"Sevilya" ukraynalıların arzusunu gözündə qoydu

15
(Yenilənib 12:39 28.05.2015)
  • Dnepr-Sevilya
  • Unai Emeri
  • Dnepr-Sevilya
  • Karlos Bakka Sevilya
  • Dnepr Sevilya
  • Unai Emeri
  • Sevilya
Polşanın paytaxtı Varşavada UEFA Avropa Liqasının final görüşü keçirilib.

BAKI, 28 may — Sputnik. Polşanın paytaxtı Varşavada UEFA Avropa Liqasının final görüşü keçirilib.

Finalda Ukraynanın "Dnepr" klubu İspaniyanın "Sevilya" komandası ilə qarşılaşıb.  Görüş 3:2 hesabı ilə ispanların xeyrinə başa çatıb.

Oyunun taleyini ispanların kolumbiyalı legioneri Karlos Bakkinin dublu həll edib.

Görüş əvvəlcə bərabər mübarizə şəraitində keçib. Birinci hissənin 7-ci dəqiqəsində Nikola Kaliniç "Dnepr"i hesabda önə çıxarıb. Lakin 28-ci dəqiqədə "Sevilya"lı Qjeqoj Krıxovyak hesabı bərabərləşdirib. 31-ci dəqiqədə isə Karlos Bakki ispanları hesabda irəli çıxarıb. Ruslan Rotanın cərimə zərbəsindən vurduğu qol 44-cü dəqiqədə ukraynalılara hesabı bərabərləşdirməyə imkan verib.

İkinci hissədə isə azarkeşlər cəmi bir qol görüblər. 73-cü dəqiqədə rəqib müdafiəçilərin səhvindən istifadə edən Bakki həlledici topu vurub — 3:2.

Beləliklə, "Sevilya" tarixində dördüncü dəfə UEFA Avropa Liqasının qalibi olub.

15
  • Dnepr-Sevilya
    wallwidehd.com

    Futbol üzrə UEFA Avropa Liqasının finalı: Dnepr - Sevilya qarşılaşması

  • Unai Emeri
    eurosport.com

    Unai Emeri "Sevilya" klubunun baş məşqçisi

  • Dnepr-Sevilya
    politiken.dk

    UEFA Avropa Liqasının finalı

  • Karlos Bakka Sevilya
    90min.com

    Karlos Bakka Sevilya

  • Dnepr Sevilya
    skysports.com

    UEFA Avropa Liqası final oyunu

  • Unai Emeri
    eurosport.com

    Unai Emeri Sevilyanın baş məşqçisi

  • Sevilya
    eurosport.com

    Sevilya UEFA Avropa Liqasının qalibidir.