"Sırğa olsun" Konseptual İncəsənət Sərgisi keçirilib

119
(Yenilənib 15:05 02.02.2016)
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
  • Konseptual Sərgi Sırğa olsun
29-31 yanvar 2016-ci il tarixlərində Müasir İncəsənət Mərkəzinin sərgi salonunda "Sırğa olsun" konseptual incəsənət sərgisi keçirilib.

29-31 yanvar 2016-ci il tarixlərində Müasir İncəsənət Mərkəzinin sərgi salonunda "Sırğa olsun" konseptual incəsənət sərgisi keçirilib. Layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə töhfə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir. 

Azərbaycanda müasir istiqamətdə fəaliyyət göstərən rəssamlara böyüklərimizdən eşitdikləri "qulağında sırğa olsun" misalını rəhbər tutaraq, onların bu anlayışa necə yanaşdıqları və öz əsərlərində hansı formada gördükləri, onu hansı obraza çevirəcəkləri mövzusu təklif edilib. Sırğa — hazırda qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək əşyasıdır. Əski zamanlarda sırğa bizim indi bildiyimiz kimi bəzək olsun, daha gözəl görünsün, başqalarından fərqlənsin deyə taxılmırdı. Sırğa "bildiriş nişanı", "yaddaş", "hər an xatırlatma işarəsi", "unutmamaq", "daim yadda saxlamaq" qarantı olaraq taxılırdı.

Sərgidə bu konsepsiyaya uyğun olaraq gənc rəssamların müxtəlif təsviri sənət növləri — rəngkarlıq, qrafika, heykəltəraşlıq və s. üzrə yaratdıqları əsərlər nümayiş etdirilib. Burada gənc rəssamlardan Vüsalə Ağarazıyeva, Novruz Məmmədov, Zamin Rzayev, Orxan Qarayev, Gülnarə Kuzukova, Günel Ravilova və başqaları iştirak ediblər.

Sərgi bayram əhval-ruhiyyəsində keçirilib. Qonaqları rəssamlar və layihənin rəhbəri Məhbarə Abbasova qarşılayıb.

Rəssamlar yaratdıqları əsərlərdə dövrümüzün aktual mövzularına toxunublar. Sərgiyə gələn seyrçilərə kollajlar, art-videolar, abstrakt rəsmlər və s. təqdim olunub. Ekspozisiyada bədii sənət nümunələrindən ibarət 40 əsər nümayiş etdirilib.

Sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

119
  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Sərgidə rəssamlar günümüzün aktual mövzularına toxuna bilmişdilər.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Rəssam Orxan Qarayevin əl işi – "İnanclar".

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Qonaqlar sərgidəki əl işlərindən birini müzakirə edirlər.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Rəssam Zamin Rzayevin əl işi - "Qışqırıq".

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Rəssam Zərnişan Yusifin "Qobustan" əsəri bizə tarixi köklərimizi xatırladır.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Sərginin mərkəzi instalyasiyası - "İki qarpız". Müəllif: Məmməd Rəşidov.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Günel Ravilova öz əl işi ilə göstərir ki, susmaq qızıl olduğu kimi, lazımsız məlumata qulaq vermək də faydasızdır.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Rəssamlar nadir Eminov və Elvin Nəbizadənin "Sənə həsr edilən zamana heyf" adlı instalyasiyası.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Yetişən nəsil müasir incəsənətə maraq göstərir.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Rəssam Gülnarə Kuzukovanın "Cəmiyyətin əks-sədası" adlı əsəri tamaşaçıya qadağalar içərisində yaçayan qadın obrazını çatdırır.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Konseptualçı-rəssamlar qonaqlara 40-a yaxın əsər təqdim etdilər.

  • Konseptual Sərgi Sırğa olsun
    © Sputnik / Murad Orujov

    Sərginin təşkilatçısı Mehparə Abbasova əsl yaradıcı mühit yaratmağa nail ola bilmişdi.