Azərbaycanda bu da varmış gölün içində qəbiristanlıq

1057
(Yenilənib 16:46 28.11.2016)
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Hacı Cəfərqulu hamamı
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
Sakinlər burada balıq tuturlar. Gölün bir hissəsi balıq tutanların məskəni, digər tərəfi isə məzarlıqdır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 okt — Sputnik. Bakının bir qəsəbəsi (kənd də hesab olunur) var. Deyilənə görə, burada iki min il əvvəl də yaşayış olub.

"Kürdəxanı" sözünün bir neçə mənası var. Bəzi mənbələrdə bu yerin adının mənası "bıçaq düzəldilən yer" kimi verilir. Tarixi mənbələrə görə, əvvəllər bu yer 3 tərəfdən dənizlə əhatə olunubmuş, sonradan su çəkilib. Kürdəxanı həm də tarixi abidələrin beşiyidir.

Zabratın su altında qalmış küçələri
© Sputnik / Irade JELIL

Bir müddət öncə yolum bu qəsəbədən düşmüşdü. Ərazini gəzib tarixi abidələrlə tanış oldum, sakinlərlə söhbətləşdim. Maraqlı, sakit, səssiz və bir az da sirli kənddir Kürdəxanı.

Burada hamının "Yamin qalası" adı ilə tanıdğı uçuq bir qala var. Qalanın tarixçəsi də maraqlıdır. Kənd sakini Hacıbala dayı onun tarixçəsini danışır: "Deyilənə görə, bir gənc oğlan varmış. Bir gün bu gənc ruhi xəstəliyə tutulur. Kənd əhli nə qədər çalışsa da, oğlanın xəstəliyi keçmir. Hamı onun vəziyyətini başa düşüb, ona ianələr verirmiş. Yamin heç də hamının düşündüyü qədər ağılsız deyilmiş. Pulu toplayıb, daş alır və qala tikməyə başlayır. İstəmir ki, öləndən sonra unudulsun. Bir gün qala tikilib hazır olur. Və o gündən sonra hamı həmin qalanı "Yamin qalası" adlandırır".

Kəndin mərkəzi küçələri səliqəli olsa da, kənar küçələr demək olar ki, baxımsızdır. Kürdəxanıda vəziyyət digər qəsəbələrlə müqayisədə daha acınacaqlıdır. Ən dəhşətlisi isə odur ki, qəsəbə qəbirstanlığının bir hissəsi tamamilə su içindədir. Qəbirləri su basıb.

Və daha da ilginc tərəfi var. Bu ərazidə qəsəbə sakinləri heyvan otarır, qəbirləri də ağuşuna almış göldə balıq tuturlar. Yəni gölün bir hissəsi balıq tutanların məskəni, digər tərəfi isə məzarlıqdır.

Kənd sakini Bədirin sözlərinə görə, burada tutulan balıqlar satış üçün deyil: "Əksəriyyəti özü üçün tutur. Çünki balıqlar çox balacadır. Ancaq bəzi balıqçılar var ki, imkansızlıqdan, tutduqları balığı satıb evinə çörək pulu aparırlar".

Həvəskar balıqçı Əlövsət kişi isə, buraya əsəblərini sakitləşdirmək üçün gəldiyini deyir: "Təqaüdə çıxandan sonra evdə darıxıram. Elə ki, axşamüstü olur, tilovu götürüb gəlirəm bura. Günün altında çox qalmaq olmaz. Amma hava qaralana qədər 2-3 kilo balıq tutmaq olur. Bəzən isə, ümumiyyətlə balıq çıxmır tilova".

Ərazidə qamışlar insan boyunu keçib. Ayağını yerə basanda topuğuna qədər palçığa batırsan, ayağını palçıqdan güclə çıxarırsan. Torpağı da gillidir.

Yerli əhali əvvəllər bu ərazilərdə yaşayış olmadığını, sonradan müxtəlif bölgələrdən insanların gəldiklərini və kəndin bataqlıq, göl olan hissəsində məskunlaşdıqlarını deyir. Kəndin mərkəzində torpağın sotu 5000 manata olsa da, bu yerlərdə qiymət 1500 manatdır. Bu da imkansız təbəqə üçün çox əlverişlidir. Amma bir problem var ki, yayda üfunət, milçək, ağcaqanad əlindən tərpənmək olmur.

Kürdəxanı o qədər böyük kənd olmasa da, bir çox istedadlar yetişdirib. Vasim Məmmədəliyev, Baba Pünhan, Xanım Qafarova, İlhamə Quliyeva kimi tanınmışlar bu kənddə doğulub-böyüyüblər.

P. S.

Kürdəxanıda son illər müəmmalı hadisələr baş verir. Xüsusən də son 5 ildə 113 nömrəli məktəbin şagirdlərinin intiharı bu qəsəbədə hələ də müzakirə mövzusudur. Bu barədə isə sonrakı yazıda tanış olacaqsınız…

1057
  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Bəzi mənbələrə görə, əvvəllər Kürdəxanı üçtərəfdən dənizlə əhatə olunubmuş.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Qəsəbədəki "Yamin qalası".

  • Hacı Cəfərqulu hamamı
    © Sputnik / Irade JELIL

    Hacı Cəfərqulu hamamı.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Qəsəbədəki bu hamam XII əsrə aiddir.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Hazırda qala yarımuçuq vəziyyətdədir.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Buradakı qəbiristanlığın bir hissəsi qəsəbədəki gölün içinə düşür.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Bu göldə kürdəxanılılar həm də balıq tuturlar.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Kəndin bu hissəsindəki qamışlar insan boyunu keçib.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Kürdəxanının bu hissəsində əvvəllər yaşayış yox imiş.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Sonradan müxtəlif bölgələrdən insanların gəlmiş insanlar burada ev-eşik salıblar.

  • Kürdəxanı qəsəbəsi
    © Sputnik / Irade JELIL

    Qəsəbənin bu tərəflərində torpağın qiməti çox ucuz olsa da, ancaq yayda üfunət iyindən, milçək və ağcaqanad əlindən tərpənmək olmur.

Teqlər:
göl, "Yamin qalası", Kürdəxanı, kənd, qəsəbə, qəbiristanlıq, Bakı
Əlaqədar
Azərbaycanın "Qabrovo"sunda unudulmaz gün
Unudulmaq üzrə olan qədim arx və çarəsiz insanlar...
Kənd sakinlərinin səsinə səs verən yoxdur
"Taleyin ümidinə qalmışıq..."
"Başımıza daha böyük bəlalar gəlmədən bu problemi həll etsinlər"
Bu kənddə almanların ruhu dolaşır

Prezident İlham Əliyevin Ağdam səfəri FOTOlarda

27
(Yenilənib 23:04 23.11.2020)
Azərbaycanın dövlət başçısı ilk dəfə olaraq noyabrın 20-də işğaldan azad olunmuş Ağdam şəhərində olub.

Xəbər verildiyi kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Rayon 1993-cü il iyulun 23-də işğal edilmişdi. 

 

27
  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində dövlət bayrağını qaldırır

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində dövlət bayrağını qaldırır

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərindəki Cümə məscidində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

  • © Official website of President of Azerbaijan Republic

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

"Ruhlar şəhəri"nin azadlıq rəmzi Ağdamın Cümə məscidi - FOTO

21
(Yenilənib 14:10 23.11.2020)
Dağıdılmış Ağdamda möcüzə nəticəsində məhv olmayan məscid təkcə memarlıq abidəsi, iki müharibə görmüş məbəd deyil, eləcə də işğaldan azad edilmiş şəhərin rəmzidir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı üçtərəfli razılaşma əsasında erməni işğalından azad edilmiş Ağdam rayonunun ərazisində salamat qalmış tikinti tapmaq çətindir. “Ruhlar şəhəri”nə çevrilmiş Ağdamın fonunda yeganə nəzərə çarpan tikili tam dağıdılmamış Cümə məscididir.

Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağın təkrarolunmaz üslubunda tikilib. Oxşar məscidlər Bərdə, Şuşa, Füzuli və Horadizdə də inşa edilib.

Məscid iki müharibə görüb, dəhşətlərin şahidi olub – 1992-ci ildə Xocalı soyqırımı qurbanlarının nəşlərini Ağdama çatdıraraq bu məscidə gətiriblər. İndi isə, 27 illik işğaldan sonra, məscidin ərazisini təmizləyib sahmana salıblar, Azərbaycan bayrağı cancıblar, burada yenidən azan oxunaraq namaz qılınıb.

Sputnik-in fotomüxbiri Ağdam xarabalıqları arasında ucalan Cümə məscidinin unikal şəkillərini çəkə bilib. Həmin şəkilləri təqdim edirik.

21
  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidi.

  • © Sputnik / Aleksey Kudenko

    Cümə məscidindən Ağdam şəhərinə mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidi.

  • © Sputnik / Aleksey Kudenko

    Cümə məscidindən Ağdam şəhərinə mənzərə.

  • © Sputnik / Aleksey Kudenko

    Cümə məscidindən Ağdam şəhərinə mənzərə.

  • © Sputnik / Yuriy Voytkevich

    Müsəlmanlar Ağdamın Cümə məscidində namaz qılırlar.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidi.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidinin minarələri.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidində qadın.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidi.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidinin minarəsi.

  • © Sputnik / Aleksey Kudenko

    İnsanlar Ağdamda Cümə məscidinin ətrafını təmizləyirlər.

  • © Sputnik / Aleksey Kudenko

    İnsanlar Ağdamda Cümə məscidinə baxırlar.

  • © Sputnik / Aleksey Kudenko

    Ağdamda Cümə məscidində namaz qılan kişi.

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0