Azərbaycanın bu incisi təhlükə altında

2485
(Yenilənib 22:21 20.05.2016)
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
Öz fərqliliyi ilə əcnəbiləri heyrətə salan ev, təəssüf ki, təhlükə altındadır. Min bir zəhmətlə inşa edilmiş evdə yaşayan ailənin maddi imkanı onu bərpa etməyə, ən azından bundan artıq dağılmasına yetmir.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Düz 31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edildi. Bu evin daxildən görünuşu adi olsa da, kənar görünüşü hər kəsi heyran qoyur. Belə ki, evin hörgülərində çaynik, kasa, gülab qabı, boşqab və ümümilikdə 5 minə yaxın çini qablardan istifadə edilib.

Gəncənin "Yeni Yeravan" qəsəbəsində yerləşən bu evi bir zamanlar çini qablar zavodunda işləyən Əli Əliyev adlı şəxs inşa edib. Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər.

Çayniklə yanaşı kasa, gülab qabı, boşqab, güldan, duz qabları və digər çini qablardan istifadə edilərək tikilən bu evin inşası heç də asan olmayıb. Belə ki, qablar xüsusi nizamla düzülərək içlərinə sementlə qum qarışığı əlavə edilib ki, qablar ağırlıqdan sınmasın.

Evdə olarkən məlum oldu ki, 1985-ci ildə inşa edilən bu ev 1993-cu ildə bir nəfərə satılıb, 1999-cu ildə isə evin hazırki sahibi Təranə Ələsgərovanın həyat yoldaşı alıb. Onun oğlu, 21 yaşlı Ceyhun Mərdənov bildirdi ki, atası rəhmətə gedib və hazırda bu evdə anası və bacıları ilə birgə yaşayır.

C. Mərdənovun sözlərinə görə, evin ilk sahibi Əli Əliyev yaxınlıqdakı, hazırda fəaliyyəti göstərməyən çini qablar zavodunda işləyib. Oradan istifadəyə yararsız minlərlə qabı gətirərək bu evi düzəldib. Həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə quran Ə.Əliyev yeni həyat yoldaşı ilə birgə bu evi tikib.

"Hamısını özü düzəldib. Zavoddakı qırıq, yararsız qabları daşıyıb gətirib bura. Hər kəs deyib ki, bu lazımsız qabları niyə yığır görəsən…? Evi tikməyə başlayanda görüblər ki, həyat yoldaşı bir-bir bu qabları verir, o da sement vuraraq divara hörür", — C. Mərdanov bildirdi.

Onun dediyinə görə, öz ideyası ilə inşa etdiyi evə Əli kişi xüsusi diqqət yetirib: "Həyat yoldaşı günaşırı qabları yuyub, təmizləyirmiş. Heç kim toxunmurmuş evə. Lakin sonralar baxımsızlıqdan çoxu sınıb. Əvvəlki halı daha gözəl idi. O, kişi hər zaman deyib ki, vaxt gələcək, bu ev hər kəsin marağını cəlb edəcək".

Ceyhun deyir ki, atası evi alanda daha yaxşı formada olub. Sonra illər keçdikcə bəzi hörgülər uçmağa başlayıb. Müsahibimiz, nə qədər çalışslar da, evi qorumağa güclərinin çatmadığını qeyd edir. Hazırda evin hasarı uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Yerli sakinləri, həm də xariciləri öz fərqliliyi ilə cəlb edən, heyrətə salan bu ev, təəssüf ki, təhlükə altındadır. Min bir zəhmətlə inşa edilmiş evdə yaşayan bu ailənin maddi imkanı onu bərpa etməyə, ən azından bundan artıq dağılmasına yetmir.

Bu səbəbdən ev uzun zamandır, təmir edilmir və baxımsız qalıb. Nəticədə evin hasarlarının uçmaq təhlükəsi var. Artıq bu evdə yaşamağa qorxduqlarını bildirən Ceyhun Mərdənov, bunun üçün aidiyyəti qurumlardan da köməklik istədiklərini bildirdi.

Düşünürük ki, gələcək nəsillərin də görməsi gərəkən bu qeyri-adi evin təmiri üçün aidiyyəti qurumlar tərəfindən köməklik ediləcək. Yoxsa həm bir ailənin evi, həm də "Çaynikli ev" adlı bu sənət əsəri yox ola bilər.

2485
  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edildi.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Bu evin daxildən görünuşu adi olsa da, kənar görünüşü hər kəsi heyran qoyur.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Evin hörgülərində çaynik, kasa, gülab qabı, boşqab və ümümilikdə 5 minə yaxın çini qablardan istifadə edilib.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Bu evi bir zamanlar çini qablar zavodunda işləyən Əli Əliyev adlı şəxs inşa edib.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Qablar xüsusi nizamla düzülərək içlərinə sementlə qum qarışığı əlavə edilib ki, qablar ağırlıqdan sınmasın.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    1985-ci ildə inşa edilən bu ev 1993-cu ildə bir nəfərə satılıb, 1999-cu ildə isə evin hazırki sahibi Təranə Ələsgərovanın həyat yoldaşı alıb.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Təranə Ələsgərovanın oğlu 21 yaşlı Ceyhun Mərdənov hazırda bu evdə anası və bacıları ilə birgə yaşayır.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Evin ilk sahibi Əli Əliyev yaxınlıqdakı, hazırda fəaliyyəti göstərməyən çini qablar zavodunda işləyib.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Əliyev оradan istifadəyə yararsız minlərlə qabı gətirərək bu evi düzəldib.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Öz ideyası ilə inşa etdiyi evə Əli kişi xüsusi diqqət yetirib.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Həyat yoldaşı günaşırı qabları yuyub, təmizləyirmiş. Heç kim toxunmurmuş evə.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Sonralar saxsı qabların çoxu baxımsızlıqdan sınıb.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    İllər keçdikcə bəzi hörgülər uçmağa başlayıb.

  • Gəncədəki Çaynikli ev
    © Sputnik / Ilham Mustafa

    Yerli sakinləri, həm də xariciləri öz fərqliliyi ilə cəlb edən, heyrətə salan bu ev, təəssüf ki, təhlükə altındadır.

Teqlər:
Əli Əliyev, Ceyhun Mərdənov, "Çaynikli ev", gülab qabı, kasa, çaynik, Gəncə
Əlaqədar
Bu evdə 271 şəhid yaşayır
Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?
25 ildir düşmən gülləsindən əziyyət çəkən kənddən reportaj
Qaxda yaşayan pravoslavların Pasxa bayramından video-reportaj

Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər

64
Azərbaycana dəstək məqsədli "Pray for Ganja" şüarlı aksiya Nyu-Yorkda BMT-nin baş qərargahı qarşısında keçirilib. Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.

ABŞ-ın ən böyük şəhərində BMT-nin qərargahı qarşısında "Azərbaycan-Nyu-York" assosiasiyası tərəfindən təşkil olunmuş Azərbaycana dəstək aksiyası keçirilib. Nyu-Yorkda yaşayan yüzlərlə həmvətənimiz Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı təcavüzünü pisləyən, həmçinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirən şüarlarla küçəyə çıxıblar. Aksiyaya ABŞ-ın digər ştatlarında yaşayan soydaşlarımız da qoşulublar.

Aksiya iştirakçıları BMT-ni Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumunu pisləməyə, Ermənistanın təxribatlarını və raket hücumlarını araşdırmaq üçün komissiya yaratmağa, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu dəstəkləməyə və ən əsası BMT-nin Ermənistan silahlı qüvvələrinin təcili və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrini inkar edən təcavüzkar ölkənin rəhbərliyini qınamağa çağırıblar.

64
  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

  • © Photo : Majid Aliyev

    Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

Erməni faşizminin Gəncədə üzə çıxan sübutları - Bu kadrlar ürək ağrıdır

588
(Yenilənib 11:18 17.10.2020)
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
  • Gəncədə vəziyyət
17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Gəncədəki sayca üçüncü insan faciəsinin kadrlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.

588
  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © AFP 2020 / BULENT KILIC

    Gəncədə vəziyyət

  • © Sputnik / Rahim Mammadov

    Gəncədə vəziyyət

  • © Sputnik / Rahim Mammadov

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

  • Gəncədə vəziyyət
    © REUTERS / UMIT BEKTAS

    Gəncədə vəziyyət

Teqlər:
fotolent, ölənlər və yaralılar, dinc əhali, raket zərbələri, erməni təxribatı, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

0
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0