini ləkədən qorumaq üçün, Flavian özünü Arpa çayına atır və elə bu hadisədən də, Azərbaycan musiqisinin daha bir incisi “Apardı sellər Saranı” mahnısı yaranır.

89
  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Qədim musiqi ailətləri rud və rübab.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Tar, kamança və qaval.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Simli musiqi aləti – kanon.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təqdim olunmuş qədim musiqi ailətləri.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Gənclər və İdman naziri Azad Rəhimov sərgi ilə tanış olarkən.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Qonaqlara, həmçinin, qədim eskizlər əsasında Bakı Milli Geyim Evi tərəfindən tikilmiş geyim nümunələri də təqdim edilmişdi.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Tətbiqi incəsənət nümunələri olan xalçalar da sərginin eksponatları arasında idi.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Balış və mütəkkələr.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Azərbaycan milli geyim nümunələri.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Səhnələşdirilimiş tamaşa 150 nəfərlik heyətin əməyinin bəhrəsidir.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    “Sarı gəlin” mahnısı qədim oğuz türk qəbilələrinin yaşadığı yerlərdə məşhurdur.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Xaqan adlı gənc aşiq olduğu Flavian adlı yunan qızını qaçırdır.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    “Sarı gəlin” – öz sevgilisinin həsrətindən yanan bir gəncin qəmli mahnısıdır.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Flavian, onu zorla sərkərdə Lakabosa vermək istəyən atasının siyasi ambisiyalarının qurbanıdır.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Ancaq Xaqan öz sevgilisini qaçırtmağa nail olur.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Gənclərin bu əməli oğuzlarla Lakabosun ordusu arasında müharibəyə səbəb olur.

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Məhəbbəti uğrunda sonadək mübarizə aparmağı qətiləşdirən yunan gözəli, Xaqandan ayrı düşməmək üçün özünü Arpaçaya atır

  • “Sarı gəlin” mahnısının səhnələşdirilmiş tamaşası
    © Sputnik / Murad Orujov

    Milli musiqi incilərindən olan “Apardı sellər Saranı” da bu hadisəyə həsr edilib.