Ömrünün əsas hissəsini Gürcüstanda keçirən Mirzə Fətəli Axundovun Tiflis şəhərindəki evində xatirə muzeyi 1982-ci ildən fəaliyyət göstərir.
2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.
2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər.
Hazırda muzeyin nəzdində Gürcüstan azərbaycanlılarının Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Zallarda Axundovun həyatına aid müxtəlif əşyalar və xatirələri əks etdirən fotolar var. Muzeyin altı zalından biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub.
Otaqlardan biri M.F.Axundovun iş otağı kimi qorunub-saxlanılır. Orada onun şəxsi əşyaları, о cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq var. Həmin otaqda M.F.Axundovun müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir. Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir.
Tiflisdə yerləşən Mirzə Fətəli Axundovun ev-muzeyi
Mirzə Fətəli Axundovun rəsmi (müəllif:N. İsmayılov)
Muzeyin girişində yerləşən Mirzə Fətəli Axundovun büstü.
Axundovun Şuşa şəhərində yerləşən evinin maketi. Şair, bu evdə 1812-ci ildə anadan olub.
Azərbaycanın qədim və zəngin mədəniyyətinə həsr olmuş ev muzeyin ilk zalı. Burada qədim Azərbaycan milli geyim və xalq yaradıcılığın müxtəlif sahələri ilə tanış olmaq olar.
Axundovun qonaq otağın eynisi. Otağın interyeri arxivdə tapılan köhnə şəkil əsasən bərpa edilib.
Axundovun iş otağı. Burada onun şəxsi əşyaları: yazı masası, kitab dolabı, divar saatı və çıraq var.
Axundov haqqında məşhur şəxsiyyətlərin sözləri.
Axundov haqqında ümummilli lider Heydər Əliyevin sözləri.
Fərqli dillərdə çap olan Axundovun kitabları.
Mirzə Axundovun rəsmi olan xalça nümunəsi.
Beşinci zalda Axundovun iş otağı bərpa edilib. Burada onun şəxsi əşyaları var.
Axundovun rəsmləri və onun ailə üzvlərinin fotoları.
Dramaturq M.F. Axundovun əsərlərinin teartlarda afişaları
Yanvarın 25-i saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas ediblər. İki nəfər isə təəssüf ki, həlak olub.
Sputnik Azərbaycan bildirir ki, həlak olanlardan biri - 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini xilasedicilər bu gün günorta saatlarında dağıntılar arasından çıxara biliblər. Fatimənin anası, 33 yaşlı Aytən Musayevanın meyiti isə dünən gecə saatlarında tapılıb. Onun həyat yoldaşı, 38 yaşlı Vüsal Musayev və 12 yaşlı oğlu Firudin Musayev partlayışdan sağ qurtulsalar da, xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər.
Dağıntılar arasında axtarışlara Fövqəladə Hallar Nazirliyinin 228 əməkdaşı, eləcə də 19 texnikası, dörd xidmət iti, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin 20 əməkdaşı və 3 ədəd texnikası cəlb edilmişdi.
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
"Kristofer" qasırğası Böyük Birtaniyaya xeyli ziyan vurub. İngiltərə və Uelsdə evləri küçələr suyun altında qalıb, yüzlərlə insan təxliyyə olunub. Kardifdə xilasedicilər Teff çayından bir nəfərin meyiti çıxarıblar.
Nortviç şəhərinin mərkəzini də su basıb. İki qocalar evinin sakinləri qayıqlarla təxliyyə edilərək hotellərə çatdırılıblar. Cümə axşamından bir çox yollar bağlanıb. Xilasedicilər avotmobillərdə qalan 13 nəfəri xilas ediblər.
Sinoptiklərin məlumatına görə, "Kristofer" qasırğasının ardınca Böyük Britaniyada şaxtalar başlayacaq, havanın temperaturu −10 °C qədər aşağı düşəcək.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
Böyük Britaniyada "Kristofer" qasırğasının fəsadları.
BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.
Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.
Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.
Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.
"Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.