Bakıda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, paytaxtda havanın temperaturu gecə —3°C, gündüz isə 0°C — + 2°C dərəcədir.
Buna baxmayaraq, şəhərdə infrastruktur iflic vəziyyətə düşüb. Su və kanalizasiya xəttləri donub, istilik sistemləri lazım olan istiliyi ötürmək qabiliyyətinə malik deyil, yollarda qarın təmizlənməməsi, əriyən qarın əmələ gətirdiyi suların axması üçün müvafiq ötürücü sistemin olmaması səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb, şəhərin və şəhərətrafı kəndlərin bir sıra istiqamətlərində işıqlar sönüb, telefon xəttləri sıradan çıxıb. Bakının bir sıra kənd və qəsəbələrinə marşrutların intensiv işləməməsi səbəbindən, əhali səhər iş yerlərinə vaxtında çata bilməyib.
Maraqlıdır ki, qış aylarında temperaturun Azərbaycandan dəfələrlə yüksək olduğu ölkələrdə analoji problemlər yaşanmır. Misal üçün, Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə temperatur —20°C —40°C arasında dəyişsə də, orada infrastrukturun iflic olması hallarına rast gəlinmir. Havaya uyğun olaraq istilik sistemlərində temperatur artırılır. Moskva, Sankt-Peterburq, Nijniy Novqorod, Rostov-na-Donu, Samara və d. şəhərlərdə yaşayan həmkarlarımızın verdikləri məlumata görə, havanın temperaturu mənfiyə doğru artdıqca, evlərdə və ofislərdə qızdırıcıların temperaturu da artır. Su xəttlərində isə problem yaranmır, isti və soyuq su daimi olaraq gəlir. Yollarda maşınların və marşrutların hərəkətində heç bir çətinlik ortaya çıxmır.
Sputnik bu gün Bakıda qarın yağması ilə bağlı vəziyyəti əks etdirən fotosessiyanı təqdim edir.
Hava şəraitinin kəskin dəyişməsi ictimai nəqliyyatın işində də çətinliklər yaradıb.
Paytaxtda havanın temperaturu gecə -3°C, gündüz isə 0°C — +2°C proqnozlaşdırlır.
Yolların sürüşkən olması paytaxt küçələrində avtomobillərin sayının xeyli azalmasına səbəb olub.
Yağan qar paytaxt infrastrukturunu iflic edib.
Sakinlər şəxsi avtomobillərdən az istifadə etməyə çalışırlar.
Bakıya qar yağıb.
Yollar buz bağladığından şəhərdə hərəkət çətinləşib.
Bakıda qarla örtülü həyət.
Bütün gecə yağan qarın yaratdığı mənzərə.
Ötən həftə dünyada maraqlı hadisələrlə yadda qaldı. İndoneziyanın şimalında Sinabunq vulkanı oyandı. Nəticədə toz dumanı beş kilometr hündürlüyə qalxıb, ətrafa kül yayılıb. Xoşbəxtlikdən, vulkan püskürməsi zamanı heç kim xəsarət almayıb.
Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar bilib. Keçmiş prezidentə üç il müddətində cəza verilib, onlardan birini N.Sarkozi həbsxanada keçirəcək.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.
Keniyada qoruqda zürafə yolu keçir.
Myanmada hərbi çevriliş zamanı saxlanılan etiraz aksiyasının iştirakçısı.
Antarktidada Branta buzlağında çat.
Mumbayda Tac-Mahal mehmanxanasının qarşısında cütlük.
Vyetnamda Çi Lin şəhərində sakinlər sosial məsafənin ləğv olunmasını qeyd edirlər.
Şanxayda Teamlab Borderless sərgisində qız fotoqrafa poz verir.
Laplandiyada şimal şəfəqi.
Parisdə tanqo rəqs edən cütlük.
İndoneziyada Sinabunq vulkanının püskürməsi.
Fransanın sabiq prezidenti Nikola Sarkozi Parisdə məhkəmədə.
Əfqan qızlar taekvondo üzrə məşqdə.
Mexikoda qadınlara şiddətə qarşı etiraz aksiyası.
Kabildə hərbi sənayə üzrə sərgidə helikopter nümayiş olunur, Əfqanıstan.
Marseldə De Katalan çimərliyində qız, Fransa.
Polis Banqkokda etiraz aksiyasını dağıdır, Tailand.
BƏƏ-də pələngə balası şəxsi zooparkda topla oynayır.
İnsanlar Pekində mağaza qarşısında olan abidənin yanında.
Fələstinli məktəblilər avtobus gözləyirlər.
İnsanlar Benksinin yeni qraffitisinə baxırlar.
Almaniyada kişi idman zallarının bağlanmasına etiraz edir.
Zanzibar adasının sahilində qadınlar.
Yunanıstanda zəlzələ nəticəsində dağılmış evin yanında əlində televizor olan kişi.
Nyu-Yorkda restoranda Odri Herberin mumdan heykəli.
Hər il Cenevrə avtosalonunda "İlin avtomobili" müsabiqəsinin qalibləri seçilir. Lakin bu il avtosalon pandemiya səbəbindən ləğv edilib və səsvermə onlayn formatda keçirilib.
22 ölkədən 59 avtojurnalistin iştirak etdiyi səsvermədə şəhər hetçbeki Toyota Yaris ilin ən yaxşı avtomobili seçilib. Yeni nəsil Toyota Yaris 2019-cu ilin sonunda təqdim olunub, Avropada satışı isə 2020-ci ildə başlayıb. Yaponiya avtomobili satışına görə Peugeot 208 və Dacia Sander maşınlarını geridə qoyub.
Xatırladaq ki, ötən il Avropada ən yaxşı avtomobil adına Peugeot 208 layiq görülmüşdü.
Qalib avtomobili və ən yaxşıların reytinqinə düşən digər maşınları Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
Cenevrə "2021-ci ilin avtomobili" müsabiqəsinin mükafatlandırma mərasimində Toyota Yaris avtomobili.
Cupra Formentor avtomobili.
Turində Fiat 500 Electric avtomobili.
Citroen e-C4 elektromobili Parisdə KİV üçün təqdimat zamanı.
Škoda Octavia avtomobili.
Namibiya səhrasında Land Rover Defender avtomobili.
Volkswagen avtomobil zavodunda işçi Volkswagen ID.3 elektromobilinə VW loqotipini quraşdırır.
Cenevrədə Palexpo sərgisində Toyota Yaris avtomobili.
BAKI, 8 mart - Sputnik. Qarabağdakı son döyüşlərdə itkin düşmüş və ölmüş erməni hərbçilərin cəsədlərinin axtarışları dayandırılıb.
Sputnik Ermənistan yazır ki, bunu Qarabağ separatçılarının "fövqəladə hallar üzrə dövlət xidməti" bildirib.
Qeyd olunur ki, işlər Qarabağın cənub istiqamətində, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında aparılacaqmış, ancaq orada güclü duman görmə məsafəsini xeyli qısaldıb. Bildirilir ki, hava şəraiti imkan versə, axtarışlar sabah davam etdiriləcək.
Münaqişə zonasında atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan tərəfi rəsmi olaraq 1490 erməninin cəsədinin tapıldığını etiraf edib.