Məşhur "Tarixi Nadir" haqda bilmədiyimiz faktlar kitabın sahibi danışdı

9476
(Yenilənib 15:00 13.07.2016)
  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı

Bütün azərbaycanlıların dilində aforizmə çevrilən kitab Azərbaycanın Masallı rayonunda bir nəfərin evində qorunub saxlanılır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Kitab nəşrinin tarixi çox qədim dövrlərə gedib çıxır. Təbii ki, ilk əvvəl şifahi ədəbiyyat yaranıb, daha sonra yazılı ədəbiyyata köçürülüb. Ən qədim dövrlərdə kitablar daş, papirus, dəri kimi materiallar üzərində yazılıb.

Bizim eranın 105-ci ilində kağız kəşf olunduqdan sonra kitab işi bir qədər sürətlənməyə başladı, daha sonra isə kitab emalatxanaları yaradıldı. Buna N. Tusinin Marağa rəsədxanasının nəzdində fəaliyyət göstərən Marağa Kitab Emalatxanasını misal göstərmək olar.

Təbriz yaxınlığında Rəşidiyyə Universitetinin özünün kitabxanası və kitab emalatxanası da olub. O dövrdə kitabın ərsəyə gəlməsi üçün xəttatlar bir-bir kitabları köçürürdülər. Bu, çox gərgin əmək və vaxt tələb edirdi və elə kitablar olurdu ki, 3-5 ilə başa gəlirdi.

Məşədi İbadın yarıya qədər oxuduğu "Tarixi Nadir"

Azərbaycanda isə ilk dəfə 1594-cü ildə Nəsrəddin Tusinin "Təhridi-iqlidis evklidi həndəsənin şərhi" kitabı ərəb dilində çap olunub. Kitabların getdikcə məşhurlaşdığı dövrdə də təbii ki, o vaxt hakimiyyətdə olan hökmdarlar da özləri haqqında kitab çap etdirirdilər.

Belə kitablardan biri də məşhur "Tarixi Nadir" kitabıdır. "Tarixi Nadir" kitabı 1736-1747-ci illərdə hakimiyyətdə olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir Şah haqqındadır. O, Azərbaycan, Türküstan və Hindistanın şahı olub.

Bəzi tarixçilər ona hərbi nailiyyətlərinə görə "Şərqin Napoleonu" və ya "İkinci Makedoniyalı İskəndər" ləqəblərini veriblər. Dahi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında Məşədi İbadın dediyi "Mən özüm "Tarixi Nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?" ifadəsi də məhz bu kitab haqqındadır.

Məşədi İbadın bu sözləri sonradan məşhur zərbi-məsələ çevrildi. İndi də adətən nəyisə anlamayanda bu cümləni çoxumuz istifadə edirik. Çoxlarımız da "Tarixi Nadir" kitabının 3 səhifədən ibarət olduğunu zənn edirik.

"Usta dedi ki, "Tarixi Nadir" satıram"

Kitabın əslində neçə səhifədən ibarət olması sualı məni Masallının Ərkivan qəsəbəsinə gətirdi. Niyə məhz Ərkivana? Çünki kitab Ərkivan qəsəbə sakini, kəndin din xadimlərindən olan Hacı Həmid Məmmədov tərəfindən qorunur.

Hacı Həmid 1965-ci ildə Masallının Ərkivan qəsəbəsində doğulub. Dini təhsilini isə babası Məmməd kişidən alıb.

"Gənc yaşlarımdan İslam dininə böyük marağım var idi. Keçən əsrin 70-ci illərində babam bizə "Quran" dərsi keçirdi. Yəni bizlərdə "Quran" dərsi deyirlər, amma əslində dini təhsildir. Bir dəfə babam mənə qədim "Qurani-Kərim" hədiyyə etdi. Dediyim kimi, kitab qədimi idi və təmirə ehtiyacı var idi. O vaxtlar kitab təmir edən ustalar çox idi. Kitab təmiri deyəndə, kitabın cırılan hissəsini, üzlüyünü yapışdırıb və ya bərpa etmək, pozulan yazıları xüsusi ustalıqla yenidən bərpa etmək nəzərdə tutulurdu".

Onu babasından hədiyyə olan "Quran"ı da rayonun Bədəlan kəndindəki bir kitab ustasının yanına aparırlar: "Bir həftədən sonra "Quran"ı götürməyə gedəndə usta atama dedi ki, "məndə "Tarixi Nadir" kitabı var, satıram". Təxminən, 1977 və ya 1978-ci illərdə olub bu hadisə. Rəhmətlik atam da o vaxtkı 65 Sovet rubluna bu kitabı mənə aldı. O vaxtdan kitab atamdan yadigar olaraq məndədir".

147 səhifəlik orijinal tarixi kitab

Maraqlısı budur ki, Hacı Həmidin "Tarixi Nadir" kitabının əslinə sahib olması 2009-cu ildə üzə çıxıb. O, bu illər ərzində həmin kitabı evdə həm atasından yadigar olaraq, həm də qədim kitab kimi qoruyub saxlayıb.

"2009-cu il idi, Həcc ziyarətindən təzə gəlmişdim. Radio kanallarından birində "Dİn və cəmiyyət" mövzusunda müzakirə gedirdi və mən də müsahibə verirdim. Söhbət əsnasında bir söz işlətdim. Xanım aparıcı da qeyri-ixtiyari olaraq "Mən "Tarixi Nadir" kitabını yarıya qədər oxumuşam dediyinizdən heç nə anlamadım" cümləsini işlətdi. Mən sual etdim ki, ""Tarixi Nadir" kitabı neçə səhifədir?" Xanım 3 səhifə olduğunu bildirdi. Mən yenə başqa sualla müraciət etdim: "Xanım, siz şah olsanız, Anadoludan Hindistana qədər ərazini fəth etsəniz, sizin haqqınızda cəmi 3 səhifəlik kitab yazılmasına razı olarsınızmı?". Xanım "Əlbəttə, xeyr" dedi".

Sonra həmin aparıcı xanım bu məsələni radioda müzakirəyə çıxaracağını deyir: "Daha sonra mən bildirdim ki, kitab nə az, nə çox, düz 147 səhifədən ibarətdir. Xanım əvvəlcə inanmadı, mən kitabı gətirdim, o, bir neçə şəkilini çəkib apardı Bakıya. Bir müddət sonra isə AMEA-dan bir komissiya gəldi. Kitabın əsl nüsxə, yəni orijinal olmasını təstiq etdilər. Elə ondan sonra da dilimizdən "3 səhifəlik "Tarixi Nadir" kitabı kəlməsi" çıxarıldı. Beləliklə də 2009-cu ildən məşhur "Tarixi Nadir" kitabının əsli meydana çıxdı".

"Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir"

Məlumat üçün bildirək ki, kitabın əsl adı "Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir"dir. Hicri-qəməri tarixi ilə 1272-ci ildə çap edilib. Kitabın müəllifi Nadir şahın şəxsi münşisi Mirzə Mehdi xandır.

Kitabda bu kitabın əsl nüsxəsi olması haqqında qeyd var və Molla Saleh adlı şəxsin mətbəəsində çap edildiyi bildirilir. Kitabda 3 möhür var, bunlar Şahın möhürü, kitabı çap edən mətbəənin möhürü və kitabı yazan müəllifin möhürüdür.

"Tarixi Nadir" kitabı nəstəliq xətti (Ərəb xəttatlıq növü. Ərəb ölkələrində isə ona "fars xətti" deyirlər-red.) ilə yazılıb. Bu da saray dili deməkdir. Kitab 147 səhifədən ibarətdir və sıx şəkildə yazılıb. Kitabı tərcümə etdikdə, təxminən 400 səhifəlik kitab alınar.

Bundan əlavə kitabda Nadir şahin 11 illik hakimiyyəti vaxtı baş verən hadisələr dəqiq tarixi ilə qeyd olunub, Azərbaycanın bəzi ərazilərinin adları yazılıb. Həmçinin kitabda Nadir şahın Məşhəd şəhərini əfqanlardan azad etməsi, Hindistanı fəth etməsi və s. tarixi hadisələr qeyd olunub. Kitab siyasi xarakterlidir və Nadir şahın hakimiyyətindən 54 il sonra çap edilib.

Əlavə olaraq bildirək ki, Hacı Həmid Məmmədovun daha 2 qədim kitabı var. Bunlar – hicri-qəməri tarixi ilə 1279-cu ildə uşaqlar üçün çap edilən "Qəhrəman" adlı nağıl kitabı və hicri-qəməri tarixi ilə 1282-ci ildə çap olunan, 14 məsumdan bəhs edən "Töhvətül Məcalis" kitablarıdır.

9476
  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Nadir şahın şəxsi münşisi Mirzə Mehdi xanın şah dönəminin tarixi hadisələrindən bəhs edən kitabı.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    165 yaşlı kitab Hicri-Qəməri təqvimi ilə 1272-ci il (1851) Şaban ayının 9-da çapdan çıxıb.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Məşhur “Tarixi Nadir” kitabının nüsxələrindən birinin sahibi Hacı Həmid.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Kitabın tam adı “Kitabi tarixi cahənkəşan məshur və Tarixi Nadir”dir.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Kitab əsasən Şah Nadirin zəmanəsində onun öz başına gələn hadisələrdən, iştirakçısı olduğu müharibələrdən xəbər verir.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Kitabda 3 möhür var – Şahın, mətbəənin və kitabı yazan müəllifin möhürləri.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Kitabda tarixi məlumatlarla yanaşı maraqlı şəkillər də var.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Bu rəsmlərdə şahın əyanları və alimlərlə görüşləri, müxtəlif səfərləri əks olunub.

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    "Nadir Şah döyüşdə".

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    "Nadir Şah və saray xadimləri".

  • Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı
    © Sputnik / Rahim Zakiroğlu

    Şahın tutduğu ərazilərin xəritəsi.

Teqlər:
Ərkivan, Hacı Həmid Məmmədov, Nadir şah, "Tarixi Nadir", "Təhridi-iqlidis evklidi həndəsənin şərhi", Marağa rəsədxanası, Masallı, kitab
Əlaqədar
Leyla Əliyevanın şeirlər kitabı işıq üzü gördü
İcazəsiz dini kitablarla bağlı reydlər başlayır
İlham Əliyev: "Serj Sarkisyan Ginnesin "Rekordlar" kitabına düşməlidir"
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
Azərbaycanda ən kiçik kitab İçərişəhərdə saxlanılır
Dünya "Kitabi Dədə Qorqud"u tanımağa başlayıb

Ermənilər hikkələrini evlərdən çıxarırlar Laçın rayonundan kadrlar

39
Üçtərəfli razılaşma çərçivəsində Laçın rayonu dekabr ayının 1-nə kimi Azərbaycana qaytarılmalıdr. Bu ərazidə baş verənləri Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Ermənistan ordusu və erməni əhalisi üç ölkə lideri arasında razılaşdırılmış bəyanatın müddəalarına uyğun olaraq, bu il dekabr ayının 1-dək Azərbaycanın Laçın rayonunu tərk etməlidir.

Eynilə Kəlbəcər və Ağdam rayonlarında olduğu kimi Laçında da ermənilər əşyalarını çıxarandan sonra evlərə od vururlar. Özü də həmin evlərin əksəriyyəti işğaldan əvvəl azərbaycanlılara məxsus olub.

Ermənilər nəinki ev əşyalarını, hətta dam örtükləri, pəncərə çərçivələri və qapıları, eləcə də elektrik xətlərini də çıxarıb aparırlar.

Yanan evlərdən çıxan tüstü yaşayış məntəqələrinin üstünü alıb, od evlərdən ağaclara da keçərək ərazidə meşə yanğınlarına səbəb olur.

39
  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində yanan ev.

  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində yanan ev.

  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində yanan ev.

  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində yanan ev.

  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində dağıdılmış anbar.

  • © Sputnik / Valeriy Melnikov

    Ermənilər Laçının Qarıkaha kəndində evin damını sökürlər.

  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində yanan ev.

  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində avtomobil.

  • © Sputnik / Valeriy Melnikov

    Laçının Qarıkaha kəndində yanan ev.

  • © Sputnik / Valeriy Melnikov

    Ermənilər Laçının Qarıkaha kəndindən gedirlər.

  • © Sputnik / Valeriy Melnikov

    Ermənilər Laçının Qarıkaha kəndindən gedirlər.

  • © Sputnik / Valeriy Melnikov

    Ermənilər Laçının Qarıkaha kəndində evin qapısını yük maşınına qoyurlar.

  • © Sputnik / Valeriy Melnikov

    Ermənilər Laçının Qarıkaha kəndində yanan ev.

  • © Sputnik / Valeriy Melnikov

    Ermənilər Laçının Qarıkaha kəndindən gedirlər.

"Qarabağ" - "Sivasspor" görüşündən maraqlı kadrlar

15
(Yenilənib 11:06 27.11.2020)
  • Qarabağ FK-nın futbolçuları, arxiv şəkli
  • Qarabağın baş məşqçisi Qurban Qurbanov
  • Şahruddin Məhəmmədəliyev
  • Kevin Medina
Bu mövsümdə "Qarabağ" komandası ikinci dəfədir Türkiyədə bu ölkənin klubuna qarşı oynayır və məğlub olur.

Dünən Azərbaycanın "Qarabağ" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib və I qrupun IV tur matçında Türkiyənin "Sivasspor"u ilə qarşılaşıb.

Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar İstanbulun "Başakşehir Fatih Terim" stadionunda təşkil olunmuş qarşılaşma "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu məğlubyyətlə "Qarabağ" avrokuboklarda mərhələ şansını itirib.

Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra "Vilyarreal" 10 xalla 1-ci, "Makkabi" 7 xalla 2-ci, "Sivasspor" 6 xalla 3-cü pillədə qərarlaşıb. Sonuncu pillədəki "Qarabağ" isə xalsızdır.

Məğlubiyyətə baxmayaraq, Azərbaycan təmsilçisi pis oyun nümayiş etdirməyib. Həmin görüşdən kadrları diqqətinizə çatdırırıq.

15
  • Qarabağ FK-nın futbolçuları, arxiv şəkli
    © REUTERS / MURAD SEZER

    "Qarabağ" klubunun futbolçuları "Sivasspor" ilə matçdan əvvəl foto çəkdirirlər.

  • © AFP 2020 / OZAN KOSE

    "Qarabağ" - "Sivasspor" oyunundan əvvəl futbol dünyasının əfsanəsi Dieqo Maradonanın xatirəsi yad edilib.

  • Qarabağın baş məşqçisi Qurban Qurbanov
    © AFP 2020 / OZAN KOSE

    "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov.

  • Şahruddin Məhəmmədəliyev
    © REUTERS / MURAD SEZER

    Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Sivasspor" matçından görüntü.

  • © REUTERS / MURAD SEZER

  • © AFP 2020 / MURAD SEZER

İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi