Tarix bu sirri hələ kimsəyə açmayıb

5018
(Yenilənib 12:40 29.04.2016)
  • Göyəzən dağı
  • Göyəzən dağı
  • Göyəzən dağı
  • Göyəzən dağı
  • Göyəzən dağı
  • Göyəzən dağı
  • Göyəzən dağı
  • Göyəzən dağı
Başı göylərə çatmasa da, "göylərə baş çəkən" bu dağın adını bütün Azərbaycan eşidib. Onu fəth etməyə çalışanlar çox olub, yüksəkliyini ölçməyə çalışanlar da...

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 29 apr — Sputnik. Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ olan Göyəzən Qazaxın ən hündür dağı deyil, amma rayonun rəmzidir. Əvvəlcə nənə və babalarımızdan eşitdiyimiz, sonra Səməd Vurğunun uşaqdan tutmuş böyüyə qədər hamının dilinin əzbəri olan "Yadıma düşdü" qoşmasından oxuduğumuz kimi, "göylərə baş çəkmir", amma əzəmətli görünür.

Haqqında müxtəlif rəvayətlər gəzən dağın sirri açılmasa da, şairlər görkəmini tərif edib, rəssamlar tablosunu işləyib, səyyahlar adını tutub, el basa-basa tamaşasına gəliblər. Bu nadir geoloji təbiət abidəsi təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlib. Yer səthindən hündürlüyü 250 metrdir, diametri isə 130 metrdən çoxdur.

Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir, görənləri heyrətə salır. Mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə, Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Yerli sakinlər buranı "dünyanın mərkəzi" hesab edirlər. Ətəyindəki dağdağan ağacı ziyarətgaha çevrilib.

İkinci "Göyəzən" də var

Zirvəsi nisbətən düzənlik olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib. Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar, yağış suyunu yığmaq üçün anbarlar var.

Üstündə quyu olduğu deyilir, onun vasitəsilə altındakı yeraltı yola enə biliblər. Həmin yolla Coğaz çayının kənarına çıxırmışlar. Ölkənin əksər bölgələrində olduğu kimi, Göyəzən dağının başında da "Koroğlu" qalası var. Hətta, tarixçilər ehtimal edirlər ki, monqollar Azərbaycana ikinci yürüşləri zamanı dağın ətəyində məskən salıblar.

Zirvəsi nisbətən yastıdır. Qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Dağın orta hissəsindəki "Aydınlıq" deyilən yerdən Tovuza qədər ərazini müşahidə etmək mümkün olub. Yeri gəlmişkən, Tovuz rayonunun Bala Şamlıq kəndində də, şiş qayalardan biri "Göyəzən" adlanır.

Göyü fəth edən

Tədqiqatçı alim Sədnik Paşayevin topladığı əfsanələr kitabında yer alan məşhur əfsanələrdən birində deyilənə görə, dağın arxa hissəsində, sıldırım qayanın ortasında içi qızıl dolu mağara var. 1980-ci illərdə bir erməni alpinist iki dəfə gəlib, mağaraya düşüb, amma əfsanədə sözü keçən qızılları tapmayıb, qayıdıb.

Göyəzən dağının adı IX əsrə aid gürcü mənbələrində "Kavazin" deyə qeyd olunub. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki "kava" (qaya, sıldırım) və "sın, sin" (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Dildən-dilə gəzən söhbətlərdə dağın adını "göz əzən", yəni "göyü fəth edən" kimi yozurlar. Mütəxəsislər hədsiz poetik olduğu üçün bu adın sonradan yerli sakinlər, ya şairlər tərəfindən uydurulduğunu ehtimal edirlər; çünki dağlarımızın heç birinin adı şairanə deyil.

Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər, yozmalar var. Misal üçün, kənd sakinlərinin danışdığı saysız rəvayətlərdən biri belədir ki, guya dağın döşündə düşmənləri bir qadını öldürüblər, ondan sonra adı "kuhi zənan" qalıb. İnsanlar fars dilindən tərcümədə "qadın dağı" mənasını verən söz birləşməsinin sonradan təhrif olunduğunu iddia edirlər.

Adın mənası nədir?

Alpoud kənd sakini, şair Səhlədar Hidayətoğlu bu yozum ilə razı deyil. Deyir ki, türklərin yaşadığı ərazidə dağın adının fars dilində olması heç bir məntiqə sığmır: "Şəxsən mən "kuhi zənan"ı qəbul etmirəm. Türk yaşayan ərazidə dağın adı niyə farsca olmalıdır? Məncə, həqiqətə uyğun deyil. Belə bir versiya da var, deyirlər ki, burada yaşayan aşıqlardan birinin adı "Göy Ozan" olub".

"Dağın ətəyindəki Abbasbəyli kəndində yaşayan bir kişi yazmışdı ki, guya oradan göyə azan verilib, yəni minarə əvəzi istifadə olunub. Fikrimcə, bu da doğru deyil. Ona görə ki, dağın hündürlüyü iki yüz metrdən çoxdur və oradan veriləcək azan əlbəttə ki, eşidilməyəcəkdi. Bu, mümkün deyildi", —deyir Hidayətoğlu.

İxtisasca dilçi olan Səhlədar müəllim uzun zaman bu barədə fikirləşib: "Bir dilçi kimi mənim də bu barədə fikirləşməyə, söz söyləməyə hüququm var. Bizdə bir "özən" sözü var, örüş yerinə deyilir".

"Misal üçün deyirlər, malı ağ özəndə otarma, göy özəndə otar. Dağın şimal tərəfi ilin bütün fəsillərində göy olur, saralmır. Düşünürəm ki, bu variant uyğundur. Hər halda, ümumi qənaətim budur ki, sözün orijinalı təhrif olunub", — həmsöhbətimiz fikriniz yekunlaşdırıb.

5018
  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ olan Göyəzən.

  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    Göyəzən Qazaxın ən hündür dağı olmasa da, rayonun rəmzi hesab olunur.

  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib.

  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür.

  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    Dağın orta hissəsindəki "Aydınlıq" deyilən yerdən Tovuza qədər ərazini müşahidə etmək olur.

  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    Göyəzən dağının adı IX əsrə aid gürcü mənbələrində "Kavazin" deyə qeyd olunub.

  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    "Avey" dövlət qoruğunun Göyəzən filialı.

  • Göyəzən dağı
    © Sputnik / Hikmet Orhun

    Dağın ətəyindəki tənha ağac.

Teqlər:
Abbasbəyli, Alpoud, zirvə, Göyəzən, istehkam, qala, Səməd Vurğun, Qazax
Əlaqədar
"İşğal altındakı torpaqlarımızda 7880-dən çox abidəmiz var"
Düşmən əlinə keçməsin deyə şəhəri tarixdən sildilər
"Bürc qalası" bölgəni müdafiə etmək üçün inşa edilib
Sirri hələ də çözülməyən peşə...

"Avroviziya-2021" iştirakçılarının cəsarətli obrazları

28
Rotterdamda "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqə iştirakçıları firuzəyi xalıda addımlayaraq bir-birindən möhtəşəm libaslarını nümayiş etdiriblər.

 

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi mayın 16-da Rotterdamdakı kruiz terminalında baş tutdu. Müsabiqə iştirakçıları təntənəli şəkildə bu il firuzəyi rəngdə olan xalının üstündən keçdilər.

Ancaq bu heç də bütün iştirakçılara nəsib olmadı: açılış mərasimində Malta, Polşa, İslandiya və Rumıniyanın nümayəndələri iştirak etmirdi. Məsələ burasındadır ki, ötən gün adıçəkilən ölkələrin komanda üzvlərinin bir neçəsinin COVID-19 testi müsbət çıxıb. Buna görə də, həmin komandalar müsabiqədə distant şəkildə iştirak edəcəklər.

Azərbaycanı isə "Avroviziya"da müğənni Samira Efendi "Mata Hari" mahnısı ilə təmsil edəcək.

Samira müsabiqənin Nive-Maas çayının sahilində keçirilən rəsmi açılış mərasimində məşhur dizayner Rüfət İsmayılın tikdiyi libasada görünüb. Onun saç düzümünü və makiyajını isə "Əvvəl və sonra" layihəsi ilə məşhurlaşan stilist Anar Ağakişiyev edib.

28
  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Samira Efendi (Azərbaycan) Rotterdam kruiz terminalında keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Stefaniya (Yunanıstan) Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AP Photo / Peter Dejong

    Kiprdən olan müğənni Yelena Tsaqrinu Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Anjela Peristeri (Albaniya) Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AP Photo / Peter Dejong

    Norveç təmsilçisi "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Samanta Tina (Latviya) Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AFP 2021 / Kenzo Tribouillard

    Çexiya təmsilçisi, müğənni Benni Kristo "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Manija (Rusiya) öz komandası ilə birlikdə Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    "Hurricane" (Serbiya) qrupunun üzvləri Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AFP 2021 / Kenzo Tribouillard

    Müğənni Eden Alene (İsrail) "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Almaniyadan olan sənətçi, musiqiçi, mahnı müəllifi Yendrik Sivart "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    San-Marino təmsilçisi müğənni Senit Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © REUTERS / Piroschka van de Wouw

    "Avroviziya-2021"-in açılış mərasiminin aparıcısı, aktrisa Fenna Ramos.

  • © Sputnik / Vladimir Astapkovich

    Moldova təmsilçisi Natalya Qordiyenko ustadı Filipp Kirkorovla birlikdə.

  • © REUTERS / Piroschka van de Wouw

    Müğənni Anjela Peristeri (Albaniya) Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

Janna Darkın yandırılmasını insanın Aya enməsini görmək istəyənlər yaxın gəlsin

38
(Yenilənib 21:04 15.05.2021)
Parisdəki Qreven Mum Muzeyi, koronavirus pandemiyası səbəbindən altı aylıq fasilədən sonra qapılarını yenidən açır. Fiqurların açılış mərasiminə necə hazırlandığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin səbəbindən bir çox ölkədəki muzeylər uzun müddətdir bağlanmışdı. Eyni aqibət Parisdəki məşhur Qreven mum muzeyinin də başına gəlib. Lakin mayın 19-da muzey yenidən ziyarətçilər üçün qapılarını açacaq.

Qreven ən qədim muzeylərdən biridir. O, 1881-ci ildə Madam Tüssonun mum fiqurlar muzeyi əsasında qurulub. Muzeyin kolleksiyasında məşhur insanların və ya qondarma personajların təxminən 450-yə qədər mum fiquru var. Onların arasında kimlər yoxdur? Elvis Presli və Maykl Ceksondan tutmuş dünyanın tanınmış siyasi xadimləri, artistləri, müğənnilərinə qədər. Hətta orada bizə filmlərdən yaxşı tanış olan qalların Obeliksinə də rast gəlmək mümkündür. 

Dünyaca məşhur olan şəxslərdən başqa burada Fransa və dünya tarixindəki məşhur məqamları, məsələn, Janna Darkın yandırılmasını və insanın Aya enməsini də görmək mümkündür. 

38
  • © AFP 2021 / Sanjay Kanojla

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Attila Kisbenedek

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Anas Baba

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Thomas Samson

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Jack Guez

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Patrick Van EMST / ANP

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © REUTERS / Stoyan Nenov

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Kirill Kudryavtsev

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © REUTERS / Luis Echeverria

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Valentin Bianchi

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Luis Robayo

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Chris Jackson

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Jean-Francois Badias

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © REUTERS / Mohammed Salem

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Yasuyoshi Chiba

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Alessandra Tarantino

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Khalil Mazraawi

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Noel Celis

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Roslan Rahman

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © Sputnik / Roman Makhmutov

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Aamir QURESHI

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Ibrahim Chalhoub

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AFP 2021 / Michael Dantas

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Muhammad Sajjad

    Həftənin ən parlaq şəkillərdən biri.

  • © AP Photo / Andrew Harnik

    Həftənin ən parlaq şəkillərdən biri.

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski