Buradakı insanların ən kiçiyinin 113 yaşı var

684
(Yenilənib 12:13 30.08.2016)
  • Lerik rayonu Azərbaycanda həmişə uzunömürlülər diyarı kimi tanınıb
  • Bu dağlıq rayonunun havası, suyu, təbiəti insanı uzun illər sağlam və gümrah saxlayan səbəblərdən sadəcə bir neçəsidir
  • Lerikdəki Uzunömürülülər muzeyi Azərbaycanda yeganə belə mədəniyyət ocağıdır
  • Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir
  • Muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var
  • Muzeyin direktoru Dilarə xanım Fətullayeva
  • Şirəli Müslümov 168 illik ömrünün 150 illini çobanlıq etmişdi
  • 101 il ömür sürmüş Fazil Rzayev
  • Üç əsrin şahidi Rza Hüseynov
  • Muzeydəki qədim məişət əşyaları
  • Uzunömürlülüyün və sağlamlıq ən əsas səbəblərindən biri də təbii otlar və bitkilərdir
  • Xatirə əşyaları və məktublar
  • Kitab guşəsi
  • Əcnəbilərin də muzeyə marağı böyükdür
  • Almaniyalı tələbələr Lerik Rayon Uzunömürlülər Muzeyində
  • Əcnəbi tələbələr 116 yaşlı Söhbət Fərzəliyevlə
  • Söhbət kişinin öz sözlərinə görə yaşı 116-nı ötüb
  • Muzeyin eksponatları alman tələbələrdə böyük marağa səbəb oldu
  • Yay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur
  • Lerikə dincəlməyə gələn turistlər muzeyə mütləq baş çəkirlər
  • 2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub
  • Almaniyanın Dortmund vilayətindən olan 20 nəfərlik məktəbli qrup
Azərbaycanda fəaliyyət göstərən uzunömürlülər muzeyinin analoqu yoxdur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 30 avq — Sputnik. İnsanlar hər zaman çox yaşamaq arzusunda olublar və tarixən buna nail olunması istiqamətində saysız-hesabsız cəhdlər edilib. Alimlər də zaman-zaman uzunömürlülüyün sirri üzərində baş sındırıblar.

Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki qədim kilsə
© Sputnik / Rahim Muradov

Bu istiqamətdə gəlinən ən mühüm qənaət genetik kodlarla əlaqəlidir. Belə ki, alimlər 100 il və daha artıq yaşayan insanların genlərinin qocalmadan güclü müdafiə sisteminə malik olduğunun şahidi olublar.

Bununla belə, bəzi yaşlıların genlərində xəstə hüseyrələr də aşkarlanıb. Amma genlərdə olan özünümüdafiə sistemi o qədər güclüdür ki, hətta zərərli hüceyrləri dirçəlməyə imkan vermir.

Şərq təbiblərinin və müdriklərinin isə uzunömürlülüklə bağlı mühakimələrinin, sağlamlığa fərdi yanaşmalarının, təbii vasitələrdən istifadə etmələrinin, Şərq xalq təbabətinin möcüzələrinin bir çoxu bizə də məlumdur. Bütün bunlarla yanaşı, Şərq təbabəti uzunömürlü olmaq üçün bir sıra qaydalara riayət etməyi tövsiyə edir. Belə baxdıqda bu qaydalar çox sadə, insandan xüsusi iradə, vaxt və vəsait tələb etməyən qaydalardır.

Amma bu sadəliyin arxasında uzun və sağlam bir ömür dayanır. Sadəcə tənbəlliyi atıb bu tövsiyələrə əməl etmək lazımdır. Lakin bəzi insanların uzun ömürlü olmasına onların yaşadıqları mühit və ya məkan da təsir edir.

Azərbaycanda ən çox uzunömürlü insanlar sırasında Lerik rayon sakinləri xüsusi yer tutur. Dağlıq olan bu rayonda yaşayan uzunömürlülərin sayı digər bölgələrə nisbətən daha çoxdur. Elə bu səbəbdəndir ki, Azərbaycanda yalnız Lerikdə Uzunömürülülər muzeyi mövcuddur.

Sözügedən muzey haqqında şifahi məlumatım vardı. Uzunömürlülər muzeyi Talış dağlarının qoynunda yerləşən Lerik rayonunun mərkəzində yerləşir. Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir.

2010-cu ildə prezident İlham Əliyevin iştirakı ilə, muzeyin hazırda fəaliyyət göstərdiyi binanın açılışı olub. Muzeyin direktoru Dilarə Fətullayeva Sputnik əməkdaşlı ilə söhbətində bildirdi ki, hazırda muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.

"Muzeyimiz dünya üzrə yeganə muzeydir. Səbəb də odur ki, rayonumuzda uzunömürlülər digər rayonlardan çoxdur və bu muzeydə uzunömürlülərin şəxsi əşyaları və onların fotoları var. Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. Dədə-babalarımıza aid etnoqrafik materiallar — geyimləri, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır".

Dilarə xanım muzeyə çoxlu sayda xarici qonaqların gəldiyini də qeyd edib: "Bizim muzeyə maraq həddən artıq böyükdür. Xarici ölkələrdən qonaqlarımız çox olur. Muzeyimizdə İordaniyanın, İsrailin, Belçikanın və Fransanın səfirləri qonaq olublar. Bunlardan başqa, Rusiya, Türkiyə, Ukrayna və Almaniyadan gələnlər də olub".

"Yay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur. Belə ki, rayon ərazisində dincəlməyə gələn turistlər muzeyimizə də baş çəkirlər. Stendlərdə gördüyünüz şəkillər muzeyimizə fransalı fotoqraf Frederik Laşop tərəfindən hədiyyə edilib. 2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub", — direktor vurğulayıb.

Onun sözlərinə görə, qonaqlar arasında ölkəmizin digər bölgələrindən gələn məktəblilər üstünlük təşkil edirlər: "Bundan əlavə, "Ölkəmizi tanıyaq" adlı layihədə iştirak edən, Azərbaycanın digər rayon və şəhərlərindən olan məktəblilər də Lerikə təşkil olunan ekskursiya vaxtı muzeydə olublar".

Qeyd edək ki, hazırda rayonda yaşayan, özünün dediyinə əsasən, 116 yaşı olan Söhbət Fərzəliyev də daim muzeyə baş çəkir. Bundan əlavə, muzeydə olduğumuz zaman Almaniyanın Dortmund vilayətindən olan, 20 nəfərlik məktəbli qrupun da muzeyi ziyarətə gəldiyinin şahidi olduq.

684
  • Lerik rayonu Azərbaycanda həmişə uzunömürlülər diyarı kimi tanınıb
    © Sputnik / Rahim Zakiroğlu

    Lerik rayonu Azərbaycanda həmişə uzunömürlülər diyarı kimi tanınıb.

  • Bu dağlıq rayonunun havası, suyu, təbiəti insanı uzun illər sağlam və gümrah saxlayan səbəblərdən sadəcə bir neçəsidir
    © Sputnik / Rahim Zakiroğlu

    Bu dağlıq rayonunun havası, suyu, təbiəti insanı uzun illər sağlam və gümrah saxlayan səbəblərdən sadəcə bir neçəsidir.

  • Lerikdəki Uzunömürülülər muzeyi Azərbaycanda yeganə belə mədəniyyət ocağıdır
    © Sputnik / Rahim Zakiroğlu

    Lerikdəki Uzunömürülülər muzeyi Azərbaycanda yeganə belə mədəniyyət ocağıdır.

  • Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir
    © Sputnik / Rahim Zakiroğlu

    Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir.

  • Muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var
    © Sputnik / Rahim Zakiroğlu

    Muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.

  • Muzeyin direktoru Dilarə xanım Fətullayeva
    © Sputnik / Rahim Zakiroğlu

    Muzeyin direktoru Dilarə xanım Fətullayeva.

  • Şirəli Müslümov 168 illik ömrünün 150 illini çobanlıq etmişdi
    © Sputnik / Rahim Zakiroğlu

    Şirəli Müslümov 168 illik ömrünün 150 illini çobanlıq etmişdi.

  • 101 il ömür sürmüş Fazil Rzayev
    © Sputnik / Rahim Zakiroğlu

    101 il ömür sürmüş Fazil Rzayev.

  • Üç əsrin şahidi Rza Hüseynov
    © Sputnik / Rahim Zakiroğlu

    Üç əsrin şahidi Rza Hüseynov.

  • Muzeydəki qədim məişət əşyaları
    © Sputnik / Rahim Zakiroğlu

    Muzeydəki qədim məişət əşyaları.

  • Uzunömürlülüyün və sağlamlıq ən əsas səbəblərindən biri də təbii otlar və bitkilərdir
    © Sputnik / Rahim Zakiroğlu

    Uzunömürlülüyün və sağlamlıq ən əsas səbəblərindən biri də təbii otlar və bitkilərdir.

  • Xatirə əşyaları və məktublar
    © Sputnik / Rahim Zakiroğlu

    Xatirə əşyaları və məktublar.

  • Kitab guşəsi
    © Sputnik / Rahim Zakiroğlu

    Kitab guşəsi.

  • Əcnəbilərin də muzeyə marağı böyükdür
    © Sputnik / Rahim Zakiroğlu

    Əcnəbilərin də muzeyə marağı böyükdür.

  • Almaniyalı tələbələr Lerik Rayon Uzunömürlülər Muzeyində
    © Sputnik / Rahim Zakiroğlu

    Almaniyalı tələbələr Lerik Rayon Uzunömürlülər Muzeyində.

  • Əcnəbi tələbələr 116 yaşlı Söhbət Fərzəliyevlə
    © Sputnik / Rahim Zakiroğlu

    Əcnəbi tələbələr 116 yaşlı Söhbət Fərzəliyevlə.

  • Söhbət kişinin öz sözlərinə görə yaşı 116-nı ötüb
    © Sputnik / Rahim Zakiroğlu

    Söhbət kişinin öz sözlərinə görə yaşı 116-nı ötüb.

  • Muzeyin eksponatları alman tələbələrdə böyük marağa səbəb oldu
    © Sputnik / Rahim Zakiroğlu

    Muzeyin eksponatları alman tələbələrdə böyük marağa səbəb oldu.

  • Yay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur
    © Sputnik / Rahim Zakiroğlu

    Yay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur.

  • Lerikə dincəlməyə gələn turistlər muzeyə mütləq baş çəkirlər
    © Sputnik / Rahim Zakiroğlu

    Lerikə dincəlməyə gələn turistlər muzeyə mütləq baş çəkirlər.

  • 2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub
    © Sputnik / Rahim Zakiroğlu

    2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub.

  • Almaniyanın Dortmund vilayətindən olan 20 nəfərlik məktəbli qrup
    © Sputnik / Rahim Zakiroğlu

    Almaniyanın Dortmund vilayətindən olan 20 nəfərlik məktəbli qrup.

Teqlər:
Lerik Rayon Uzunömürlülər Muzeyi, Dilarə Fətullayeva, ömür, uzunömürlülük, uzun ömür, Talış dağları, ölüm, Lerik, həyat, muzey, insan
Əlaqədar
Azərbaycan muzeylərində əcnəbiləri nə təəccübləndirir?
Azərbaycan Xalça Muzeyi ətrafında qalmaqal
Üç tona yaxın pulun nümayiş etdirildiyi muzey çöküb
Beynəlxalq Muzeylər Günü
Saatlıda muzey günü qeyd edildi